Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Статьи

Академик Иса Габиббейли. Разные персонажи в реалистическом рассказе

28-11-2017 [ 11:16 ] [ прочитано:118 ]
printerA+ | A-

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yetirdiyi parlaq imzalardan biri olan şair və yazıçı Əjdər Ol çoxşaxəli yaradıcılıq fəaliyyətinə malikdir. 

O, ən yeni dövr Azərbaycan ədəbiyyatında özünəməxsus xüsusiyyətlərə malik olan yeni tipli tənqidi realizmi ayrı-ayrı ədəbi istiqamətlərdə layiqincə təmsil edir. Onun şeir və hekayələri, habelə publisistikası müstəqillik epoxasının tənqidi realizmi kimi formalaşmış yeni realizmin mükəmməl örnəkləridir. Yazıçı-şairin oxuculara təqdim olunan hər yeni kitabı onun yaradıcılıq təkamülünün fərqli bir göstəricisi olmaqla bərabər, mahiyyət etibarilə həm də ədəbiyyatda yeni realizmin daha da dərinləşdirilməsinə və zənginləşməsinə uğurla xidmət edir. Bu mənada Əjdər Olun “Gələcəkdə yaşayıram” (1987), “Alın yazıma düzəliş” (1991), “İndidən” (1996), “Beş-on şeir” (1998), “Hamı sənə can deyir” (2000), “Könül vuruşu” (2000), “Ölümlə zarafat” (2007), “Qrafoman” (2009), “Portret hekayələr”, “Günəbaxan zəmisi” (2006), “Yaşa” (2010) və sair kitabları zamanın sözünü ifadə edən, ictimai-siyasi həyatın hadisələrinə və proseslərinə vaxtında, həm də vətəndaş mövqeyindən reaksiya verən, milli-mənəvi gedişatı əks etdirən ciddi bir imzadan və yeni realizmin inkişaf təzahürlərindən danışmağa imkan verir.
  

Ardını oxumaq üçün: bura tıkla

 

Другие новости