Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Sevimli şairlər silsiləsindən. Nigar Rəfibəyli - Qəzənfər Paşayev

20-07-2023 [ 15:35 ] [ oxunub:166 ]
printerA+ | A-
103613103613

Uşaqlıqdan mənəvi qidam saz-söz olduğundan poeziyanı çox sevirəm. Yəqin buna görədir ki, bir çox şairlərimiz haqqında məqalələrim, portret kitablarım, hətta monoqrafiyam çap olunub.

Onlardan biri də haqqında silsilə məqalələr yazdığım Nigar Rəfibəylidir. Nə gizlədim, qadın şairlərimiz arasında poeziyasını ən çox sevdiyim şairlərdən biri, bəlkə də birincisi Azərbaycan ədəbiyyatı tarixində layiqli yeri olan, xalqımızın zərif duyğulu şairə qızı Nigar Rəfibəylidir.

Hər dəfə Nigar xanımın əsərlərini yenidən vərəqləyəndə indiyə qədər duymadığım, dərk etmədiyim ovqata uyğun mənalar, çalarlar üzə çıxır. Deməli, poeziya hər yaş dövründə bir cür dərk edilir. Görünür, xalqın bütün zümrələrinin, müxtəlif sənət adamlarının poeziyaya məhəbbəti buradan qaynaqlanırmış.

Nigar xanımın həmişəyaşar poeziyası fikir aydınlığı, deyim tərzi, özünəməxsusluğu ilə seçilir. Tam səmimiyyətlə deyə bilərəm ki, Nigar xanımın poeziyası doğruluğa, saflığa səsləyən təkrarsız poeziyadır.

Çoxlarının "bəxtəvər" deyərək həsəd apardıqları Nigar xanımın ömür yolu daşlı-kəsəkli, ağrılı-acılı, keşməkeşli olmuşdur. O, cəmisi 68 il (1913-1981) ömür sürüb.  Lakin bu illərin çoxunu qorxu-hürkü içərisində yaşayıb. Onun iztirabları 7 yaşından başlayıb. 1919-cu ildə atası - Azərbaycanın ilk ali təhsilli cərrahı Xudadat bəyi heç bir günahı olmadan bolşeviklər suçlayaraq Bakıya etap etmiş, Nargin adasında güllələmişdilər. Ailə pərən-pərən düşmüşdü. Nigar xanımın iki qardaşından biri Rusiyaya, biri isə Türkiyəyə mühacirət etmişdi. Evləri müsadirə edilən Nigar xanım və anası Cəvahir xanım Bakıya sürgün edilmişdilər.

Bütün bunlara baxmayaraq istedadı, ilhamı, mübarizliyi və bəxti sayəsində Nigar xanım həyatın dibindən çıxa bilmişdi.

O, Bakıda Pedaqoji texnikumu və Moskvada Pedaqoji İnstitutu (1932-1936) bitirib. Bu sətirləri yazarkən vaxtilə yazıçı İlyas Əfəndiyevin dediyi sözlər yadıma gəldi: "Tale təqsirsiz, məhkəməsiz güllələnmiş xalq cəfakeşi Xudadat bəyin heç olmazsa köməksiz, imdadsız qalmış o gənc qızına aman vermişdisə, demək dünyada az da olsa ədalət varmış".

Nə yaxşı ki, Nigar xanımın məşəqqətli ağır günlərində onun tale yolunda Rəsul Rza dayanmışdı. Həyatdan, quruluşdan küskün olan, ürəyi nisgilli Nigar xanıma o vaxt arxa olmaq qəhrəmanlığa bərabər idi. Rəsul müəllim Sovet rejiminin tüğyan elədiyi 1937-ci ilin fevralında, hətta Nigar xanımla ailə qurmaqdan belə çəkinməmişdi.

Rəsul Rzanın yaxın dostu, ədəbiyyatşünas alimimiz, Abbas Zamanovun başına gələnlər Rəsul müəllimin də başına gələ bilərdi. Abbas müəllimin həyat yoldaşını pantürkist qızıdır - deyərək sürgün etmişdilər. Oğlanları Fuad və Firuz yetim qalmışdılar.

Arxiv materialları göstərir ki, hətta 40-cı illərin 2-ci yarısında Nigar xanım və anası Cəvahir xanımın Azərbaycandan sürgün edilməsi məsələsi gündəmə gəlmişdi. Xoren Qriqoryanın imzası ilə "hakimiyyətə düşmən münasibət bəslədiklərinə görə" onların sürgün edilməsi barədə sənəd dərkənar üçün M.C.Bağırovun masasının üstünə qoyulmuşdu. Sənəddə M.C.Bağırovun dərkənarı var: "ostavit", yəni "toxunmayın, qalsınlar".

Mənə belə gəlir ki, burada Rəsul Rza faktoru az rol oynamamışdır.

Şairin 1944-cü ilə qədər 10 əsəri çap olunmuşdu. Azərbaycan Ali Sovetinin deputatı idi. Azərbaycanın Əməkdar incəsənət xadimi (1945) fəxri ada layiq görülmüşdü. Bundan əlavə, şairin 1950-ci ildə işıq üzü görən "Lenin" poemasının ayrı-ayrı hissələri şübhəsiz ki, qəzet və jurnallarda əvvəllər çap olunmuşdu.

Bütün bunları düşünərək demək olar ki, Rəsul Rza Nigar xanıma nəinki arxa, dayaq olmuş, eləcə də onun və anası Cəvahir xanımın xilaskarı olmuşdur.

Onu da demək lazımdır ki, Rəsul Rzanın cəsarəti və sevgisi ona başucalığı gətirmiş, ictimaiyyət arasında qorxmazlığı, mərdliyi barədə fikir formalaşmışdı.

Nigar xanımın Rəsul müəllimə tükənməz məhəbbəti həm də buradan qaynaqlanırdı - desək yanılmarıq.

Sən olmasan baharın,

yazın ətri olmazdı.

Sən olmasan bir dünya

sevinc belə çox azdı.

Baharın çiçəkləri,

açıb-solmasın sənsiz.

Ömrüm sənsiz olmasın,

Şeirim olmasın sənsiz.

Xüsusi vurğulamağa dəyər ki, yazarlar arasında Rəsul Rza ailəsi nümunəvi, örnək ailə kimi tanınırdı.

Nigar xanım, şübhəsiz, buna görədir ki, fəxarətlə yazmışdır:

Ömrümüzü bulaq suyu kimi saf,

Ayna kimi ləkəsiz yaşadıq.

Nigar xanımın poeziyası nəğmə qədər qəlbəyatandır. Çünki onun lirikası kövrək, ülvi duyğuları tərənnüm edən yüksək poeziya nümunələridir:

Ala gözlüm, səndən ayrı gecələr

Bir il qədər uzun olur, neyləyim?!

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim?!

Bu misraların təsir gücü adamı heyran edir.

Nigar xanımın poeziyasının cazibə qüvvəsindən çıxmaq olmur. Odur ki, görkəmli bəstəkarlarımız onun poeziyasından qədərincə bəhrələnmiş, əbədiyaşar mahnılar yaratmışlar. Zeynəb Xanlarovanın oxuduğu "Dağları duman alanda", Akif İslamzadənin "Ala gözlüm", Xədicə Abbasovanın "Aman ayrılıq" mahnıları belələrindəndir.

Nigar Rəfibəylinin 100 illik yubileyi münasibəti ilə Türkiyədə ona həsr olunmuş "Ala gözlüm" adlı kitab nəşr olunmuşdu. Kitaba böyük məhəbbətlə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Ön söz yazıb. Ön sözdən məlum olur ki, yuxarıda adını çəkdiyim mahnılar Türkiyə radiosunda tez-tez səsləndirilirmiş. Lakin onlar "Qars türküsü" adı ilə təqdim edilirmiş.

Ön sözdə Yaqub Öməroğlunun etirafı da səmimiliyi ilə fərqlənir: "İllər sonra, bizi başqa aləmə aparan bu mahnıların azərbaycanlı şair Nigar Rəfibəyliyə aid olduğunu öyrənəcəkdim. Şairənin həyatı haqqında öyrəndiklərimdən sonra o, mənim könül dünyamda kristal bir abidəyə çevrildi".

Yeri gəlmişkən, mənə belə gəlir ki, Güney Azərbaycanda yaranan, hər iki tayda sevilən "Ayrılıq" mahnısının sözləri Nigar xanımın "Ayrılıq" şeirinin təsiri altında yazılıb. Hər iki şeirdə misralar həsrət nəğməsi gücündədir:

Mən ki, doymamışdım heç vüsalından,

Mənə zülm eylədi yaman ayrılıq.

Nə olaydı bir gün durub yuxudan

Görəydim ki, olub yalan ayrılıq.

Bu isə güneyli şair Rəcəb Fərhad İbrahiminin nəğməyə çevrilən misralarıdır:

Uzundur hicrindən qara gecələr,

Bilmirəm, mən gedim, hara, gecələr?!

Vurubdur qəlbimə yara gecələr

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq.

Hər iki şairin şeirindən və hər iki "Ayrılıq" mahnısından göründüyü kimi, ayrılıq əlacı olmayan dərdə bənzəyir, ağrısı-acısı adamı göynədir.

Nigar Rəfibəylinin poeziyasının ana xəttini vətənə, xalqa, təbiətə məhəbbət, qadın səadəti, övlad sevgisi təşkil edir:

Üç beşiyin arxasında

Bəzən sübhədək oturdum.

Nəğmələrdən, şeirlərdən

Mən onlara dünya qurdum.

Şairin arzusu insanları, xüsusən də o vaxtlar məhdud hüquqlu qadınları azad və xoşbəxt görmək idi.

Nigar xanımın yaradıcılığında ana mövzusu qırmızı xətt kimi keçir. Onun analarla bağlı şeirləri xüsusi tədqiqat mövzusudur. Şairin hər şeiri poetik yenilikdir. "Toy" adlı şeir bu baxımdan xüsusi maraq kəsb edir:

Deyirlər ki, qısqanırsan,

anasan, əlbət.

Oğlun bu gün toy eyləyib

səndən ayrılır.

Tapıntıya heyran olmamaq olmur:

Qoy cəbhələr ayırmasın

bizi övladdan

Qoy aparsın oğulları

gözəl gəlinlər.

Xalq düşməninin qızı kimi damğalanan Nigar xanım suyu üfürə-üfürə içən adamlar kimi şeirlərində hər sözü, hər poetik ifadəni çox diqqətlə seçirdi. İlhamının qabağına sipər çəkməli olurdu. Siyasi hürkülər canına, qanına hopmuşdu. O, ürəyindəkiləri üzə çıxarmamaqla Rəsul müəllimi də qoruyurdu. Bunun nəticəsidir ki, 1934-cü ildə çıxan ilk "Şeirlər" adlı kitabından başlamış 1957-ci ilə qədər çap olunan 10 kitabının həcmcə ən böyüyü 64 səhifədən ibarət olmuşdur.

Lakin 1956-cı ildə ab-hava dəyişəndən, sovet rejimində yumşaqlıq baş verəndən sonra Nigar xanımın kitabları böyük həcmdə, həm də tez-tez işıq üzü görməyə başladı: "Şeirlər" (1959), "Dənizin səsi gəlir" (1964), "Ana səsi" (1969), "İşıqlı dünyam" (1969), "Seçilmiş əsərləri" (1979) və vəfatından bir il sonra "Həzin bir axşamda düşsəm yadına" (1982).

O dövrdə Nigar xanımın tərcüməçilik fəaliyyəti də çox məhsuldar olub. O.Qonçardan, A.Çexovdan, Herbet Uelsdən və bir çox başqalarından etdiyi tərcümələr oxucuların rəğbətini qazanmışdı. Yaxşı yadımdadır, onun H.Uelsdən tərcümə etdiyi "Görünməz adam" (əslində "Gözə görünməz adam") əl-əl gəzirdi (O vaxtlar kitaba, oxumağa böyük həvəs və istək vardı).

Nigar Rəfibəyli Ulu öndər Heydər Əliyevin 1-ci hakimiyyəti dövründə "Xalq şairi" adına layiq görülüb. Ümummilli liderin xalqın istəyi ilə yenidən hakimiyyətə gəldiyi dövrdə Gəncədə - Sərdar bağında abidəsi qoyulub. Açılışda Heydər Əliyev şəxsən iştirak etmiş və yaradıcılığını yüksək qiymətləndirmişdi.

Nigar xanımın "Xalq şairi" fəxri ada layiq görülməsi, Gəncədə - Sərdar bağında abidəsinin ucaldılması, Bakıda yaşadığı küçənin, Gəncədə oxuduğu məktəbin onun adını daşıması, "Şərəf nişanı" ordeni və medallarla təltif olunması çox mətləblərdən xəbər verir.

Sağlığında Nigar xanımın paxıllığını çəkənlər, qibtə edənlər, qapısına daş atanlar çox olmuşdur. Lakin Xalq şairi Bəxtiyar Vahabzadə demişkən, onlar nə murada yetdi, nə kama çatdı. Şanlı bir nəslin yadigarı olan Nigar Rəfibəyli isə gözəl poeziyası, ziyalılığı və şəxsiyyətinin aliliyi ilə insanların sevimlisinə çevrildi.

Ədəbiyyat Qəzeti

12.07.2023