☰

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyat İnstitutunun əməkdaşı Suriyada bir sıra tədbirlərdə iştirak edib

13.11.2026 | 11:19

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev Suriyaya səfəri zamanı Suriya Türkman Məclisinin sədri və Suriya Xalq Parlamentinin millət vəkili Əbdürəhman Mustafa ilə görüşüb.

Görüş zamanı Suriya türkmanlarının liderinə “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin “Təşəkkürnamə”si və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “Elm və həyat” jurnalının son nömrəsi hədiyyə edilib.

Qeyd edək ki, “Elm və həyat” jurnalının 2026-cı il, 3-cü nömrəsində filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin “Türkmanların Suriyada yerləşməsi və türkman yurdları” adlı məqaləsi dərc olunub.

www.science.gov.az