Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

MÜSABİQƏLƏR.MÜKAFATLAR

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülmüşdür

22-05-2017 [ 10:47 ] [ oxunub:175 ]
printerA+ | A-
47211

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 
Nizami adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Salidə Şərifova 

Rəsul Rza adına Ədəbiyyat Fondu tərəfindən Rəsul Rzaya həsr olunmuş məqaləyə görə "Rəsul Rza mükafatı"na layiq görülmüşdür.
Qeyd edək ki, 2017-ci il Rəsul Rza mükafatına şair Musa Yaqub, akademik Nizami Cəfərov, 
yazıçı Səyyad Aran kimi tanınmış qələm sahibləri də layiq görülmüşdülər.
"Salidə Şəmmədqızı (Şərifova) AYB-nin üzvüdür, Rusiya Yazıçılar Birliyinin Q.R.Derjavin adına medalı ilə təltif edilmiş və M.A.Şoloxov adına beynəlxalq mükafat laureatıdır. O, Ədəbiyyat İnstitutunda baş elmi işçi, filologiya üzrə elmlər doktorudur. Hekayələrindən ibarət nəsr nümunələri toplusu vardır. "Əriyən Şam" adlanan kitabında ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni proseslərdə baş vermiş problemləri bədii təhlillə oxuculara təqdim edir. "Ön söz" müəllifi, Xalq yazıçısı Çingiz Abdullayev Salidənin hekayələri haqqında belə yazır: "Salidə xanım hekayələri, bir tərəfdən milli nəsrə aid ənənələri davam etdirsə də, o biri tərəfdən janr quruluşu baxımından yeni axtarışları əks etdirir. Bu baxımdan "Əriyən şam" toplusu bizim kiçik nəsr janr formalarının inkişafının davamı kimi qiymətləndirilməlidir. Eyni zamanda müəllif aktual və kəskin suallara toxunur, qısa həcmli əsərlərində bəşəri və ümummilli xarakter daşıyan problemləri açıqlayır. Bu xüsusiyyətlərinə görə Salidə xanımın yaradıcılığı aktual və müasirdir". (Vüqar ƏHMƏD)