Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

In the magic of Anar‘s female characters (People‘s writer Anar-85) - Zakira Aliyeva

14-03-2023 [ 14:39 ] [ read:45 ]
printerA+ | A-
103167

An outstanding representative of our contemporary literature, talented prose writer and dramatist, film director, People's Writer of the Republic, Anar is one of the artists who has found his way into the hearts of millions of readers. The writer who came to art from the 60s of the last century brought a new atmosphere to our literature, wrote down the rich inner world of our contemporaries in a highly artistic form, and became a propagator of national and humanitarian ideas through his numerous works. Anar, who is a child of the poet family of Rasul Rza and Nigar khanim Rafibeyli, successfully continues the literary relay of his parents as a worthy child of this family. The writer's monumental work "Without You" is the best example of this literary school, love in the family, and child-parent relations.

I would like to mention three interesting aspects of Anar's multi-faceted creativity: spreading the ideas of "Kitabi dede Gorgud", the heroic epic of our nation, among a wide readership; artisticizing the work of the great artist U. Hajibeyov, who brought our musical culture to the world arena, and finally benefiting from the literary school of Mirza Jalil, an invaluable master of satire, a master of satire, a wise master of words who appealed not only to Azerbaijan, but to all the people of the East with the call "I have told you, I have come". It is true that all the three topics mentioned above are familiar to almost the entire Azerbaijani literary creative environment. Without hesitation, we can say that Anar's creativity shines a bright light on these topics and brings new artistic freshness.

This artistic freshness is also related to the interesting images of women in the writer's work, and his interesting opinions about women's problems. In this article, we will talk about those women's characters and try to look at the writer's thoughts on women's issues.

Hundreds of women's characters, remembered in Azerbaijani literature, brave, heroic, loyal, morally clean and pure, who won the sympathy of readers, were created, and the gender landscape of the creativity of a number of our writers was illuminated. People's writer Anar's multifaceted creativity also provides rich material for the study of women's problems. As the years pass and time changes, the public view on various issues also changes. It is important to reconsider a number of non-objectively evaluated issues in the post-Soviet space, to evaluate them from the point of view of national values.

  The main reason for Anar's success was the vitality of the subject of his first story "Last Night of the Last Night", published in "Azerbaijan" magazine in 1960. Highly artistic depiction of real-life scenes and most importantly, the image of the Azerbaijani woman - Mrs. Hamida, perfectly decorated with all shades of motherly feelings, was loved. Despite the fact that the work was the writer's first pen experience in the field of dramaturgy, it brought wide fame to its author. The main character of the work, Mrs. Hamida, became a widow after the death of her husband, and fulfilled her duty as a mother with dignity and raised four children. Anar was able to erect an artistic statue of a woman who took care of her children and brought honor to motherhood with the care, patience and restraint characteristic of an Azerbaijani woman. You can feel the richness of your mother's spiritual world more clearly in her conversation with the postman.

Anar continues the series of interesting female characters in his later works. In the labyrinths of his artistic-philosophical thoughts, the writer gives vivid life to dozens of female characters of various characters and presents them to his readers: "Conversation of a woman working in a prison", "Summer days in the city", "Me, you, she and the phone", "Georgian surname", "The day passed" , "Tahmina and Zaur", "Dante's Jubilee", "White Harbour", etc.

  The next guest of the "Echo" newspaper's Internet forum in a virtual environment was Anar, People's Writer of Azerbaijan, winner of the State Prize, outstanding social and political figure, chairman of the Writers' Union. (May 29, 2002). While watching the progress of the forum, several points that caught my attention at that time caused me to refer again to the Internet address of this transcript.

Forumda oxucuların müxtəlif suallarını vətəndaş  səmimiyyəti ilə cavablandıran yazıçının bölüşdüyü fikirləri, söylədiyi mülahizələri, gəldiyi qənaətləri «Yazıçı və Xalq» ünsiyyətinin gözəl nümunəsidir.  Diqqəti çəkən mükalimələrin birində N. adlı bir Azərbaycanlı xanım yazıçıya belə müraciət edirdi: «Mən Sizin əsərləri mütaliə etməyi çox sevirəm və daha çox da Sizin valideynlərinizin, xüsusitlə Nigar Rəfibəylinin pərəstişkarıyam. Mən bir azərbaycanlı kimi sizinlə fəxr edirəm. Kaş sizin kimi ziyalılarımız çox olaydı. Anar müəllim Siz «Mədəniyyətin səviyyəsi qadına münasibətlə ölçülür» deyimi ilə razılaşırsınızmı?».

Yazıçı Anarın sadə və səmimi cavabı belə idi: Əziz N. xanım mənim və valideynlərim haqqında söylədiyiniz xeyirxah sözlərə görə sağ olun... Sizin təqdim etdiyiniz bu fikirlə mən tamamilə razıyam və   millətin mənəviyyatı və ziyalılığı ən çox qadına münasibətdə – hörmətdə, ehtiramda və minnətdarlıqda -  özünü büruzə verir.

Digər bir azərbaycanlı xanım A.-nın isə sözlərində «Yazıçı-Xalq», daha doğrusu xalqın ən zərif duyumlu təbəqəsinin yazıçıya münasibətinin səmimi etirafını görürük:  “Hörmətli Anar bəy! Bu nadir imkandan istifadə edərək “Beşmərtəbəli evin altıncı mərtəbəsi» əsərinə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.   Sizin bir çox əsərlərinizi oxumuşam,  lakin bu romanı dönə-dönə oxumuşam. Baxmayaraq ki, 10 ildən artıqdır ki, mən vətəndə yaşamıram.  Bu kitab həmişə gözümün önündədir. Azərbaycandan özümlə gətirdiyim ən qiymətli əşyalardan biri bu (ana dilimizdə) kitabdır. Sizin yaradıcılığınızı baxın belə sevirəm…”.  Yenə yazıçı tərəfindən sadə bir cavab:  “Əziz A. çox sağol!  Belə sözləri oxuyanda və ya eşidəndə  həyatını boş yerə sərf etmədiyini fikirləşib  təəssüflənmirsən”.

Qadın tədqiqatçılardan T.Əzimovanın «Anar dramaturgiyasında psixologizm», F.Musayevanın «Anarın bədii nəsrində xarakter problemi», Z.İsmayılovanın «Anarın bədii  əsərlərinin ekran təcəssümü»,  A.Məmmədovanın «XX əsrin 70-80-ci illərində rus və Azərbaycan nəsrində  mənəviyyat axtarışları»nı (Anarın əsərləri əsasında), Türkiyə Cümhuriyyətinin tanınmış elm ocaqlarından biri  olan Egey Universitetinin  elm xadimi Ayşa Atay, Qazi Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin professoru Fatma Özkan və b. yazıçı Anarın yaradıcılığına həsr etdikləri maraqlı araşdırmaları, tədqiqat işlərini də göz önünə gətirdim.

Yazıçı Anarı oxucuya, jurnalistə, tədqiqatçıya, müxtəlif peşə sahiblərinə, hətta evdar qadınlara sevdirən nədir? Yazıçının şəxsiyyətimi, yazıçı təxəyyülünün sevgisi ilə süslənmiş, qadın obrazlarımı? Və ya bir xalqın, bir millətin mədəni tarixi köklərindən, el adət-ənənlərindən qaynaqlanaraq, zaman meridianlarında əbədiləşmiş, ədibin yaradıcılıq üfüqlərindən boylanan neçə-neçə bədii obrazlara qovuşmuş və qovuşacaq əsrimizin,  keçmişimizin, gələcəyimizin ilham pərisi olan  qadınlara -  anaya, sevgiliyə, bacıya, silahdaşa mehriban münasibətidirmi?  Bəlkə bu Anar əsərlərinin süjetlərindəki dərinlik, sirlilik, gözə görünməzlik arxasından duyulan, sevilən insan xarakterləridir? Bu problemi anlamaq, hiss etmək üçün  yazıçının müasir yüklü yaradıcılıq nümunələrinə nəzər saldıq, bu məhəbbətin, ehtiramın, yüksək milli mənəviyyatın köklərini Anar əsərlərinin gender mənzərəsində axtarmalı olduq.  Və sözün əsil mənasında, elə ilk yaradıcılıq nümunələrindən başlayaraq qarşımızda əsrarəngiz bir qadın dünyası, qadına olan ehtiramın, ləyaqətin, sevginin və qayğının əsrarəngiz qalereyasını canlandırdı…

… «O müasir  qızdı. Saçları gödək, danışıq tərzi, düşünüş tərzi, yaşayış tərzi müasir. Zövqü müasir, gülüşü müasir, şüuru müasir, geyimi müasir.  Amma indi o qədim bir rəqs oynayırdı. Qədim bir Qarabağ rəqsi. Onun oyununda qəribə  bir ahəng vardı. Sümüklərinin,  əzələlərinin plastikası iləmi,  üzündəki ifadənin işvəkarlığı iləmi, hərəkətlərinin şirin, naz qəmzəsi iləmi, deyə bilmərəm, amma nə iləsə  bu rəqs xəyalımda  heç bir vaxt görmədiyim keçmişləri, çox qabaqlar yaşamış  gəlinlərimizi, qızlarımızı canlandırdı.  Heç bir vaxt kişi üzünə çıxmayan,  kişi nəzəriylə oxşanmayan, sığallanmayan,  qanadlanmayan gəlin-qızların  qədim həsrəti bu axşam kişilər-gənclər içində  rəqs edən müasir qadının bütün hərəkətlərinə,  bütün varlığına aşılanmışdı. Bu gün kişilər içində  rəqs edən bu qız  sanki əsrlərlə qara çadralar altında boğulan qadınlıq hissinin ən kövrək,  ən xəfif, ən incə gizlinlərindən, sirlərindən, intizarlarından danışırdı…». 

Bu, 23 yaşlı Anarın ilk qələm nümunələrindən biri  olan «Taksi və vaxt» hekayəsinin  qəhrəmanı Nərgizin təsviridir. Anarın gənc Nərgiz obrazına münasibətini ifadə edən düşüncələrilə tanış olan oxucu demokratik dəyərlərdən danışdığımız müasir zəmanəmizdə  eyni baxışla gənc qızlarımızı müşahidə edib, gəldiyi qənaətləri müqayisə edə bilər. Əlbəttə, ifrat açıqlıqla müşaiyət olunan və  bəzən ikrah doğuran sərbəstlik istisna olunmaqla. Burada xüsusi cəhət yazıçının dünyaya baxışlarının qocalmayıb, müasir zamanla səsləşməsi,  estetik gözəlliyi tarixin, fəlsəfi anlamın, nəhayət qadın azadlığının dəyərləndirildiyi müasir cəmiyyətin fonunda əks etdirməsidir. Düzdür, əsərin psixoloji gərginliyi Nərgizə yox, onun simasında gəncliyinin məhəbbətini zaman məkanından gedən taksidə itirmiş, «nə qadın o qadındı, nə mən o vaxtkı  «məndim» - deyə düşünən bir yaşlı kişinin  dostunun qızına - Nərgizə olan eşq, əzab, intizar, səadət və ona qovuşmaq arzusu ilə çulğanmış mənəvi dünyasının milli mənəvi, mədəni dəyərlər kontekstində təqdiminə aiddir.

Lakin söhbət Anarın kiçik bir epizodda oxucusuna bir dünya yaşatmaq və düşündürmək  məharətindən, ən əsası isə   Azərbaycan qadını, qızı anlamına münasibətdə onun mənəvi dünyasını bəzəyən Anara, Rəsul Rza ailəsinə mənsub məhəbbətlə cilalanmış  ehtiramından gedir.

Yazıçının bu zaman məsafəsindəki təxəyyül sehrinin müasirliyə qovuşması mənzərəsini  şərh edən Rahid Ulusel yazır: «Azərbaycan nəsrində Anar şüuraltı psixologiyanın dərinliklərini belə inadla araması ilə milli bəddi düşüncəmizi çağdaş sorulara urcah edir».     Gəncliyində sevdiyi qadını boş fəlsəfi düşüncələrinə görə itirən  qəhrəman, itirilmiş səadətinin yeni təcəssümü olan Nərgizin xəyalı ilə yaşamağa üstünlük verir.    

«Bayram həsrətində»    hekayəsinin qəhrəmanı      yeniyetmə qız Gülarənin gözləri gülür.  Nədir bu sevinc? Gənc qızın könlündə  təlatüm yaradan ilk  bahar ətirli məhəbbət mehi və  bu məhəbbətin hələ açıqlanmamış duyğularının səs tellərinə  çökmüş cəsarətsiz titrəyişi. Qonşu bəstəkar oğlanın diqqətini hiss etmək arzusundan doğan məhəbbət romantikasının ilk  həyəcanları. Anasına qonşu oğlan haqda: «…Yuxarıda dayanıb… Əlində bir dəstə gül vardı. Mən həyətə girəndə düz qabağıma atdı.. Bilmirəm bəlkə də əlindən düşüb. Güllər düz qarşıma səpələndi…» - deyərək qonşu oğlanın atdığı bu güllərin ona aid olmasını  çox istəyən, hələ sadəlövh, uşaq qəlbli Gülarənin bu kiçik məhəbbət sevncinin səbəbi  millətindən, irqindən, dilindən asılı olmayaraq bu hekayəni mütaliə edəcək hər bir anaya, qadına,qıza  tanışdır. Anarın təhkiyəsində Gülarənin ilk baxışda bu adi və sadə  görünən ilk məhəbbət təması yazıçının həyat reallıqlarına,  insanın pisixoloji aləminə, xüsusilə  gənc qızın, qadının  varlıq dünyasının fəlsəfəsinə varmasının ali zirvəsidir. Yazıçı burada hisslərin təsvirinə geniş yer verməsə də hekayədən  təəssüratlanmamaq mümkün deyil. Sanki hekayəni oxumursan, Gülarə ilə yanaşı yaşayır,  onu nəvazişlə  könlünü almaq istəyən anaya çevrilirsən, və  ya nə zamansa Gülarə yaşda yaşadığın sadəlövh hisslərinin şirin xatirələrinə dalırsan.

«Dəmir tutqac da Xədicənin əlindən düz Faiqin başına düşüb. Az qalıb uşağın başı yarılsın…. Gör yazıq uşağın başına necə bərk dəyib ki,əlindəki gülləri də töküb həyətə». – xəbərini eşidən «Gülarə başını mizin üzərinə qoydu, için-için ağladı…». Dilşad xalanın bu danışığını eşidəndən sonra ilk məhhəbbət arzularında yanıldığını görən Gülarənin könlünü ovutmaq üçün  sanki hekayənin bitdiyinə təəssüflənir, təsvir olunan hadisənin reallığına qovuşmaq istəyində bulunursan.

Gülarə və  Nərgiz Anarın orijinal təhkiyə tərzinin sehrindən, sadə, real həyat mənzərələri yaratmaq sənətkarlığından doğmuş,  adi insani duyğuların    bədii cazibəsi ilə süslənmiş diqqət çəkən  obrazlarıdır. Bu obrazlar hələ çox yeniyetmə, saf, zərif  müasir Azərbaycan qızlarıdır.

Anarda qəribə bir tərzdə gözə görünməyən qəhrəmanlarını belə oxucuya sevdirmək, ona maraq oyatmaq, oxucunu həyəcanda saxlamaq qabiliyyəti var.

«Sabah biz ayıq olacağıq» hekayəsində itirdiyi Kamilənin faciəsini yada salıb, sabahı ayıq açmaq qorxusunu yaşayan Zeynalın iztirablarından danışılır. Bu qadın obrazı Zeynalın sərxoş xatirələrindən boylanır. Əslində biz onu görmürük. Bu qadın Anarın zaman meridianlarında  yox olmuşdur, yalnız Zeynalın itmiş faciəli  dünyasının yaddaşından görünür. «Bütün problemlər necə də asan həll olunurmuş. Bir şüşə araq. Bir şüşə konyak, bir də çaxır. Vəssalam... Sonra isə Kamilə. Qurtarmaz gəzintilər…Bəxtiyarlıq. Tam bəxtiyarlıq. Doğrudur fırlanan binalar olmayacaqdı. Amma əvəzində Kamilə…»;  «Nə isə yaddaşımın, ya ürəyimin, bilmirəm heç haramın harasındasa nə isə bir tikan batıb, bir az zoqquldayır, məni tamam bəxtiyar olmağa qoymur..». «…Kamilə…». «İndi zəng  eləyəcəm və xoşbəxt olacayıq. Bəxtiyar olmaq necə  də asan imiş…».

-Alo, sizsiz Mələk xala. Salam əleyküm. Zeynaldır.  Kamiləni olar?

-Dəstək sükuta qərq olur.  Sonra Mələk xala titrək bir səslə:

- Dəli olmusan Zeynal? –deyir.

- Niyə dəli olmuşam Mələk xala,  Kamiləni istəyirəm, Kamiləni, Kamiləni,  - deyə  mən həsrətlə bağırdım. – Neyləyim axı, neyləyim?

Bədbəxt qadın sonsuz bir iniltiylə:

- Kamiləni qoruya bilmədin, biçarə – deyə hönkürür – qara torpaqlara verdin.

-Bilirəm – deyirəm. – Mələk xala, bilirəm. Məni bağışla, sərxoşam. Amma sabah ayıq olacam….».

Bəlkə Zeynal sabah ayıq olacaq ki, bir daha öz görüşləri ilə ona səadət, bəxtəvərlik dolu günlər bəxş etmiş Kamilə yoxluğunun ağrısını vicdan yükündən xilas ola bilsin. 

Beləcə əsərdən əsərə Anar müəllimin ədəbi düşüncələr labirintlərində  dünyanın ən zərif və qəribə məxluqu olan qadın tiplərinin qalereyasına baş vurur, onların hiss və həyəcanlarından yan keçə bilmirsən. Zaman məchulluğunda telefon dəstəyini dinləyib özü də hiss etmədən qarşısındakının məhəbbət dolu nəfəsini rabitə tellərində soraqlamağın intizarında olan Mədinənin («Mən sən, o və telefon»), gəncliyin saf məhəbbətini qoyub getdiyi Bakının küçələrinə çökmüş  xatirələrində axtaran Əsmərin («Gürcü familiyası»),  arabir deyingənliyi ilə ərini bezdirən, Feyzulla Kəbirlinskini pərtliyini bir qadın duyumu ilə metronu görmək arzusunun sevinci ilə əvəz edən Həcər «Dantenin yubileyi») və s. və i. nəhayət Təhmin ə(«Beş mərtəbəli evin altıncı mərtəbəsi»)… Azərbaycan qadının tarixlərdən, ideoloji aşırımlardan keçən mənəvi siması, taleyi, ləyaqəti, dəyanəti, səadəti, faciəsi, fədakarlığı, qayğıkeşliyi və s. ədibin  yaradıcılıq üfüqlərindəki mövzuların mərkəzində durur.

«Gün keçdi» əsərindəki Əsmər obrazını yada salaq.  İncə məhəbbət duyğuları, qadın səmimiyyəti, zərif insani hisslər nə qədər sənətkar duyumu ilə təsvir olunmuşdur.  Bu səbəbdəndir ki, Əsmər heç vaxt unudulmur, oxucularını öz romantik xatirələrinin ağuşuna alaraq həyəcanlandırır və düşündürür.

İstər dünya ədəbiyyatında, istərsə də bizim söz sənətimizdə məhəbbətə aid yüzlərlə, minlərlə bədii əsərlər yaradılmışdır. Lakin Anarın canlandırdığı Əsmərin də, Təhminənin də məhəbbəti, heç kimin məhəbbətinə bənzəmir, o çox orijinal və qüvvətlidir, insanlarda yüksək əxlaqi keyfiyyətlər aşılamağı, həyat hadisələrinə özünəməxsus tərzdə aydın və səmimi baxış tərbiyə etməyi bacarır.  Bu mövzu həcmindən, janrından asılı olmayaraq əsərdən-əsərə  yaşayan Azərbaycan qadını mövzusu Təhminə simasının  çılğınlığına qədər yaşayıb vaxtilə müzakirə meydanına çevrilmiş «Təhminə və Zaur» münasibəti bu günə qədər də aktual qalır. Fikrimizi təsdiq etmək üçün bu ətrafda ötən ilin sonunda www.day.az səhifəsində  Anarla müsahibənin bir məqamına da diqqət edək:

Müxbirin :  - Xahiş edirəm deyəsiz Təhminə həqiqətən də Spartakın məşuqəsi idi ya yox? Bəlkə o sadəcə Təhminəni  maşınında  deyək ki, aeroporta aparırdı.? Sualına Anarın «Ola bilər» cavabında gizlənən bədii məchulluq əslində yazıçının özünə aydındır. Bu bədii reallığa qovuşmuş həqiqətdir. Bu aydınlıq Təhminənin sözlərində yaşamaqdadır: «dünyada bir həqiqət, bircə həqiqət var – qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur, vallah… Bax, bu axşam var dünyada, bu meşə var, quşlar oxuyurdu bu meşədə, sən varsan, mən varam, bir-birimizi sevirik, bir yerdə olanda bəxtiyar oluruq, - budur bax həqiqət və bundan başqa heç bir ayrı həqiqət  yoxdur».  Və yaxud ««… insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur».

Bu da  çox maraqlı faktdır ki, yazıçının qızı Günel  Təhminənin «gündəliklərini» tapıb «Altıncı» adı ilə  nəşr etdirib.

Nəhayət daha maraqlı olan... Bu günlərdə “Ədəbiyyat qəzeti” Xalq yazıçısı Anarın “Təhminənin son sirri” adlı hekayəsini dərc etdi. Spartakın etirafını dinləyən Zaur “pillə-pillə beşmərtəbəli binanın altıncı mərtəbəsinə qalxırdı... qılxırdımı... enirdimi...   “Əski personajlarımla vida hekayəsinə sözardı” yazan Anarın qadın qəhrəmanlarının oxucuların yaddaşında nəinki əbədiləşdiyinin,  yenidən narahat dünyanın narahat problemlərinə qayıdaraq yaşadığının, düşündürdüyünün şahidi oluruq. 

Məhz bir yazıçı kimi bu bənzərsizliyi Anarı oxucularına daha çox sevdirir. Bəzən əsərləri ətrafında cərəyan edən ədəbi mübahisələr, ziddiyətli mülahizələrə baxmayaraq ədəbiyyat üfüqlərində işığını, parıltısını itirmir,  yazıçı-xalq səmimiyyətini davam etdirir.

Bu gün Xalq yazıçısı Anar ömrünün 85-ci baharına qədəm qoyur. Bu baharın qədəmləri uğurlu olsun, Anar dünyasını yeni-yeni yaşıllıqlarla bəzəsin, Anar düşüncələrinin xəyalına dalaq, Anar sədasını eşidək, Anar əsərlərinin sehrinə düşək…

«Qəlblə ağıl yaşıd olmur. Ağlımın yüz yaşı var, qəlbim on səkkiz yaşındadır» - söylələyən Anar müəllimə  on səkkiz yaşın qəlb gözəlliyi ilə yüz yaşının da  müdirikliyinə qovuşmasını arzu edirik.

 

Zakirə Əliyeva

filologiya üzrə fəlsəfə doktoru, dosent

OTHER NEWS