Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Merzifon Kitab Sərgisində Nizami Gəncəvi əsərlərinin təqdimatı keçirilib

19-05-2025 [ 08:47 ] [ oxunub:148 ]
printerA+ | A-
105479

Türkiyədə 8-ci Merzifon Kitab Sərgisinin açılışı olub. Sərgidə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan stendini qurub. İlk öncə Merzifon şəhər meydanında Kitab Sərgisinin rəsmi açılış mərasimi olub. Bölgənin ən böyük mədəni hadisəsi olan Merzifon Kitab Sərgisi vasitəsi ilə on minlərlə oxucunun kitab və yazarlarla görüşü baş tutub. Yüzlərlə nəşriyyatın və yazarın iştirak etdiyi Merzifon Kitab Sərgisi, sadəcə kitabların təqdim olunduğu bir məkan olmaqdan əlavə, mədəniyyət və fikir dünyasına töhfə verən mədəni görüş platformasına çevrilib.  

Sərgi çərçivəsində ölkəmiz üçün ayrılmış stendi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edib. Azərbaycan stendində dövlətçiliyimiz, Ulu Öndər Heydər Əliyevin irsi, müasir Azərbaycanın nailiyyətləri, tariximiz, mədəniyyətimizə aid kitablar sərgilənb. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin klassik irsimizə dair Türkiyə türkcəsində nəşr etdiyi kitablar, İstanbuldakı “Zəngin yayınçılıq” nəşriyyatının Azərbaycanla bağlı nəşrləri təqdim olunub. 

 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Türkiyə Cümhuriyyətində keçirilən 8-ci Merzifon Kitab Sərgisində iştirak etmiş və Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyə türkcəsinə çevirilmiş Nizami Gəncəvi əsərlərinin təqdimat toplantısında moderatorluq etmişdir.

SİZƏ MARAQLI OLA BİLƏR