Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Asif Rüstəmli. Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı (“Sənətkarın elmi pasportu - 52”)

02-10-2024 [ 09:30 ] [ oxunub:129 ]
printerA+ | A-
104869

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı (Bakı: “Elm və təhsil”, 204 s.) işıq üzü görüb. Kitab “Sənətkarın elmi pasportu - 52” seriyası çərçivəsində çap olunub.

Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira
Qasımlıdır. əşriyyatında çap olunub. Dörd fəsildən ibarət monoqrafiya bu mövzuya həsr edilmiş ilk elmi-tədqiqat işidir. Ədibin şeirləri, dram əsərləri və nəsri öz dövrünün ilk mənbələri əsasında tədqiqata cəlb olunub. Cəmo bəy Cəbrayılbəyliyə məxsus “Vətən marşı”nın nəşr tarixi və “Azərbaycan marşı”na çevrilmə səbəbləri, bu şeirin yanlış olaraq Əhməd Cavada aid edilməsi faktlar əsasında obyektiv dəyərləndirilib.

SİZƏ MARAQLI OLA BİLƏR