Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Literary portrait of Rasim Nabioglu, a devoted scientist and patriotic intellectual who devoted his life to science - Gurban Bayramov

07-04-2023 [ 12:43 ] [ read:46 ]
printerA+ | A-
103253

Ph.D. in Philology, literary critic, critic, poet-writer, translator, author of interesting works of art, leading researcher of the "Theory of Literature" department of the Nizami Ganjavi Institute of Literature of ANAS, associate professor, honorary professor, member of the Azerbaijan Writers' Union, the Republican Union of Journalists, the Republican Lovers Union member Rasim Nabioglu is on the eve of his 70th anniversary. He is a child of the ancient Khizi-Barmek district, he belongs to a well-known genealogy and lineage in the northern zone of Azerbaijan.

Intellectuals are always distinguished by their activities that serve the development of the country, the increase of the power of the state, and the upbringing of the young generation in the spirit of national ideas and patriotism. In particular, the activity of people who make valuable contributions to both the progress of society and the development of science is an example. One of them is Rasim Nabi oglu Gurbanov, whose literary creativity and activity fully correspond to these parameters, who turned 70 years old this year, March 13, 2023, and is known in the literary environment as Rasim Nabioglu.

Rasim Nabi oglu Gurbanov was born on March 10, 1953 in the city of Khachmaz. He graduated from high school in Siyazan in 1969, studied at the English-Azerbaijani language department of Azerbaijan University of Languages in 1972-1977. His first article entitled "Essence, manifestation" was published in 1972 in the widely circulated "Bilik" newspaper of ASU.

However, Rasim Nabioglu has professionally started his literary-scientific and critical activities since 1978. It is interesting that he received a road ticket as the winner of the competition for his irrevocable activity in this direction. He confirmed himself as a winner in the contest organized by the Azerbaijan Writers' Union (Azerbaijan Writers' Union) and the "Young Critics" studio established in the "Azerbaijan" magazine, the literary body of this Union, and as a member of the studio, he began a continuous literary activity, and as he progressed, he became a literary critic, critic, publicist, poet in the literary environment. , known as an essayist, translator...

Onun qələm məhsulları, yazdığı elmi, nəzəri-estetik, ədəbi-tənqidi məqalələri, tərcümələri, fəlsəfi, sosioloji və psixoloji məzmunlu ədəbi-bədii yaradıcılıq nümunələri APXDİ-nin (indiki ADU) çoxtirajlı "Bilik", həmçinin "Qurucu" (Dəvəçi rayonu - indiki Şabran), "Şəfəq" (Quba rayonu) qəzetlərində, "Azərbaycan", "Literaturnıy Azerbaydjan", "Müasir mədəniyyətşünaslıq" jurnallarında, və respublikanın digər elmi nəşrlərində, "Ədəbiyyat qəzeti"ndə, "Azərbaycan müəllimi", "Respublika", "Millət", "Şəhriyar", "Oğuz eli","Xalq qəzeti","Vətəndaş həmrəyliyi", "Versiya", "525-ci qəzet", Mədəniyyət" və s. mətbuat orqanlarında, habelə Ədəbiyyat İnstitutunun elmi nəşrlərində, Respublikanın elmi məcmuələrində, ABŞ-da, Rusiyada, İran və Türkiyədə, Orta Asiya respublikalarında çap edilmişdir...

Rasim Nəbioğlu ardıcıl olaraq respublika mətbuatında elmi, tənqidi, publisistik məqalə, tərcümə, esse, hekayə və s. janrlarda çıxış edir. Rasim Nəbioğlu mükəmməl təhsil görmüş, səmərəli fəaliyyət göstərmişdir. O, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına (qiyabi) daxil olmuş (1982), İki illik rejissorluq kursunu bitirmiş (1988-1990), Siyəzən Mədəniyyət sarayında və məktəblərdə dram, bədii özfəaliyyət, qiraət, "Gənc qələmlər" dərnəklərinə və "Xəzər" ədəbi birliyinə rəhbərlik etmiş, Səməd Vurğun adına Rus Dövlət Dram Teatrında işləmişdir (1992).  Rasim Nəbioğlu, həmçinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi işləməklə bərabər, 2007-2015-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində (indiki Mədəniyyət üzrə Elmi-Metoiki və İxtisasartırma Mərkəzi) elmi katib, şöbə müdiri, habelə kulturologiya və sənətşünaslıq indeksləri üzrə Respublika Prezidenti yanında Ali Attestasiya Komisiyasının siyahısındakı "Müasir Mədəniyyətşünaslıq" elmi, metodiki, publisistik jurnalının elmi redaktoru kimi çalışmışdır. Onun bu fəaliyyət həm də, Rasim Nəbioğlunu bir pedaqoq, mədəniyyət və mətbuat adamı kimi tanıtmışdır...

"Hüseyn Cavidin estetik idealı" mövzusunda (Elmi rəhbəri akademik Məmməd Cəfər) dissertasiya müdafiə etmişdir (1991), 1994-1997-ci illərdə doktoranturaya çıxmışdır. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında direktor müavini vəzifəsini daşımışdır(1995). Bəzi mətbuat orqanlarında və nəşriyyatlarda korrektor, müxbir, şöbə müdiri, elmi redaktor və baş redaktor olmuşdur.

Rasim Nəbioğlu 19 ədəbi-tənqidi, publisitik və tərcümə kitabının, həmçinin, 200-dən çox məqalənin müəllifidir. Qələm məhsullarında daha çox bədii-fəlsəfi ümumiləşdirmələrə meyil edən Rasim Nəbioğlu çox vaxt özünün sosial-etik və kulturoloji-estetik platformasından çıxış edir.

Onun "Hüseyn Cavidin estetik idealı", "Vüqar Əhmədin yaradıcılıq yolu" monoqrafiyasının, bədii yaradıcılığını əhatə edən, "Dərəzarat" və "Xatəmül-Ənbiya" poemaları, şeirləri, esseləri, hekayələri və ingilis dilindən tərcümələri daxil edilmiş "Dərəzarat", iki cildlik "Mədəniyyət. İncəsənət. Ədəbiyyat" adlandırdığı məqalələr toplusunun (2017,2021), "Aforizmlər və hikmətli sözlər", "Bürclər taleyimizdən xəbər verir", "İngiliscə-rusca-azərbaycanca danışıq kitabçası"  kitablarının müəllifi, tərtibçisi və mütərcimidir...

Bu əsərlər sübut edir ki, Rasim Nəbioğlunun yaradıcılığını, ədəbi-elmi fəaliyyətini həmişə dinamik, axtarışda olan univesal, çoxşaxəli, çoxspektrli, yaradıcılıq təsnifatına daxil edək... Onun yaradıcılığına nəzər salanda görürük ki, onun zəngin yaradıcılığı tarix, pedaqogika, mədəniyyətşünaslıq, həmçinin estetika, etika, sosiologiya, psixologiya və s. bu kimi fəlsəfi elm sahələri ilə sıx bağlıdır. Başqa sözlə, Rasim Nəbioğlu müasir humanitar təfəkkürlü qələm sahibidir.

Rasim Nəbioğlu ingilis dilinin sirlərini yaxşı bildiyindən onun həm bu dildən tərcümələri, həm də Azərbaycan dilindən ingilicəyə tərcümələri mükəmməldir və bu dili bildiyindən onu nəzəri görüşləri də, elmi-nəzəri mətnlərin ifadə texnologiyası da Qərb nəzəri texnologiyasının səviyyəsi uyarındadır, stereotip deyil, tamamilə özününküdür...

Rasim Nəbioğlu ingilisdilli müəlliflərin şeir, hekayə və kitablarını Azərbaycan dilinə, Anar, Yusif Səmədoğlu, Əmir Pəhləvan, Ağarəhim Rəhimov və digərlərinin əsərlərini ingilis dilinə tərcümə etmişdir. Onun yaradıcılığında maraqlı hadisələrən biri də budur ki, "Ağ gün" adlanan hekayəsi Azərbaycan yazıçılarının Amerika Birləşmiş Ştatlarında ingilis dilində nəşr olunmuş hekayələrindən ibarət topluya (2013) da daxil edilmişdir. Qeyd edək ki, görkəmli Azərbaycan yazıçılarının həmin topluda verilmiş hekayələrinin bir qismini ingilis dilinə məhz Rasim Nəbioğlu çevirmişdir.

Onun ingiliscədən dilimizə etdiyi əsərlər də təqdirəlayiqdir... Dünyacan şöhrətli olan Uilyam Şekspirdən, Çarlz Makeydən, Lənqston Hyuzdan, Ceymz Törberdən, Corc Bernard Şoudan, Uilyam Həzlitdən və ingilis, ABŞ yumorundan elədiyi tərcümələr bu qəbildəndir. Onun tərcümələrin təqdimat mədəniyyəti və üsulu da xoşuma gəldi. Rasim Nəbioğlu lazım olan cəhətləri, mənbələri ətək yazısında şərh eləməklə bərabər, tərcümə etdiyi şeirlərin orjinaldakı mətnini də verir, müəlliflər barədə oxucularını məlumatlandırır... Bu, Azərbaycan tərcümə mədəniyyətinə gətirilən yenilikdir, örnək olası məsələdir...

Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan tərcüməşünaslığında ciddi və səmərəli fəaliyyət göstərmiş, bacarıqlı mütəxəssis olaraq bu sahədə yetişən gənclərin elmi işlərinə elmi rəhbər, opponent, rəyçi, redaktor olmuş, habelə ingili dili üzrə "Dərs vəsaiti", "Testlər", "Danışıq kitabçası, "İzahlı lüğət" yazıb çap etdirmiş, Azərbaycanın müxtəlif ali məktəblərində, universitet və institutlarında (Xəzər Universiteti, Pedaqoji Universitet, Tibb Universiteti, Lənkəran Dövlət Universiteti, Qərb Universiteti, Ali qızlar məktəbi, Fövqəladə Hallar Akademiyası, Milli Konservatoriya) filoloji-linqivistik və pedaqoji-metodiki fənlərdən, eləcə də etika, estetika, fəlsəfə, sosiologiya, kulturologiya və s. predmetlərdən mühazirələr oxumuş, dərs demiş, Cənubi Rusiya Humanitar Universitetinin (Rostov-Don) Bakı filialında "Dillər və ədəbiyyat" kafedrasının müdiri və dekan vəzifəsində işləmiş (1999-2006), həmin universitetin fəxri professoru seçilmiş və Avra-Asiya İnzibati Elmlər Akademiyasının (Moskva şəhəri) müxbir üzvüdür...

Yeri gəlmişkən, onu da qeyd edək ki, Rasim Nəbioğlunun elmi, nəzəri, ədəbi, tənqidi, pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuş, onun yaradıcılığ baəsində akademik İs Həbibbəyli, Xalq şairi Sabir Rüstəmxnlı, professor Məmməd Əliyev, professor Məhərrəm Qasımlı, professor Adilxan Bayramov, Məmmədəli Mustafayev, tanınmış tənqidçi-ədəbiyyatşünaslardan Rəhim Əliyev, Vaqif Yusifli, Əli Rza Xələfli, Cingiz Qurbanoğlu, Qurban Bayramov, Qorxmaz Vəliyev, Fəttah Xalıqzadə, Şakir Əlifoğlu və digərləri maraqlı fikir və mülahizələr söyləmişlər...

Onu da xatırladaq ki, Rasim Nəbioğlunun və onun bir neçə həmkarlarının, qələm dostlarının elmi-nəzəri tədqiqlərində, tənqidi məqalələrində postsovet mərhələsinin ədəbi hadisəsi olan qərb nəzəri fikirinin axarına yaradaçı istnadlar müstəqillik dövrü ədəbiyyatında posmodernizm cərəyanının yaranan ünsürlərinin aşkarlanmasına kömək etmiş oldu...

Psixoanalitik təhlillə bağlı Ziqmund Freydə, arxetiplər nəzəriyyəsinə görə Yunqa, struktur-semiotik araşdırmalarda Klod-Levi Strossa, R.Brata, J.Jenetə, A.Qreymasa, T.Monroya, M.Fukoya, ədəbiyyat və ideologiya problemlərində T.Eqlitona, feminist ədəbiyyat məsələlərində Meggi Hummana, M.Eqlitona, bədii mətnin koqqnitiv öyrənilməsində D.Axapkinə, M.Bruna, A.Riçardsona, B.Boyda, postmodern ədəbiyyatla əlaqəli J.Lyotarda, G.Delezə, J.Deridaya, D.Kamperə və başqalarına istinad bu baxımdan diqqəti cəlb edir və Azərbaycan filologiyasına yeniliklə bərabər təzə nəfəs gəlir, yeni filoloji fikir istiqamətinin yaranmasına vəsilə olur, yeni yetişən filoloqlara istiqamət verir...

Rasim Nəbioğlunun elmi müşahidələri və tədqiqadları göstərir ki, Qərbin ədəbiyyat nəzəriyyəsi dərslikləri də istinad edilən mənbələr sırasındadır. R.Vellek-A.Varrenin, J.Kullerin, V.Qrassin, D.Karterin, P.Berrinin və b. ədəbiyyat nəzəriyyələri artıq tədqiqatlarda istifadə edilməkdədir. Bu isə nəzəriyyədə plüralizmi artırır və sovet ədəbiyyatı standartlarını dağıdır. Bu artıq ədəbiyyat nəzəriyyəsinə, filoloji fikrə müasir, aktual, inkişaf etmiş Qərb meyarları ilə yanaşmaq prinsipidir ki, bu prinsipin yaranmasında, inkişafında Rasim Nəbioğlunun dəyərli fəal, ardıçıl fəaliyyəti xüsusi qeyd edilməlidir... Bu həmdə çağdaş tənqid və ədəbiyyatşünaslığımızın yeni, modernist metedoloji əsaslarının yranmasına xidmət edən bir ədəbi-nəzəri prinsipdir...

Mühüm və təqdirəlayiq cəhətlərdən biri də, budur ki, Rasim Nəbioğlu özünü oxuculara şair və nasir kimi də təqdim etmişdir. Onun "Dərəzarat" (Bakı, 2013, 127 səh.) kitabına müxtəlif vaxtlarda qələmə aldığı yaradıcılıq nümunələri - "Xatəmül-ənbiya" və "Dərəzarat" poemaları, şeir və hekayələri, etüd və esseləri, habelə ingilis dilindən bədii tərcümələri daxil edilmişdir.

Rasim Nəbioğlu Hüseyn Cavid irsinin tədqiqatçısı kimi gözəllik və məhəbbətin yaradıcı qüvvə, bəşəriyyətin xoşbəxt gələcəyini təmin edəcək ali keyfiyyət olduğunu bildiyindən tədqiqatlarında olduğu kimi, hekayə və esselərində də, bu cəhəti xüsusi şəkildə qabarda bilir... Nəbioğlu əsərlərinin əksəriyyətində, əsasən də, esselərində idealı və antiidealı qarşılaşdırır və bu qarşılaşdırma effekti ona məzmunlu nəticə əldə etməyə kömək edir, sosial-etik və əxlaqi dəyərlər istiqamətində axara düşür...

Onun klasssik ədəbiyyat, nəzəriyyə, bədii yradıcılıq, gözəllik fəlsəfəsi və mədəniyyətşünaslıq, məsələlərindən, həmşinin ictimai həyat, zaman, din, insan və cəmiyyət qayğılarından yazdığı "Hüseyn Cavid və "Topal Teymur" dramı", "Cəfər Cabbarlını yaradıcılıq və həyat salnaməsi", "Mikayıl Müşfiq: "Kainat olduqca", "Səməd Vurğun: "Bizdə şeir də var, sənət də vardır...", "2018-ci ilin ədəbi yekunu - nəzəriyyə", "Zamanla üz-üzə", "Ədəbiyyatda gözəllik aləmi", "Akademik Məmməd Cəfər Cəfərov bir filosof, estetik kimi", "Əmanətdar şəxsiyyət, söz-qələm sahibi (Əl Rza Xələfli - 65)", "Epos və estetik ideal", "Görkəmli alim, aşıqşünas və xəlqi şair - professor Məhərrəm Qasımlı", "Xalq şairinin qələmli oğlu - Müşfiq Cabiroğlu" məqalələri bu qəbildəndir...

Bu cəhətdən biz onun elmi yaradıcılığı ilə bədii qələm məhsullarının ayrı-ayrı komponentləri arasında estetik ideal aurasında üzvi əlaqə olduğunu aşkar sezmək mümkündür... Ümumiyyətlə götürəndə, Rasim Nəbioğlunun yaradıcılığında, istedadında bir çoxşaxəlilik, polifonizm, universallıq özünü bariz şəkildə göstərir... Bu cəhəti onun qələm dostu, həmkarı, Əməkdar Mədəniyyət İşşisi, tanınmış tənqidçi-ədəbiyyatşünas, professor Vaqif Yuifli belə təqdim edir: "Rasim Nəbioğlu üçün mövzu məhdudluğu yoxdur. O, klassik ədəbiyyatdan da yazır, müasir ədəbiyyatdan da, folklordan da, estetikadan da, mədəniyyət və incəsənətin müxtəlif problemlərindən ayrı-ayrı sənətkarların həyat və yaradıcılığından, teatr tamaşalarından da qələm çalır. Bu onu göstərir ki, Rasim Nəbioğlu hərtərəfli tənqidçi-ədəbiyyatşünasdır..."

Bir daha, xüsusi olaraq, Türk qardaşlarımız demiş, "altını çizərək" qeyd edim ki, Rasim Nəbioğlu zəhmətkeş, istedadlı tənqidçi, ədəbiyyatşünasdır...

Alimin şəxsiyyət, cəmiyyət, idrak, təsəvvür, təxəyyül, ruh, vicdan, gözəllik, fəcilik, ülvilik, qəhrəmanlıq və s. bu kimi sosial-psixoloji və etik-estetik kateqoriyaları, anlayışları həm ədəbi-tənqidi, həm də, bədii yaradıcılığa uğurla tətbiq etməsi onun elmi təfəkkürünün, təhlil mədəniyyətinin və tədqiqatçılıq vərdişinin mükəmməliyindən xəbər verir.

Əziz qələm dostumuz, həmkarımız Rasim Nəbioğluna bu 70-illik yubileyində ona hər şey üçün - onun insanlığı - ziyalılığı üçün, məhsuldar istedadı üçün, ölkəsinə məhəbbəti üçün, xalqının səadətinə bəslədiyi inam üçün və nəhayət, ədəbiyyatımızın, tənqidimizin, ədəbi fikrimizin bir məhsuldar nümayəndəsi kimi uzun ömür və uğurlar arzulayırıq...