Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Elektronlaşma işinin təşkili və gələcək perspektivləri ilə bağlı Elektron Akademiya şöbəsi ilə görüş keçirildi

28-02-2023 [ 18:39 ] [ oxunub:121 ]
printerA+ | A-
103141

Ədəbiyyat İnstitutunda Elektron Akademiya şöbəsi ilə görüş olub

AMEA Rəyasət Heyətinin Elektron Akademiya şöbəsi Akademiyaya daxil olan İnstitutlarda elektronlaşma işinin təşkili və gələcək perspektivləri ilə bağlı
görüşlərə başlayıb. Elektron Akademiya şöbəsinin müdiri, r.ü.f.d., dosent Fariz İmranov, şöbənin əməkdaşı Elnur Eltürk Ədəbiyyat İnstitutunda bu sahəyə məsul şəxslərlə
görüşərək müzakirələr aparıblar. Görüşdə İnstitutun icraçı direktoru fil.f.d., dos. Mehman Həsənli, elmi katibi fil.f.d., dos. Aygün Bağırlı, Elmi informasiya və
tərcümə şöbəsinin müdiri fil.f.d., dos. Zakirə Əliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva, baş mütəxəssis Pərvanə Kərimova iştirak ediblər.
Görüş zamanı İnstitutun jurnallarının elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda
İnstitutda yeni Vikipedia qruplarının yaradılması, onların təlimə cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Google Akademik və digər elmi platformalarla
bağlı işlərin təkmilləşdirilməsinə həsr olunan seminarların təşkil edilməsi məqsədəuyğun hesab edilib.

SİZƏ MARAQLI OLA BİLƏR