Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Ayyub Turkay‘s children‘s poems - the poetry of simplicity - Elnara Akimova

12-01-2023 [ 12:28 ] [ read:49 ]
printerA+ | A-
103016

When I read Ayyub Turkay's poems for young children, I involuntarily felt myself in their world. Reason? Sincerity and everything related to the colorful world of children, the author's intention to write aimed at him, the ability to sensitively feel the child's soul, and the presence of subtle humor and positive shades. These listed qualities involuntarily turn the poems in the book into a source of energy containing an atmosphere of spiritual freshness and cheerfulness. Ayyub creates the poetry of simplicity. But this simplicity comes from the layer of the children's world. Decoration is flawless, like life itself. The young poet gives poetic content to these seemingly ordinary aspects of life, perhaps first discovered through the eyes of a child. Most of his poems have a general, common aspect that they are based on figurative information rather than narration in order to create a complete picture of an event, or that they are suitable for children's ability to perceive and understand the world:

 

Bir payız səhərində,

Günay durdu yuxudan.

Şimşəyin bərk səsindən

Gözün qırpdı qorxudan.

 

Baxdı pəncərəsindən,

Gördü küləkdir yaman.

Dedi dərsə getməyə,

Soyuq verərmi aman?

 

Anası qulaq asıb,

Bəhanəni anladı.

Qucaqlayıb qızını,

Bir balaca danladı.

 

Söylədi qızcığaza

Boran-çovğun olsa da,

Məktəbi heçə sayıb,

Dərsi verməzlər bada.

 

Günay səhvin anladı,

Keçdi əsas mətləbə.

Çantasını götürüb,

Yola düşdü məktəbə.

 

"Günayın səhvi" adlanan bu şeirdə əyanilik və konkretlik fikrin obrazlarla ifadəsində əsas göstəriciyə çevrilir. Əyyubun bunun kimi əksər mətnlərində həyati faktlar və predmetlərin özünün məzmununa uyğun bədii intonasiya və təsvir sistemi ilə əyaniləşən şeir quruluşu görürük. Müəllif bədii təsvirdəki lakonikliklə məzmun haqqında real, aydın təsəvvür yaradır, bədii-məntiqi keçidlər, bir-birini tamamlayan əlaqələr bu şeirlərin əsas məziyyəti sayıla bilər:

 

Babam hər il bostanda,

Çoxlu tərəvəz əkir.

Görürəm asan deyil,

Xeyli əziyyət çəkir.

 

Məhsul vaxtı sahədə,

Kələm, xiyar bol olur.

Biz tərəvəz yığanda,

Yeşiklər barla dolur.

 

Babamın zəhmətini.

Heç vaxt unutmaram mən.

Ona kömək etməmiş,

Kənddən qayıtmaram mən.

 

Əyyubun şeirləri sevgi doludur, yaratdığı balaca qəhrəmanlar bütün kainatı bağrına basacaq qədər saf, təmizdirlər. Böyüklərə hörmət, zəhmətə alışqanlıq, təbiətlə təmas, gözəl olan hər şeyə maraq hər mətndə ayrıca estetik yöndən təqdim olunur. Bu şeirlərdə predmet bədii səviyyəyə qaldırılır, onun münasib təşbehlərlə ifadəsi baş tutur. Həm əxlaqi, tərbiyəvi mahiyyət aşılanır, həm də məzmun obrazlı tutum qazanır:

 

Emin əlində mismar,

Ağacları cızırdı.

Ağlına gələn sözü

Qabığına yazırdı.

Bir gün də atasının

Adın yazdı budağa.

Fikirləşdi, atası

Əhsən deyər "qoçağ"a.

Sevimli atasına

Göstərdi əl işini.

Sevinclə, gülə-gülə

Ağardırdı dişini.

Atası dedi: -oğlum,

Yaralama ağacı.

Axı anlamırsan ki,

Onlar da çəkir acı?

Yaralanmış ağacı

Qışda şaxta vuracaq.

Yayda isə istidən

Yanaraq quruyacaq.

 

Uşaqlar üçün yazmaq onsuz da vətənə xidmətdir. Amma yaxşı yazmaq, onların əxlaqi tərbiyəsinə, davranış kamilliyinə yol açan mətnlərlə meydanda olmaq, - bu artıq milli mənafe, milli təəssübkeşlik hadisəsidir. Əyyub Türkayın şeirlərində bu meyil amal, məqsəd səviyyəsində təzahür edir. Onun şeirlərinin hamısı zəruri mövzulardadır: vətən sevgisi, Zəfər günümüz, təbiət təsviri, məktəbə çağırış, biliyin təbliği, dünyanı dərk etməyə maraq və s. kimi mövzular özünün uğurlu poetik ifadəsini tapır. Şairin "Vətən tarixi", "Ana vətən", "8 noyabr", "Xarıbülbül" kimi əksər şeirlərində məzmun cazibədarlığı ilə ifadə təbiiliyinin vəhdəti, təbii və rəvan dil, axıcı intonasiya əsas üslubi məziyyət kimi səciyyələnirlər.

 

Yeni tariximizin

8 Noyabr günü.

Zəfərimin yayılıb

Səsi, sədası, ünü.

 

Oxuyuram dərslikdə

44 günlük savaşı.

Bir-birinə qarışmış

Sevinc, kədər göz yaşı.

 

"Zəfər" sözü, sən necə

Möhtəşəm, uca adsan.

Qulağımda səslənir,

Şuşamız, sən azadsan!

Kitabda yer alan bir neçə şeirdə gənc şairin formanı nəzərə almadığı, daha çox poetik fikrə, ideyaya aludə olub qafiyə, vəzn, ahəng qeydinə qalmadığı da nəzərdən qaçmır. Bəzən misra qırılır, bəzən hansısa hərf düşümünə yol verilir ki, bu da bədii effekt yaratmağa mane olur, ifadə səlisliyinə xələl gətirir. Şeirdəki ifadə vasitələri hansısa poetik hissin reallaşmasına, hansısa fikrin daşıyıcısına çevrilməsinə xidmət etdiyi üçün bəzi hallarda qafiyə, bölgü və intonasiyada uyğunsuzluq yaranır.  Halbuki, şeirin bir sistem kimi bütöv təsir bağışlaması üçün onun daxili komponentləri arasında təbii-assosiativ uyarlıq olmalıdır. "Sərhədçidir mənim atam" şeirində biz bu uyarlığı hiss etmirik:

 

Gecə-gündüz qoruyur

Sərhədi mənim atam.

Keşiyində dayanır,

Mən evdə rahat yatam.

 

Bu peşədə görürəm

Gələcəyimi mən də.

Arzum budur ki, hərbçi

Olaram böyüyəndə.

 

Bu sıradan daha bir məqama diqqət çəkmək istəyirəm. Əyyubun kitabındakı bəzi şeirlərin günün informasiya, texnogen yenilikləri qaynağında hasilə gəldiyini, balaca qəhrəmanın düşüncə dünyasının çağımızın fakt və hadisələrinə əsaslandığını görürük. Bu təbii prosesdir, hər şey böyüyən, artan, inkişaf edən bir templə hərəkət edirsə, poetik fikrə yansıması normal qarşılanmalıdır. Əsas məsələ bu cəhdlərin, gətirilən yeni obraz və detalların bədii dəyəri təlqin olunan tərbiyəvi fikrin ifadəsinə nə dərəcədə xidmət etməsidir. Düzdür, Əyyubun istisnasız bütün şeirlərində öz mütənasibliyini pozmayan meyar, təəssübkeşlik var. Amma bəzən təəssübkeşlik şeirin daxili sistem kimi bütöv alınmasında bəs etmir. Müəllifin  "Mobil telefon" şeirinə diqqət edək:

 

Babam özünə yenicə

Mobil telefon almışdı.

Dost-tanışa zəng etməyə

Xeyli sevincək olmuşdu.

 

Baxdım, babam fikirlidir,

Səbəbini soruşanda.

Söylədi, yaman bezirəm

Bu nömrələr qarışanda

 

Müasir texnologiyalar

Hələ mənimçün çətindir.

Mənim ən çox bildiyim iş

Torpaqda əkin-biçindir.

 

İnsan idrakının böyük kəşflərinin maraqlı priyomlarla təsvir edilməsi gərəkli məsələdir, tərəqqi əsrinin daxili məntiqindən irəli gələn haldır. Elmi-texniki faktları uşaqlara çatdırmaq yazardan xüsusi istedad tələb edir. Kiçik qəhrəmanın inandırıcı poetik obrazı onun düşüncələrinin, həyata münasibətinin reallığı məqamlarında bitkin yarana bilər. İstənilən fakt və hadisəyə verilən poetik şərh o zaman uğur qazanır ki, ondakı poetik informasiya, bədii intonasiya uşaqların dünyanı dərk imkanlarına uyğun gəlsin. Əks halda, ən yaxşı poetik nümunə belə bədii təsir gücünü itirir. Uşağın dilindən verilən bu şeir parçasında "texnologiya" sözünün işlənməsi onların ümumi inkişaf səviyyəsinə uyğun deyil.

Əlbəttə, bu nöqsanlar kitabın məziyyətini azaltmır. Yenicə bu sahəyə gələn gənc şairin uğurlu cəhətləri ilə bərabər alınmayan tərəflərini də deməliyik ki, qüsurların nədə ehtiva olunduğunun fərqində olsun. Yuxarıda gətirilən nümunələr, eləcə də "Qaraqulaq dovşanım",  "Ağacları qoruyaq, "Təmizkar Lalə", "Kələkbaz kələm" və onlarla adını çəkmədiyimiz şeirlər onun bu sahənin ən ümidverən imzalarından biri olacağına ümid yaradır. 

 

Qaraqulaq dovşanım,

Az hoppan bu çəməndə.

Uzağa getsən, səni

Bir qurd salar kəməndə.

 

Yaxınımda gəz, dolan,

Mənim atam ovçudur.

Yırtıcılardan bizi,

Qorumağa borcludur.

 

Tərbiyə, düzgün davranış aşılamaqla bərabər, sözü incəliklə demək bacarığı, ən əsası, misralar arasındakı əlaqəsizlikdən, təsvir israfçılığından qaçmaq Əyyubun şeirləri üçün xarakterik cəhətlərdir. Uşaqla onun idrak səviyyəsinə uyğun şəkildə danışmaq, yapışıqlı təhkiyə ilə onların qəlbinə nüfuz etmək səriştəsi bu şeirlərin əsas göstəriciləridir. Bir də yumorlu təfəkkür və zəka! Əyyubun istedadının fərdiliyini səciyyələndirən mühüm amillərdən biri də budur desək, yanılmarıq:

 

Ona qədər öyrəndim,

Mən vurma cədvəlini.

Artıq riyaziyyatın

Biləcəyəm dilini.

 

Üçü-üçə vururam,

Cavabı edir doqquz.

Hamı deyir vurmanı,

Yaxşıca öyrənib qız.

 

Lap balaca bacımsa,

Hələ bilmir vurmanı.

O ancaq saya bilir,

Yediyi dondurmanı.

 

Əyyub folklorun bədii ifadə sistemindən bəhrələnməyə çalışan müəllifdir. Tapmaca janrının imkanlarına müraciət edir, təmsil, düzgü, sanama, oxşamalar yazır, cinas qafiyələrdən yararlanmaqla bir bəndli şeirlər meydana qoyur. Bütün bunlar uşaq ədəbiyyatına yenicə gələn gənc bir şair üçün böyük üstünlükdür. Mən onun xüsusilə, təmsilləri üzərində ayrıca dayanmaq istəyirəm. Əyyubun "Dağ və təpə", "Körpü və çay", "Günəş və yağış", "Quzğunun tövbəsi", "Xəstə tülkü" kimi təmsillərində nağılların şirinliyini xatırladan poetik təsvir vasitəsilə həm əyani lövhə yaradılır, həm də predmetin mahiyyəti haqqında balacalara faydalı şərh verilir. Hər hadisədən nəticə çıxarmaq quru mühakimə, nəsihət yolu ilə deyil, hadisənin mahiyyətindən əxz olunan ümumi qənaət olaraq ümumiləşdirilir.

Təbii ki, bu gün uşaqların düşüncə dairəsi geniş, mühakimə və anlam səviyyəsi yüksəkdir. Lakin buna əsaslanıb düşünmək ki, yeni texnologiyalar əsrində uşaqlar üçün təbiətin, heyvanlar aləminin heç bir marağı qalmayıb, bu doğru fikir deyil. Uşaq hər bir zaman oz rəngarəng dünyasında, xəyallar aləmində yaşayır, nağıl dünyasına maraqlıdır, quşların, böcəklərin, bitki və heyvanların varlığı və necəliyi onlar üçün hər zaman əhəmiyyətlidir. Əyyub Türkayın şeirləri bunun belə olduğunu bir daha sübut edir. Saflaşdırır, arındırır. Və bir də dünyaya uşaq nəzərləri ilə baxmağın ən gözəl yaşam və güc qaynağı olduğunu aşılayır.

OTHER NEWS