Qəzənfər Paşayev. Azərbaycanda və İraqda Bayatlar /Red. akademik Möhsün Nağısoylu, prof.dr. Süphi Saatçı. – Bakı: Elm və təhsil, 2022. – 272 s.
Oğuzlar bəşəriyətə “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm abidə , Dədə Qoqud, Məhəmdə Füzuli kimi dahi şəxsiyyətlər bəxş etmişlər. Bu ölməz abidələr və şəxsiyyətlər Oğuzların qüdrətli Bayat boyundandır. Bayatların araşdırılması Azərbaycan qorqudşünaslığında o qədər də geniş tədqiq edilməmişdir.
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin Bayat Tayfa Birliyinin Azərbaycandakı (Dərbənd daxil olmaqla) və İraqdadakı qəbilələrinin tədqiqinə həsr olunmuş, maraqlı faktlarla zəngin bir əsəri işıq üzü gərmüşdür. “Elm və təhsil” nəşriyyatının çap etdiyi bu kitab tarixçi və ədəbiyyatşnaslar, etnoqraf və folklorşünaslar üçün maraqlı tarixi mənbədir. Kitaba “Professor Qəzənfər Paşayevin Bayatnaməsi” başlıqlı ön söz yazan akademik İsa Həbibbəyli əsəri “mötəbər elmi təqdimat”, “mükəmməl elmi töhfə” kimi dəyərləndirir və Bayatlar mövzusunda daha fərqli tədqiqatlar aparılmasına bələdçilik edəcəyini xüsusi qeyd edir.