Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan elmi ictimaiyyətinin, ədəbiyyatşünas alimlərimizin baş sağlığı - Allah rəhmət eləsin!

17-09-2022 [ 15:25 ] [ oxunub:49 ]
printerA+ | A-
102699

 

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə 

 

Hörmətli Fuad müəllim

Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, böyük nizamişünas alim Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Xəlil Yusiflinin vəfatı xəbərini ölkəmizin elmi ictimaiyyəti dərin kədər hissi ilə qarşılayır.

Professor Xəlil Yusifli müstəqillik dövrü Azərbaycan nizamişünaslığının əsas yaradıcılarından biri idi. Onun dahi sənətkar haqqında ilkin mənbələr və nadir əlyazmaları əsasında yazılmış qiymətli əsərləri Nizami Gəncəvinin Azərbaycan xalqının milli iftixarı olan böyük mütəfəkkir olmasının elmi isbatıdır.

Azərbaycanda Nizamişünasların və klassik ədəbiyyatımızın tədqiqatçılarının bir neçə nəslinin formalaşdırılması və inkişafında professor Xəlil Yusiflinin mühüm xidmətləri vardır.

Müstəqil dövlətçilik ideallarımıza sədaqətlə xidmət edən professor Xəlil Yusiflinin yüksək mənəviyyatlı şəxsiyyət kimi də xatirəsi unudulmazdır.

Azərbaycan elmi professor Xəlil Yusiflinin timsalında görkəmli bir nümayəndəsini itirmişdir.

Milli Elmlər Akademiyası Gəncə Bölməsinin kollektivinə və mərhumun ailə üzvlərinə Azərbaycan elmi ictimaiyyətinin, ədəbiyyatşünas alimlərimizin baş sağlığını çatdırır, hüzn və kədərimizi Sizinlə bölüşürük.

Allah rəhmət eləsin!

İsa HƏBİBBƏYLİ

AMEA-nın vitse-prezidenti,

Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunun direktoru, akademik