Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

İnstitutumuzun əməkdaşı Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən qurultayda iştirak etmişdir

09-09-2022 [ 10:35 ] [ oxunub:62 ]
printerA+ | A-
102679

2022-ci ilin avqust ayının 15–dən 20-dək Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Alman Dili Müəllimləri Birliyinin (İDV) və Avstriya Alman Dili Xarici Dil kimi Assosiasiyasının (ÖDaF) təşkilatçılığı ilə Alman dili müəllimlərinin XVII Beynəlxalq Qurultayı  (İDT 2022) keçirilmişdir. Qurultayda dünyanın müxtəlif ölkələrindən 3000-dən çox alman dili müəllimi iştirak etmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanım Zairova  İDT 2022-nin maliyyə dəstəyi ilə həmin qurultayda iştirak etmiş və müqayisəli ədəbiyyatşünaslığın fənlərarası əlaqələr aspektində “Alman dili dərsində ədəbi mətnlər: Dil öyrənmək üçün qısa hekayələr və poeziyanın potensialı” (Literarische Texte im DaF-Unterricht: Zum Potential von Kurzgeschichte und Lyrik für das Sprachenlernen) adlı məruzə ilə almanca çıxış etmişdir.

FOTO QALEREYA