Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-nın yeni nizamnaməsinin ilkin nümunəsi hazırlanıb

19-08-2022 [ 18:29 ] [ oxunub:39 ]
printerA+ | A-
102652

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin ilkin nümunəsi hazırlanıb.

Bunu "Report"a eksklüziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, toplantıda Prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələn məsələlər müzakirə olunub:

"İclasda AMEA-nın qarşısında duran məsələlər, yenidən formalaşdırılması və AMEA-nın fəaliyyətinin tənzimlənməsi kimi məsələlərə baxılıb. Tövsiyə xarakterli təkliflər də səsləndirilib. Nizamnamənin hazırlanmasına dair məsələ də müzakirə edilib. Artıq əsas xəttlər də Rəyasət Heyətinin üzvləri ilə birgə müzakirə olunub. Sentyabrda yeni nizamamənin ilkin variantı Nizamnamə Komissiyasının iclasında müzakirəyə çıxarılacaq".