Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Qəndab Haqverdi. Fədai şair Qaflantının həyatı və sənəti. Sənətkarın elmi pasportu - 26.

02-03-2022 [ 13:42 ] [ oxunub:62 ]
printerA+ | A-
102072

Qəndab Haqverdi (Əliyeva). Fədai şair  Qaflantının həyatı və sənəti. Sənətkarın elmi pasportu - 26 /Redaktor və Ön sözün müəllifi  professor, filol. e.d. Vüqar Əhməd; Rəyçilər:  professor, filol. e.d. Məhərrəm Qasımlı, professor, filol. e.d. Vaqif Sultanlı, filol. üzrə f.d. Mehman Həsənli. - Bakı: Elm və təhsil, 2022. - 256 s. 

Monoqrafiyada  XX əsrdə  İranda  yaşayıb-yaratmış, Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatının nümayəndələrindən biri,  ustad el şairi Muradəli Qüreyşi Qaflantının mühiti, həyatı, ədəbi yaradıcılığı, demokratik fəaliyyəti arxiv materialları əsasında  ilk dəfə olaraq sistemli şəkildə tədqiq və təhlil edilmiş, poetik sənətkarlığı incələnmiş və elmi-nəzəri cəhətdən dəyərləndirilmişdir. 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qəndab Haqverdinin (Əliyeva) “Fədai şair  Qaflantının həyatı və sənəti” monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada  XX əsrdə  İranda  yaşayıb-yaratmış, Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatının nümayəndələrindən biri,  ustad el şairi Muradəli Qüreyşi Qaflantının mühiti, həyatı, ədəbi yaradıcılığı, ictimai fəaliyyəti arxiv materialları əsasında ilk dəfə olaraq sistemli şəkildə tədqiq və təhlil edilmiş, poetik sənətkarlığı incələnmiş və elmi-nəzəri cəhətdən dəyərləndirilmişdir.

 “Çiçək açmayan arzuların arzusu” adlı ön sözündə kitab haqqında ətraflı məlumat verən professor Vüqar Əhməd yazır: “2019-cu il­dən M.Q.Qaf­lan­tı haq­qın­da araş­dır­ma­ya baş­la­yan Qən­dab Haq­ver­di (Əli­ye­va) qlo­bal bə­la – ağır pan­de­mi­ya şə­rai­tin­də be­lə pəs et­mə­di, ax­ta­rış­la­rı­nın izi­ni sür­dür­dü, nə­in­ki şai­rin əs­ki əlif­ba­da çap olun­muş əsər­lə­ri­ni, hət­ta heç bir yer­də çap olun­ma­mış 200 yü­zə ya­xın əl­yaz­mala­rı­nı üzə çı­xart­dı və nə­ti­cə­də or­ta­ya be­lə bir də­yər­li, fun­da­men­tal təd­qi­qat əsə­ri qoy­du. Bu­nun­la da na­kam, nis­gil­li el oğ­lu Qaf­lan­tı­nın çi­çək aç­ma­yan ar­zu­la­rı Q.Haq­ver­di­nin zəh­mə­ti ilə gün işı­ğı­na çı­xıb ye­ni­dən çi­çək­lən­di”.

Monoqrafiya Giriş, “Muradəli Qüreyşi Qaflantının mühiti, həyatı və mücadiləsi”, “Muradəli Qüreyşi Qaflantının poetik yaradıcılığı”, “Muradəli Qüreyşi Qaflantının sənətkarlığı” başlıqlı 3 fəsil  və 16 yarımfəsildən ibarətdir. Kitabda mərhum şairin həyatının müxtəlif anları ilə bağlı fotoları da yer alıb.

Kitabın elmi redaktoru və ön sözün müəllifi profesor Vüqar Əhməd, rəyçiləri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Vaqif Sultanlı və dosent Mehman Həsənlidir. 256 səhifəlik monoqrafiya Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 31 yanvar 2022-ci il tarixli 1 saylı iclas protokolunun qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR