Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Nizami Gəncəvi həyatı və yaradıcılığı” kitabı çapdan çıxıb

14-02-2022 [ 10:52 ] [ oxunub:69 ]
printerA+ | A-
101961

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən “Nizami Gəncəvi həyatı və yaradıcılığı” kollektiv monoqrafiyası nəşr edilib.

Kitab Prezident İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq  işıq üzü görüb.

“Elm” nəşriyyatında işıq üzü görən kitabın layihə rəhbəri və “Böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında söz və Azərbaycan Nizamişünaslığına giriş” adlı “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir.

Elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, məsul redaktorları  filologiya üzrə fəlsəfə doktorları, dosentlər Zəhra Allahverdiyeva və Aygün Bağırlıdır.

984 səhifəlik kitab Nizami Gəncəvinin həyat və yaradıcılığını tam əhatə edən ilk ümumiləşdirilmiş fundamental elmi-tədqiqat əsəridir. Monoqrafiyada Nizami Gəncəvinin yaşadığı XII əsrdə Azərbaycanın Şərq regionunda tutduğu mühüm siyasi-strateji mövqe, dahi şairin ədəbi-ictimai mühiti, böyük sənətkarın tərcümeyi-halı, milli mənsubiyyəti və yaradıcılığının qaynaqları, mövzu və ideyaları, sənətinin müxtəlif istiqamətləri elmi şəkildə təqdim olunur. “Nizami Gəncəvi həyatı və yaradıcılığı” monoqrafiyası müstəqillik dövrü Azərbaycan Nizamişünaslığının elmi yanaşmalarını və axtarışlarını əks etdirir.

Yeddi fəsildən ibarət olan kitabda Azərbaycan, türk, rus və ingilis dillərində biblioqrafiya və “Dünya Nizamişünaslığı” bölmələri də yer alıb. Kitabdakı araşdırmalar İsa Həbibbəyli, Nüşabə Araslı, İmamverdi Həmidov, Fəridə Əzizova, Almaz Ülvi, Zəhra Allahverdiyeva, Təhminə Bədəlova, Samirə Əliyeva, Vəfa Hacıyeva, Yelena Teyer, Hürnisə Bəşirova tərəfindən yazılıb.

SİZƏ MARAQLI OLA BİLƏR