Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Официальные документы

Профсоюзная организация Института Литературы им. Низами

12-02-2017 [ 12:37 ] [ прочитано:189 ]
printerA+ | A-

AMEA Nizami adına Ədəbiyyat İnstitutun Həmkarlar Təşkilatı 1936-cı il fevral ayında institut təsis edildikdən sonra yaradılmışdır. Uzun illər İnstitut Həmkarlar Təşkilatına tanınmış alimlər rəhbərlik etmişdir. Son onilliklər təşkilata filologiya üzrə fəlsəfə doktoru Yaqub İsmayılov, filologiya üzrə elmlər doktoru Hüseyn İsrafilov, filologiya üzrə elmlər doktoru, professor İslam Ağayev, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov, filologiya üzrə elmlər doktoru, professor Şamil Salmanov, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva sədrlik etmişdir. 2010-cu il 30 dekabr tarixindən İnstitut Həmkarlar Təşkilatına filologiya üzrə elmlər doktoru, professor Asif Heydər oğlu Rüstəmli rəhbərlik edir.

2012-ci il noyabr ayında  İnstitut Həmkarlar Təşkilatın hesabat-seçki konfransı keçirilmiş, yeni idarə heyəti seçilmişdir. Konfransda İdarə heyətinin sədri A.Rüstəmli, sədrin müavinləri filologiya üzrə elmlər doktoru İslam Qərib və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova, üzvlər isə filologiya üzrə fəlsəfə doktorları Aslan Salmansoy, Leyli Əliyeva, Hicran Nəsibova, Qürbət Mirzəzadə, Zəkulla Bayramlı, Bəsirə Əzizəliyeva seçilmişdir.

İnstitut Həmkarlar Təşkilatının təşəbbüsü və dəstəyi ilə son 5 ildə İnstitut əməkdaşlarının iştirakı ilə Yeni il, Novruz bayramları təntənəli şəkildə qeyd olunub, Şəki, Şamaxı, Qəbələ, İsmayıllı, Nabran, Masallı və Lerik rayonlarına səfərlər təşkil edilib, Şamaxı Astrofizika Rəsədxanasına, Şəkinin Xan Sarayına, İsmayıllıda Heydər Əliyev muzeyinə, Lerikdə Tarix-Diyarşünaslıq muzeyinə, Mirzə Ələkbər Sabirin (Şamaxı), Molla Cümənin (Şəki, Aşağı Laysqı kəndi)  ev muzeylərinə  ziyarətlər həyata keçirilibdir. İnstitutda mütəmadi  olaraq  elmi işçilərin yubileyləri keçirilir, səmərəli istirahətləri üçün yollayışlar verilir və ehtiyacı olanlara maddi köməklik göstərilir.  Həmkarların təşkilatçılığı ilə əməkdaşlarımız dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının tamaşalarına baxmış, Beynəlxalq Muğam Mərkəzində, AYB Natəvan klubunda və b. məkanlarda keçirilən tədbirlərdə fəal iştirak etmiş təəssüratlarını mətbuat vasitəsi ilə oxucularla bölüşmüşdülər.

Nizami adına Ədəbiyyat İnstitutun Həmkarlar Təşkilatı bundan sonra da öhdəsinə düşən mühüm vəzifələri həyata keçirmək, müsbət təşəbbüsləri dəstəkləmək, öz üzvlərinə qarşı diqqət və qayğını daha da artır­maq əzmindədir.