Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Образ спасителя Общенационального лидера Гейдар Алиева в зеркале рассказов - Эльнара Гарагeзова

03-05-2023 [ 14:09 ] [ прочитано:112 ]
printerA+ | A-
103322

Основой литературоведческой повестки 2023 года, когда отмечается 100-летие со дня рождения общенационального лидера Гейдара Алиева, является отражение образа великого лидера в литературе и рассмотрение этого образа в литературно-историческом контексте. Этот процесс прослеживался в наших современных литературоведениях еще раньше. В годы независимости образ общенационального лидера в художественной литературе был разработан на научной основе в Литературном институте им. Низами Гянджеви.

  В 2018-2019 годах под авторством и общей редакцией академика Исы Габиббейли была издана двухтомная коллективная монография «Образ Гейдара Алиева в литературе: от исторической реальности к идеалу». В данной монографии образ общенационального лидера исследуется с разных сторон в зеркале современной литературы.

 

Bu fikirləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Ümummilli Lider Heydər Əliyevin xilaskar obrazı çağdaş hekayə güzgüsündə” sərlövhəli məqaləsində yer alıb.

Bu ilin elmi gündəmində Heydər Əliyev obrazının işıqlandırılmasında Ədəbiyyat İnstitutunun əməkdaşlarının imzaları özəlliklə nəzərə çarpır. May ayına qədər mətbuatda “Heydər Əliyev İli”nə töhfə olaraq akademik İsa Həbibbəylinin “Heydər Əliyevin ədəbiyyat siyasəti və müasir dövr”, akademiyanın müxbir üzvü Tehran Əlişanoğlunun “Anarın “Unudulmaz görüşlər”ində Heydər Əliyev”, “Ulu Öndər Heydər Əliyev müstəqillik dövrü ədəbiyyatının memarı kimi”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Heydər Əliyevin siyasi fəaliyyətində Cənubi Azərbaycan: sevgisi və ağrısı ilə”, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Heydər Əliyev və Səməd Vurğun ocağı”, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Heydər Əliyev obrazı müstəqillik illərində yazılmış poemalarda”, bu məqalənin müəllifinin “Yunus Oğuzun “Tarix ibrətdir” tarixi-fəlsəfi-publisistik əsərində Ümummilli lider Heydər Əliyev obrazı” məqalələri dərc olunub.

Çağdaş ədəbiyyatımızda Heydər Əliyevin obrazının işlənməsi “Heydər Əliyevin ədəbiyyat, mədəniyyət hamisi obrazı”, “Heydər Əliyevin xilaskar obrazı” və “Heydər Əliyevin lider obrazı” aspektlərində özünü göstərir. Müstəqillik dövründə yaranan ədəbiyyatın ədəbi növlər və janrlar sistemində Ümummilli Liderin obrazının bu aspektləri müxtəlif səviyyələrdə təzahür edir. Bu sistemdə əsas yeri, üstün mövqeni poetik nümunələr tutur. Zəlimxan Yaqubun Nəriman Həsənzadənin, Fikrət Qocanın, Musa Urudun, Vahid Əzizin, Baba Vəziroğlunun, Vaqif Bəhmənlinin, Əli Rza Xələflinin, Yusif Nəğməkarın, Vüqar Əhmədin, Oqtay Rzanın, Xanım İsmayılqızının, Elxan Zal Qaraxanlının qələmindən süzülən bu nümunələrdə Heydər Əliyevin bədii-poetik obrazı yaradılıb. Dramaturgiyada Hidayətin “Burdan min atlı keçdi”, Aqşin Babayevin “Xilaskar”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, İftixar Piriyevin “Qurtuluş dastanı” pyeslərində Ümummilli Liderin obrazının konturları aydın görünür. Poeziya və dramaturgiyada Heydər Əliyevin xilaskar və lider obrazları əsas vurğulanan məqamdır. Müstəqillik dövrünün memuar ədəbiyyatında isə Heydər Əliyevin ədəbiyyat, mədəniyyət hamisi obrazına diqqət çəkilir. Hafiz Paşayevin “Bir səfirin manifesti”, Anarın “Unudulmaz görüşlər”, Elçinin “Tarixlə üz-üzə dayanmış adam”, Mövlud Süleymanlının “Qırx ilin yeddi görüşü”, İsa Hüseynovun “Həyatımdan səhifələr”, Vidadi Babanlının “Unutmadığım günlər” əsərləri Ulu Öndər haqqında qələmə alınmış dəyərli ədəbi-tarixi nümunələrdir. Əlbəttə, Ümummilli Liderin bədii obrazını işləmək ədibdən çox böyük məsuliyyət və istedad tələb edir. Sadaladığımız bədii və sənədli nümunələrin müəllifləri həm də bu və ya digər şəkildə Heydər Əliyev fenomeni ilə ünsiyyətdə olmuş, yaxud həm gəncliyi, həm də yetkinlik dövrü Ulu Öndərin siyasi fəaliyyət dövrünə təsadüf etmiş qələm sahibləridir. Bu iki aspekt həmin qələm sahiblərinə Ümummilli Liderin obrazını yaratmaq şansını nəsib edib.

Ümummilli Lider Heydər Əliyevin obrazı müstəqillik dövrü ədəbiyyatımızın dramatik və lirik növündə də öz əksini müəyyən qədər tapıb. Epik növün sənədli janrları olan xatirə və oçerkdə də Ulu Öndərin obrazı mərkəzi mövqedədir. Lakin epik növün hekayə, roman və povest janrları ədəbi gündəmdə Ümummilli Liderin obrazının təzahürü baxımından çox zəif təmsil olunur. Heydər Əliyev obrazının müəyyən nəsr əsərlərində fraqmentar şəkildə işlənməsi isə obrazın tam açılmasına imkan vermir. Çağdaş nəsrimizdə Heydər Əliyev obrazı bir neçə hekayə ilə təmsil olunur. Bu kontekstdə nəzər saldığımız ilk nümunə Qalib Şəfahətin “Xilaskar” hekayəsidir. Hekayənin qəhrəmanı Nurlan 2020-ci ilin şanlı Vətən müharibəsinin iştirakçısı olan döyüşçünün oğludur. Atasının xiffətini çəkən uşaq müharibə günlərində bir arzu ilə - atasına qovuşmaq arzusu ilə yaşayır. Hər şəhid xəbərindən qübarlanan məktəbli dərs zamanı da özünü xəyalən atasının yanında – cəbhədə hiss edir. Nurlan bilir ki, atasına qovuşmağın yeganə yolu Qarabağın düşmən tapdağından xilas edilməsidir. Dərsdə müəllimin Heydər Əliyevin şəkli ilə bağlı sualı və uşaqların bu kontekstdə müzakirəsi yazıçının Ümummilli Liderin obrazını yaratmaq yolunda maraqlı priyomu kimi yadda qalır. Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını, onun davamçısı olan Prezident İlham Əliyevin timsalında reallaşdığını Qalib Şəfahət bir məktəblinin saf dünyası fonunda məharətlə vizuallaşdırır. Müəlliminin Ümummilli Liderin ideyalarının həmişəyaşarlığı ilə bağlı söhbətindən təsirlənən uşağın ağlayaraq Heydər Əliyevin heykəlindən Qarabağın düşməndən tez alınmasını və atasını qayıtmasını xahiş etməsi ilə Şuşanın azadlığı və müharibənin bitməsi xəbəri üst-üstə düşür. Körpə bir azərbaycanlının qəlbindən yüksələn və hekayənin sonunda verilən “Var olsun Heydər baba, mənim sözümü eşidib. Qarabağ bizimdir!” nidası Ümummilli Liderə və onun davamçısı olan prezidentimizə ümumxalq məhəbbətini, inamı və etibarı simvolizə edir. Hekayənin təhlilindən də aydın göründüyü kimi çağdaş nəsrimizdə Heydər Əliyev obrazının xilaskar missiyası davam edir. Lakin Ümummilli Liderin bu hekayədəki xilaskar obrazı daha öncəki bədii əsərlərdəki xilaskar obrazından fərqlənir. Belə ki, əvvəlki bədii nümunələrdəki xilaskar obrazı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını və müasir Azərbaycanın qurulması yolunda sağlığında atdığı addımları, əməlləri tərənnüm edirdi. Qalib Şəfahətin “Xilaskar ” hekayəsində isə bu xilaskarlıq missiyasının Ümummilli Liderin əbədiyyətə qovuşmasından sonra da davam etməsi, ideyaların əbədiliyi mövzusu önə çəkilir.

Nicat Kamranoğlunun “Təxəyyül reallığı” hekayəsində isə dostu ilə birgə Bilgəh çimərliyində dincəlməyə gedən və yuxuya dalaraq zamanda keçid edən qəhrəman 1957-ci ilin reallıqları ilə oyanır. Keçmiş zamanda casus kimi qarşılanan qəhrəmanlar sərt sovet reallıqları fonunda Ümummilli Liderin yaratdığı müstəqil Azərbaycandakı şəraitin, azadlığın həsrətini çəkirlər. Gənc Heydər Əliyevlə qarşılaşan dostlar ona tarixin sonrakı dönəmlərində keçəcəyi yoldan və gələcəkdə xalqının Ümummilli Lideri olmasından bəhs edirlər. Bu görüş epizodu Nicat Kamranoğlunun tapıntısıdır. Yazıçı bu məqam vasitəsilə Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı faktları məharətlə bədii mətnə daxil edir və fantastik mətndə Ümummilli Liderin real obrazını yaradır. Yazıçı dostların bu nəqli vasitəsilə Ulu Öndərin obrazını yaratmaqla yanaşı, müstəqil Azərbaycanın vətəndaşlarının, xalqın ona olan böyük sevgisini və minnətdarlığını obrazlaşdıra bilir. Hekayəni qəhrəmanları olan dostlar yuxudan ayılanda həm Heydər Əliyevlə fantastik görüşün, həm də müstəqil Azərbaycanın vətəndaşı olmağın sevincini və qürurunu yaşayırlar.

Qalib Şəfahətin realist nəsr nümunəsi olan “Xilaskar” hekayəsindən fərqli olaraq Nicat Kamranoğlunun “Təxəyyül reallığı” hekayəsi fantastik əsərdir. Hər iki əsərdə Heydər Əliyevin xilaskar obrazı yaradılsa da, hər müəllif bunu müxtəlif kontekstdə reallaşdırıb. Birinci hekayədə Ümummilli Liderin xilaskar obrazı Qarabağ uğrunda Vətən müharibəsi kontekstində, ikinci hekayədə isə müstəqil Azərbaycanın müasir obrazı və inkişafı kontekstində təqdim olunur. Qalib Şəfahət Ulu Öndərə ümumxalq sevgisini bir məktəbli uşağın düşüncələri, Nicat Kamranoğlu isə müstəqil Azərbaycanın iki gəncinin fantastik röyası vasitəsilə açır.

Əlbəttə, bu hekayələr Ümummilli Liderin çağdaş nəsrdə tam obrazının yaradıldığını deməyə əsas vermir. Lakin bu nümunələr “nəsrdə Heydər Əliyev obrazı” ifadəsini işlətməyə və bu obrazın gələcək konturları haqqında müəyyən fikir yürütməyə imkan yaradır.