AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Türk Dilli Ölkələr Qurultayında məruzə ediblər
13-16 noyabr 2017-ci il tarixində Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Yeni Türkiyə Stratejik Araşdırma Mərkəzi və Türk Dil Qurumunun təşkilatçılığı ilə “Türk Dilli Ölkələr Qurultayı”ı keçirilib. Bu tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli “İranda türk dili və ləhcələri”, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, fil.f.d., dosent Səadət Vahabova “Ortaq türkcə: Ömər Faiq yardıcılığında ana dili məsələsi”, Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Aynurə Niyaz qızı Paşayeva “Ortaq türk dili məsələsi Azərbaycan mətbuatında” mövzusunda məruzə etmiş və sertifikatlarla təltif olunmuşdur.