AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Pərvanə Bəkir qızı İsayeva 56 yaşında vəfat edib.
Qeyd edək ki, Pərvanə Bəkir qızı İsayeva 1969-cu ildə Bərdə rayonunda anadan olub. Bir müddət Bakı Slavyan Universitetində çalışan alim Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi, Ali Attestasiya Komitəsinin Ekspert şurasının üzvü idi.
"Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri" mövzusunda filologiya üzrə fəlsəfə doktoru, "XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkür (nəsr və dramaturgiya əsasında)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ədəbiyyatşünas alim "XX əsr Azərbaycan dramaturgiyasında İblis obrazının dini-mifoloji qaynaqlarına dair", "Dastan poetikası və nəsr", "Mifopoetika və filoloji fikirdə mif konsepsiyaları", "Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu" və s. elmi kimi sanballı elmi əsərlərin müəllifidir.
Pərvanə xanım yaddaşlarda tanınmış ədəbiyyatşünas alim, peşəkar mütəxəssis, vətənpərvər ziyalı, humanist, qayğıkeş, həssas qəlbli ailə başçısı, işıqlı bir insan kimi yaşayacaqdır.
Allah rəhmət eləsin... Ruhu şad olsun...