Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Понимание истории литературы как процесса... - Джаваншир Юсифли

02-12-2024 [ 11:57 ] [ прочитано:83 ]
printerA+ | A-

Литературная история, конечно, не является самодеятельностью, она требует наличия реальной (-!) концепции, выработанной глубокими умами. Это слово «понятие» настолько часто встречается на уровне истории литературы, что, употребляясь отдельно и вместе с другими словами, оно все рыхло охватывает, а иногда и бесповоротно заменяет. Достигнув определенного уровня, каждый серьезный филолог, несомненно, захочет написать историю литературы в одиночку или в команде. В настоящее время совершенство этой работы в коллективе, пожалуй, подвергается сомнению, во-первых, потому, что члены коллектива могут быть ниже среднего, чуждыми современному филологическому мышлению или весьма далекими от него. Иногда эта неутолимая страсть, дальновидность, любовь писать и творить, прослеживать, прокладывать путь превосходят все, и таким образом целое племя среднестатистических филологов попадает в середину.

Filoloqlar arasında elələri var ki, doğrudan da, mənbə və məxəzləri gözəl bilir, faktura bazası aşıb-daşır, o insanları tarix yazmağa cəlb eləməyin yeri yoxdur, onlar mənbəşünaslıq sahəsində ixtisaslaşıblar, elə də qalsalar, yaxşı olar. Yəni, əvvəlki dönəm və epoxalarla müqayisə fikrimizcə, yersizdir. Bir köklü işin lazımi səviyyədə icra oluna bilməsi üçün indi "dar ixtisaslaşma" tələbi aktualdır. Bir filoloqun həm mənbəşünas, həm nəzəriyyəçi, həm ədəbiyyat tarixçisi olmaq şansı, bəlkə də müəyyən yaş həddində və şərtlər daxilində reallaşa bilər, ancaq bunun bir faydası olmaz. Həddindən artıq çox yazan müəlliflərin bütün xüsusiyyət və keyfiyyət göstəriciləri üzdədir: həm müasir ədəbiyyat, klassik dövr, folklor və ümumən Azərbaycan ədəbiyyatını o başından-bu başınadək "bilən" filoloq ciddi ədəbiyyat tarixçiliyi müstəvisində nəsə eləyə bilərmi? Bir sözlə, ixtisas sahələri arasında dəqiq keçidlər yaradılmalıdır, cildlərlə "araşdırmalar" yazmaqdansa, bu işin həyata keçirilmə yolları tapılmalıdır. Sovet dövründə yazıçı Elçinin bir məqaləsində işlətdiyi "difiramba" sözü indi bilsəniz, nə qədər qol-budaq atıb. Ciddi işlər nadir hallarda yazılır, həm də epizodlar halında, difiramba sürəkliliyi adamın üstünə gəlir. Filoloqu yetişdirməyin bir yolu da, bəlkə onu tərifdən qorumaqdı, onu tərifə, difirambalara həsrət qoymaqdı. Digər millətlərin (lap elə fransızların) müxtəlif dövrlərdə qələmə aldıqları ədəbiyyat tarixləri arasında yerlə göy qədər fərqlər varkən, bizim ədəbiyyat tarixlərimizin niyə hamısı bir-birinə bənzəyir? Bunun əsas səbəblərindən biri filoloji yanaşmanın bəsitliyində və metodologiyanın olmamasındadır. 

Yuxarıda işlətdiyimiz sözün (dar ixtisas...) qəhətə çıxması, bu xananın boş qalması çox böyük problemlərin yaranmasına səbəb olur. Bir filoloqu təsəvvür edin: çox böyük istedad və zəka sahibidir, ancaq onun "azarı" (aparıcı ehtiras...) hər şeydən mükəmməl yazılar ortaya qoymaqdır. Bütün ömrü boyu istedad və zəkanı hara gəldi, hansı filoloji məsələ oldu, xərcləyir, tanış olmadığı, güzarı düşmədiyi məsələlərdən "arayışlar" əsasında irihəcmli yazılar qələmə alır. Gün gəlir, bu minvalla bütün yazıları, o yazılardakı keyfiyyət göstəriciləri baş-başa gəlib bərabərləşir (qısaqapanmada işıqlar söndüyü kimi -!), adamın quru adı qalır, cildləri oxunmur, oxumağa başladınmı, səni itələyir. Ancaq... bu insan dar bir sahədə ixtisaslaşmanı hədəf seçərsə, mənzərə başqalaşar. Məsələn, təkcə Nəsimi, yaxud Füzulidən yazarsa, onların mətnlərinə nüfuz edən, bu mətnlərin əhatə etdiyi məsələləri öyrənməyə bir ömür çatarmı? Təbii ki, çatmaz.

İndiki halında bizim filoloji araşdırma mətnlərinin əksəriyyəti seyrəkdir, toxunan kimi dağılmaq, uçmaq təhlükəsi var, filankəs anadan oldu, dünyadan köçdü, filan əsərlər yazdı, sən də inanaraq onun yazdıqlarını ciddi şəkildə təhlilə can atırsan, ancaq o əsərlərin, o yaradıcılıqların törətdiyi proses ortada yoxdu, orta çöküb, o qədər boşluq yaranıb ki, bu sənin qələmə aldığın yox, can qurtardığın yazı olur...

Другие новости