Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

По длинной, тернистой дороге... - посвящается дню рождения Азера Турана - Эльнара Акимова

17-09-2024 [ 11:48 ] [ прочитано:348 ]
printerA+ | A-

В творческой летописи «Азер Туран» есть особенность, возвышающаяся до уровня морально-эстетической правомерности. Свое жизненное кредо он строил согласно жизненной философии личностей, которые он рассматривал в качестве примеров. Есть еще один важный момент. Достигая с течением времени прекрасно структурированного диалога в своих текстах. В каком смысле? В. Набоков пишет в своих мыслях о Толстом: «Единственный писатель, которого я знаю, — это тот, чьи часы всегда идут точно с часами бесчисленных читателей. На самом деле причина, по которой средний читатель любит его, состоит в том, что Толстой может складывать ценности». к его произведениям, которые точно соответствуют нашему чувству времени».

Sözlə, yaradıcılıqla məşğul olan insan üçün bu, çox vacib amildir. Şairmi, nasirmi, yoxsa ədəbiyyatşünasmı, fərqi yoxdur, əsas məsələ meydana qoyduğu mətndə zamanın tarazlığının duyulmasıdır, həyatını müxtəlif dövrün insanlarının zamanlarına uyğun biçimdə qurmasıdır. Bu isə asan deyil, yazan şəxsdən həm də fədailik istəyir. Şəxsi istəklərini ayaq altına qoyub dəyərlərini qaldıra bilmək gücü tələb edir. Diqqət etsək, bütün sözə ehya verən, mücadiləsi uğruna ömür nisar edənlərin ədəbi yaşamaq haqqı qazanmasının sirri bundadır.

Azər Turanın ömür fəlsəfəsini iki əsas söz müəyyənləşdirir: Məfkurə və Sənət! Onun bütün tale mətnləri bu iki düşüncənin tilsimində doğulub. Türkçülük və turançılıq yolunda fikir zəlzələsi yaratmış nəhəng şəxsiyyətlər, mənəviyyatı irfan işığı, kamillik zirvəsi ilə yoğrulmuş mürşidi-ərənlər, həyatları yarıda qırılmış qərib və nakam ruhlar. Onun yazılarında tarixin səsini eşitmək olur. Bu baxımdan, yazdıqları ilə ən dərin təməldə durmağa da haqqı çatır, ən işıqlı uzağı, zirvəni görməyə də milli-mənəvi əsaslar verir. Yaradıcılığında keçmiş və çağdaşlığın vəhdəti, onların eyni müstəvidə çulğalaşması bədii üsul kimi daim funksionaldır. Dünya bədii-estetik təfəkkürünə əsrlərlə hökmranlıq etmiş antik ədəbiyyata dərin marağı, romantizmin xəyal pərdəsi fonunda bərpasını tapmış milli mövzulara müraciəti, daim arxetip obraz və süjetlərin aktuallandırılması və bu günlə əlaqələndirilməsi Azər Turanın bütün mətnlərinin özülündə müxtəlif formalarda ehtiva olunur. İncəsənətin bütün sahələrinə eyni səviyyədə bələdliyi, çağdaş dünyanın düşüncə sistemlərini müəyyənləşdirən paradiqmalara vaqif olması ona Mətni oxumağa hər cür imkan yaradır və Azər Turanın sərhədsiz və universal zəkası sayəsində mətn artıq qapalı deyil, geniş, hüdudsuz kulturoloji struktur sistemlərinin qavrayış və dərketmə proseslərinin predmetinə çevrilir.

Onun istənilən mövzuda yazdığı mətndə fikir mahiyyətə işıq sürəti ilə nüfuz edir, məna ağırlaşır, söz sıxılır və rəng qatılaşır. Məncə, sirr də, sehr də məhz buradadır. Hər cür ruhsal-ruhani məxəzlərə bələdliyindən tutmuş, dünya sivilizasiyasının ən son, modern düşüncə qatında təmərküzləşən boya, səs və söz səciyyəsinə vaqif olması və bunları predmetə yüksək səriştə ilə tətbiq etməsində! Avropada hər yeni intibah dalğası elmlə dinin arasındakı yeni qaynaqdan doğulduğu kimi, Azər Turanın məqalələrindəki bu sintezdən - yəni, elmlə sənətin iç-içə təhlil üsulundan da yeni oriyentir nişan verən, zamansızlığı, intəhəsızlığı təmsil edən örnəklər hasilə gəlir. Onun "Yatmış şəhərin yuxusu - Ucal Haqverdiyev", "Caz, sadəcə, musiqi deyildir", "Dünyanın Cavad mifi", Xalq rəssamı Sakit Məmmədovun "Qarabağnamə"si haqqında yazdığı "Qarabağ apofeozu" məqalələri ədəbi, tarixi, mifoloji, dini və mədəni mətnlərin simbiozu kimi müstəsna əhəmiyyət daşıyır. Buradakı mətn çoxluğu arxetiplərdən danışmağı xüsusi şərtləndirir. Ümumiyyətlə, Azər Turanın istənilən məqaləsində arxetiplərin iştirakı həm şifrələnmiş informasiya daşıyıcısı rolunda iştirak edir, həm də oxucunun düşüncə, duyğu və davranışını hərəkətə gətirmək missiyası daşıyır. Tanınmış strukturalist Levi-Strossun belə bir fikri var: "Şüuraltı - fərdi lüğətdir, bizim hər birimiz öz fərdiliyimizin leksikasını yazırıq. Və şüursuzluq onu öz qanunları ilə elə təşkil edir, ona elə məna və dil verir ki, nəticədə bu lüğət bizə və başqalarına aydın olur".

"Fərdiliyin leksikası"! Azər Turanın hipermətnlərindəki özəlliyi açan ən uğurlu ifadələrdəndir. Əsərlərindəki dil, üslub müstəsnalığı, leksik-semantik və sintaktik bütövlüyün ahəngi, düşüncə, təxəyyül sınırlarının sərhədsizliyi, zəngin erudisiya onun hər cür intermətn yaratma potensialını meydana qoyur. Yəni əsas mövzu, ideya müəyyən nüvə ətrafında fokuslansa da, çeşidli törəmə yazı növlərini görmək çətin olmur. Rəsul Rzanın "Rənglər"i, Toğrul Nərimanbəyovun "Nar"ı, Vaqif Mustafazadənin "Caz"ı və s… Azər Turan onların hər birinə fərqli estetika, fərqli münasibətlə yanaşır, istinad etdiyi bütün poetik və kulturoloji etüdləri bir yerə cəm edərək tamam fərqli düşüncə fəzasının fövqünə yerləşdirir. Bu düşüncə fəzası Azər Turanın mətnlərinin ən səciyyəvi məkan göstəricisidir. Nədən yazırsa, predmetə aid bütün nəsnələr dünyanın hansı başında olursa olsun, bir araya gətirilir. Bu intertekstuallıq səpələnmiş yaddaş qəlpələrini bərpa edib eyni çatı altında "oxumağa", dərk və həzm etməyə imkan yaradır. Çünki Azər Turan dünyanın müasiri olduğu fəlsəfi-estetik təfəkkür tiplərinin ehtiva olunduğu Sənəti axtarır, daxilində ənənəvi-klassik ifadə modelləri ilə yanaşı, həm də dünyanı fərqli dərk və əksetdirmə prinsipinə əsaslanan avanqard xarakterli konsepsiyaların ehtiva olunduğu Sənəti!

Əsl sənət həmişə siyasət və ideologiyalardan üstündür. Azər Turanın sənət baxışında bu, belə səciyyələnir, bütün qaydalar, bütün etalonlar onun yanaşmasında, onun yaratdığı iyerarxiyada pozulur, Bodriyarın sözləri ilə desək, "bütün fərqliliklər eynilikdə əriyir". Bura qədər olan sənətə zidd nöqteyi-nəzərlər eyni, vahid, birmənalı baxış sferasında görünməz olur. Niyə? Çünki onun mətnlərində aranan yalnız ədəbiyyatın yeri və səviyyəsi, onu idrak və fəhm məqamıdır. Azər Turan fərqli kulturoloji kontekst və zamanlarda mövcud olmuş, dünya bədii-estetik və fəlsəfi fikrinin təsəvvür sınırlarını genişləndirən bütün mənəvi intibah nümunələrini yazılarının təhlil predmetinə daxil edir. Din, mifologiya, ədəbiyyat, o cümlədən incəsənətin bütün sferaları gerçəklik adlanan ucsuz-bucaqsız aləmi dərk etmənin müxtəlif formaları kimi mətnlərdə daim funksional görünürlər.

***

Azər Turanın türkçü kimi obrazı nəhəngdir, onun istənilən yazısını oxumaq bəs edir ki, təfəkkür və əqidə vüsətinin hüdudlarını təsəvvürə gətirib öyünə bilək. O, türkün min illik tarixindən gəlir, dünya tarixində, məfkurə yaradılışında, millət kimi formalaşmaqda türk ruhunun önəmli rolundan bəhs edir. Türk sultanlarının hünərləri ilə toplumdan millətə, dövlətə çevrilən xalqın zəngin dəyərlər üstə yüksəlişini hər məqalə, hər mətn boyu göstərməyə çalışır. Onun hasilə gətirdiyi ən gözəl, ən konseptual kitablarının nüvəsində türkçülük amili, Rüstəm Kamalın təbirincə desək, "bir məfkurənin poetikası" dayanır. "İrfan çobanı"ndakı "Qaval fəziləti" - "Cavidnamə"ni, "Qafqaz İslam Ordusu Neftçalada - 1918" - "Darülmöminin" kitabını, "Turanın ermişi" - "Əli bəy Hüseynzadə"ni, "Ağrıdan yaranmış söz" məqaləsi "Fəryadın metafizikası" - modernizm silsiləsini hasilə gətirir. Tale yolu yarıda qırılan, ədəbi irsi itirilmiş zamanın güdazına getmiş insanların tarixi haqqını özünə qaytarmaq missiyası var bir də... Repressiya qurbanları olan Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Ağa Mirbağır Ağazadə, Özbək Abdurrauf Fitrət... Bir də özbək əsilli alim, şəhid türkoloq, Mahmud Kaşqarlının "Divan"ının ilk tərcüməçisi Xalid Səid Xocayev. Onun itmiş divanının tapılması uğrunda Azər Turanın illərdir apardığı mücadilə bugünümüzə qədər uzanan axtarış və uğurun predmetidir. "Divani-luğat-it türk"ün Azərbaycan türkcəsinə dünyada ilk dəfə Xalid Səid tərəfindən tərcümə edildiyini vurğulayan Azər Turan həmçinin bu qədim mətnin türkşünaslığın çağdaş prinsipləri baxımından ilk izahlı, elmi tərcüməsinin yaradılması prosesinin də Xalid Səid Xocayevə məxsus olduğunu hələ 2009-cu ildə yazdığı "Xalid Səid Xocayev - şəhid türkşünas" kitabında bildirmişdir. Azər Turan bununla yalnız bir alimin haqqını bərpa etməmiş, həmçinin türk əxlaqının, türk mənəviyyatının kökündə dayanmış bu qiymətli divanın ilk tərcüməsinin bizə məxsus olmasını xüsusi məhəbbət və maraqla vurğulamışdır. Və buradan yola çıxaraq əsas, önəmli sayılan bir faktı aktuallandırmışdır: Xalid Səidin tərcümə etdiyi "Divani-luğat-it türk"ün bu günəcən nəşr edilməməsi faktını. Belə bir acı reallığın davam etməsi, meydanda olan məlum fakta göz yumulması çağdaş türkologiya, dilçilik elmimiz üçün üz qarasıdır, demişdir. Müəllif haqlı olaraq, 1935-1937-ci illərdə Azərbaycanda tərcümə olunmuş "Divan"ın üzə çıxarılacağı təqdirdə Bakının dünya türkologiyasındakı nüfuzuna əsaslı nüfuz əlavə olunacağı məsələsini elmi dövriyyəyə gətirmişdir. Nəhayət, bu çabalar səmərəsini vermiş, uzun illər hökm sürən "xüsusi və davamlı bir etinasızlıq" dalğası yarılmış, Mahmud Kaşqarinin "Divani-luğat-it türk" əsərinin Xalid Səid tərəfindən edilən tərcüməsi 2023-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən aşkarlanıb çap edilmişdir. Xalid Səidin ruhu dinclik tapıbmı bilmirəm, amma bu, Azər Turanın bu yöndə illərlə apardığı mücadilənin tamamlanma nöqtəsi kimi tarixdə qalacaq.

Azər Turanı böyük fikir adamı Əli bəy Hüseynzadə yaradıcılığındakı ontoloji dəyərlərlə birləşdirən ortaq nöqtə də elə bu mücadilələrdə ehtiva olunan keyfiyyətlərdir: dəyərə münasibətində sapmaması, əlinin titrəməməsi, güzəştsiz milli mövqe sərgiləməsi! O məqam ki, özünün də yaradıcılığında daim bütöv, qayəli və konseptualdır. Bu mənada, Azər Turan bizim milli mətbuatımızda itirilməyən ziyalılığın simasıdır.

Xüsusilə, onun siyasi-fəlsəfi publisistikası ermənilərin türkə qarşı xudbin oyunlarının ifşasına, türk mədəniyyətinin dərin qatlarını üzə çıxarmağa yönəlmiş, türkün əzəli ruhunun bərpası üçün tarix yazan müzəffər ordumuzun, Qarabağ dağlarına merac edən müqəddəs şəhidlərimizin fədakarlığına, "dəmir yumruğu" tarixin qapazı kimi ermənilərin başına endirən Ali Baş Komandanımızın misilsiz hünərinə qoyulan böyük söz abidəsidir. Erməni şovinizminin həyata keçirdiyi tarixi-siyasi proqramın ideya kökləri, qlobal motivləri və strateji havadarları, mənəvi terroru özlərinin aşkar üsuluna, fəal cəbbəxanasına döndərən düşmən məkrinə qarşı türkün bəşəri sivilizasiyaya verdiyi töhfələr, türkün sözündə və sənətində əksini tapmış potensial - Azər Turan çağdaş proseslərə tarixin varlıq yuvasından - məfkurə yaddaşından baxır. Bu yaddaşda heç nə unudulmur. Nə dünənin acı təcrübəsi, nə bugünün şərəfli lövhələri: "Bir az əvvəl Şuşa məscidindən bir görüntü yayınlandı. Şuşaya bayraq sancan dünyanın ən güclü əsgəri 28 illik həsrətdən sonra Gövhər Ağa məscidinin döşəməsini süpürürdü... Məfkurəvi müharibəmiz - Qarabağ savaşı Türk gücünün və Türk ruhunun zəfəri ilə başa çatdı... Tanrı türkü qorusun!"

 

***

Yaradıcılığında qərar tapan modern sənət axtarışlarına, çağdaş ədəbi proseslə bağlı dərin və tutumlu təhlillərinə baxmayaraq, Azər Turanın mətnləri türklüyün yaddaş intibahıdır. İdeal və əməllərin timsalında min illik mənəvi dəyər və intellekt potensialımızla qürur duymağımıza vəsilə olan qiymətli arsenaldır. Bu yazılar türk və turan ənənələrinin fəlsəfəsini, onun zəngin mədəniyyətinin leksik-semantik-bədii mənasını özünə qaytarır. Türküstandan üzü Qafqaza, Anadoluya, Kiçik Asiyaya yön almış hikmət sahiblərimizin irsini, türklük və islam ərənlərinin, ruhu elm və irfan işığı ilə yoğrulmuş din və təriqət mürşidlərinin həyat və əməl yolçuluğunu "vahid türk kültürü" məkanı üçün ortaq sərvətə çevirir. Onları bütün türk dünyası ilə bağlı mədəni-mənəvi təmərküz nöqtəsi də adlandırmaq olar. Tarix və mədəniyyətin bütün qatlarını tapmaq olar bu yazılarda.

Bir neçə il əvvəl, haqqında yazdığım "Uzun, incə bir yolda - Azər Turan ömrü" kitabımda səsləndirdiyim bir fikri xatırlayıram: hər kəsin həyatında bir Azər Turan olmalı! Dürüst, işıqlı, etibarlı, sağlam əqidə və mənəviyyata malik kimlik sahibi. Bu gün bunu daha yüksək hüduda aidləyərək demək istəyirəm: hər millətin, hər xalqın içində onu təmənnasız, bütün varlığı ilə sevən bir Azər Turan olmalı! Çünki onun bütün yazıları milli kimliyimizin genetik kodlarını nişan verən qürur türküləri, türk məfkurəsinin yaddaş məxəzidir. Bütün ömrü bu müqəddəs amal uğruna savaşlardan keçmiş, durulmuş, əqidə və əməl bütövlüyü kəsb etmişdir...

O, ucsuz-bucaqsız azlardan biridir. Ədəbiyyatda elə insanlar var ki, hər gün haqqında yazdırmalarına, təbliğatları üçün əldən getməklərinə rəğmən gurultulu səhifələrin və heç nədən hay-küylərin özləri ilə birgə (bəlkə də, özlərindən qabaq!) qapanacağı şübhəsizdir. Çünki gələcəyə qalan Mətndir! Əməkdir! Bir də uccuz-bucaqsız Ədəbiyyat sevdası!

Bəli, "ucsuz-bucaqsız azlıq" (X.Ximenes)!

O azlıq ki, tarix və zaman həmişə onların məhvərində fırlanır.

Другие новости