Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

40-летний «Наука» - Орхан Исаев

17-07-2024 [ 13:57 ] [ прочитано:298 ]
printerA+ | A-
104736

Газета «Elm» является зеркалом Национальной Академии Наук Азербайджана. Вот уже 40 лет свет азербайджанской науки светится, распространяется и отражается в этой газете.

Первый номер газеты «Elm» вышел в свет 1 ноября 1984 года. Создание такой газеты было большим событием в Академии наук Азербайджанской ССР того времени. Не случайно самые известные ученые как Азербайджана, так и союзных республик направили газете поздравления и пожелали успехов в ее дальнейшей деятельности. Среди таких ученых были академик М. Ибрагимов, лауреат Ленинской премии Ф. Салманов, профессор Ч. Гусейнов, известные космонавты В. А. Ляхов, А. И. Поров, директора различных институтов и другие.

Газета «Elm» печаталась в издательстве «Коммунист» как орган Президиума и парткома ЕА Азербайджанской ССР, Объединённого комитета профсоюзов и комитета комсомола. Статьи, опубликованные в газете, были представлены читателям на азербайджанском и русском языках. В первых номерах газеты «Elm» с большим интересом были встречены такие рубрики, как "Открытия и изобретения", "Наука и производство", "Азербайджанский учёный за рубежом", "Новости науки и техники", "Новые работы". В этих разделах публиковались как информативные, так и аналитические статьи, охватывающие различные области азербайджанской науки.

SSRİ-nin tərkibində olan müttəfiq respublikalar arasında belə bir qəzetin ilk dəfə Azərbaycanda işıq üzü görməsi də təqdirəlayiq hadisə idi. Bu haqda qəzetin ilk nömrəsində dərc olunan “Qabaqcıl elm uğrunda” adlı məqalədə yazılırdı: “Akademiyada görüləsi işlərin yekunları hər il yüzlərlə kitab, jurnal və qəzet çap olunub oxuculara çatdırılır. Lakin Azərbaycan SSR EA bu gün elə bir tərəqqi səviyyəsindədir ki, onun gündəlik həyatını ayna kimi əks etdirə biləcək “Elm” qəzetinin yaranması zərurəti ortaya çıxmışdır. İftixar hissi ilə qeyd etməliyik ki, SSRİ EA Sibir şöbəsinin “Sibirdə elm” qəzetindən sonra müttəfiq respublika akademiyaları arasında birinci dəfə olaraq Azərbaycan SSR Elmlər Akademiyasında “Elm” qəzeti yaradılıb”.

Qəzetin işıq üzü görməsi alimlər arasında da böyük sevinclə qarşılanmışdı. Elmlər Akademiyasının müxtəlif institutlarında çalışan elm adamları yaxşı başa düşürdülər ki, belə bir qəzetin yaranması Azərbaycanda elmin inkişafına böyük təkan verəcək. İllər ötdükcə bu düşüncə özünü doğrultmağa başladı. Həm sovet Azərbaycanında, həm də müstəqillik illərində “Elm” qəzeti respublikada ən əhəmiyyətli mətbu orqanlardan birinə çevrilməyi bacardı.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahələr kimi, elm də yeni inkişaf xətti götürdü. Artıq “Elm” qəzeti müstəqil bir ölkənin Milli Elmlər Akademiyasına xidmət edirdi. Bu, qəzetin və onun əməkdaşlarının məsuliyyətini daha da artırırdı. Müstəqil Azərbaycan Respublikasında mətbuat üzərindən senzura götürülmüş, ideoloji buxovlar aradan qalxmışdı. Qəzet demokratik şəraitdə Azərbaycan dövlətinin elm siyasətinin əsas mərkəzinə çevrilən Milli Elmlər Akademiyasının fəaliyyətini daha geniş işıqlandırmağa, Azərbaycançılıq məfkurəsinin inkişafına xidmət göstərməyə başlamışdı.

“Elm” qəzeti cəmiyyətlə elm cameəsi arasında körpü rolunu da öz üzərinə götürmüşdü. AMEA-da, eləcə də Azərbaycan elmində baş verən yeniliklərdən ictimaiyyət məhz bu qəzet vasitəsilə xəbər tuturdu.

“Elm” qəzeti bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Bu qəzet Həsən bəy Zərdabinin maarifçilik ideyaları əsasında yaratdığı Azərbaycan mətbuatının layiqli nümayəndəsidir. Müasir zamanda internetin yaratdığı imkanlar sayəsində AMEA-da və onun institutlarında müxtəlif saytların fəaliyyət göstərməsinə baxmayaraq, “Elm” qəzeti ənənəvi mətbuatın üstünlüklərindən istifadə edərək nəinki öz varlığını qoruyub saxlamış, daha da irəli gedərək profilini genişləndirməyi və oxucu sayını daha da artırmağı bacarmışdır.

“Elm” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 40 il ötür. Bu 40 ildə qəzet Azərbaycan elminin bütün sahələrinə öz səhifələrində yer ayırmış, elmi yenilikləri, alimlərimizin uğurlarını, Milli Elmlər Akademiyasının nailiyyətlərini daim diqqətdə saxlamışdır. Qəzet ölkəmizin hüdudlarından kənarda yaşayan və dünyanın müxtəlif elm ocaqlarında fəaliyyət göstərən azərbaycanlı alimləri də unutmamışdır. Son illərdə “Elm” qəzetində xaricdə yaşayan alimlərimiz haqqında biri-birindən maraqlı müsahibələr, məqalələr dərc olunur. Qəzetin beynəlxalq fəaliyyəti bununla yekunlaşmır. Azərbaycan Milli Elmlər Akademiyasının mətbu orqanı kimi “Elm” qəzeti Azərbaycan elmini dünyada tanıtmaq istiqamətində əsaslı addımlar atır. Bütün bunlar Azərbaycan elminin inkişafına yönəlmiş fəaliyyətin müəyyən bir hissəsidir. İnanırıq ki, “Elm” qəzeti bundan sonra da öz fəaliyyətini uğurla davam etdirəcək və daim Azərbaycan elminin nuru ilə işıqlanacaqdır.

“Elm” qəzetinin yaranmasının 40 illiyi münasibəti ilə Azərbaycanın elm ictimaiyyətini və qəzetin əməkdaşlarını təbrik edir, onlara şərəfli işlərində uğurlar arzu edirik.