Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Герой из жизни в литературу - Айгюн Бaгирли

09-05-2023 [ 13:20 ] [ прочитано:250 ]
printerA+ | A-
103342

Образ Гейдара Алиева в детской литературе предстает как «Гейдар Баба», сумевший построить сильное и суверенное государство, обеспечивший вечность Азербайджана, выдержавший удары по родине, считавший заботу о каждом от 7 до 77 лет своей личной проблемой. Я думаю, что в будущем будут и должны быть написаны художественные произведения, отражающие историю жизни общенационального лидера, который черпает свою энергию из истории и переносит ее в будущее...

"Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam.

Bu "oxumuşam, unutmamışam" sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam" - deyərək bir şəxsiyyət kimi yetişməsində ədəbiyyatın rolunu xüsusi vurğulayan Ümummilli lider Heydər Əliyev zamanın elə bir məqamı gəlir ki, həyatda qəhrəman olmaqla yanaşı, ədəbiyyatın da qəhrəmanına çevrilir. Çox sevdiyi ədəbiyyatın, teatr səhnəsinin qəhrəmanı olur, onun sözlə portreti yaradılır, səhnə öz işıqlarını müxtəlif rakurslardan onun üzərinə salır. Ədəbiyyat tarixi gerçəklikdən, zamanın özündən ədəbiyyata gələn Heydər Əliyevi həm də tarixin yaddaşına köçürür. O, səhnənin işıqları altında dahi lider, müdrik dövlət xadimi, uzaqgörən siyasətçi, sadiq həyat yoldaşı, ləyaqətli övlad və ata kimi görünür. Və diqqət çəkən məqam odur ki, Heydər Əliyevin səhnədəki obrazı özünü gələcək oxucusuna, tamaşaçısına tanıtmaqdan, təqdim etməkdən daha çox öyrədən rolunda, funksiyasında görünür. Çətin, çıxılmaz vəziyyətdə çıxış yolu tapmağı, vaxtında və yerində müdrik qərar verməyi, gələcək strateji məqamları əvvəldən görməyi və onu düzgün axara yönləndirməyi, özünün malik olduğu milli dövlətçilik baxışlarını və ictimai ideallarını öyrədir.

Bəzən bədii ədəbiyyat tarixi tarixin özündən yaxşı öyrədir. Heydər Əliyev haqqında yazılan dram əsərləri oxucuya Heydər Əliyevi bir tarixi şəxsiyyət, tədbirli dövlət başçısı kimi göstərməklə yanaşı, həm də o epoxanın ictimai-siyasi vəziyyətini əks etdirən salnamə hesab oluna bilər.

Dram əsərinin əsas ünvanı teatrdır, səhnədir. O, oxudan çox tamaşa üçün nəzərdə tutulur. Bu baxımdan, Heydər Əliyev haqqında yazılan dram əsərlərinin əksəriyyəti öz ünvanına çatıb. Belə ki, bu əsərlərin çoxu öz səhnə həyatını yaşamışdır.

Ümummilli lider haqqında olan dram əsərlərində milli-siyasi qarşıdurmaları, vətəndaş qırğınını, Topxana meşəsində ağaclara vurulan baltaların Bakı meydanlarında eşidilən əks sədası, böyük imperiyanın çöküşü, Heydər Əliyevin Bakıya dönüşündən təlaşa düşən qüvvələrin dirənişi, öz müqəddaratını yenidən xilaskar liderinin ixtiyarına vermək istəyən xalqın çabaları, rus qoşunlarının törətdiyi 20 yanvar faciəsi və bir-birini əvəz edən bu tragik səhnələr fonunda Heydər Əliyev qətiyyəti, Heydər Əliyev əzəməti görünür. Görünür, səhnə də, aktyorlar da tarixin o biri başından gəlmiş qəhrəmandan çox, şahidi, iştirakçısı olduqları tarixin qəhrəmanını canlandırmaqdan zövq alır və buna görə də bu əsərlərin əksəriyyətinin səhnə həyatı da uğurlu alınmışdır.

Təbii ki, tarixi şəxsiyyətlərin öyrənilməsi, onların fəaliyyətlərinin tədqiq olunması elmi tarixin vəzifəsi olduğu qədər bədii ədəbiyyatın da borcudur. Ədəbiyyat tarixin yetişdirdiyi simaların obrazını yaratmaqla həm də dünən, bu gün və sabah arasında ünsiyyət körpüsü qurmuş olur.

Tarixin elmi araşdırmaya ehtiyacı olduğu qədər "bədii tədqiqata" da ehtiyacı var. Xalqın taleyi, mənəvi keçmişi, onun zamanın müxtəlif dönəmlərində meydana çıxardığı ayrı-ayrı şəxsiyyətləri tarix və tarixçilər tərəfindən araşdırılmaqla yanaşı bədii ədəbiyyatın da işığına ehtiyac duyur. Bədii fikrin tarixə müraciəti, tarixi keçmişdən bəhs etməsi böyük zərurətdən doğur. Ədəbiyyat keçmişin qaranlıq qatlarını aydınlatmaqla yanaşı, onun tarixi şəxsiyyətlərinin bədii obrazını yaratmağa da borcludur. Bu amil həm də ədəbiyyatın bu gün və sabahla bağlılığını şərtləndirir.

Nəzəri-estetik prinsiplərdə tarixi şəxsiyyətlərin həyatına müraciətin vacibliyi bir neçə amillə şərtləndirilir. Ən əsası ona görə vacib hesab edilir ki, tarix və onu yaradanlar ədəbiyyat vasitəsi ilə təbliğ olunur, böyük şəxsiyyətlərin, filosof və sərkərdələrin, söz və düşüncə adamlarının bədii təqdimi tarixin öyrənilməsində, yaşananlardan dərs alınmasında böyük rol oynayır. Bu şəxsiyyətlərin bədii surəti nə qədər monumental yaradılarsa onlar öz xalqlarının milli obrazını, sahib olduğu dəyərləri o qədər aydın əks etdirmiş olarlar. Epoxaların, baş verən hadisələrin, təbəddülatların dərki prosesində bədii tarixin rolu elmi tarixin əhəmiyyətindən heç də az deyil və buna görə də tarixi həqiqətlərin bədii gerçəkliyə çevrilməsi böyük fəlsəfi-estetik dəyəri olan məsələ hesab edilir.

AMEA-nın müxbir üzvü Yaşar Qarayev ulu öndərin 75 illiyi ərəfəsində yazdığı məqaləsində deyirdi: "Heydər Əliyev olmaq, ümumiyyətlə, çətin işdir. 75 il fasiləsiz, hər ay, hər gün sərasər Heydər Əliyev olub qalmaq isə xüsusilə çətindir".

Həyatda Heydər Əliyev olmağın çətinliyinə etiraz edən tapılmaz. Həyatda çətin olan bu işin ədəbiyyatda əksi, gerçəkdəki Heydər Əliyevi tarixi yaddaşdan ədəbi yaddaşa köçürmək, onun bədii obrazını yaratmaq ikiqat çətin işdir. Əgər bu obraz, bu bədii portret uşaqlar üçün yaradılırsa, azyaşlı oxucu üçün təqdim olunursa, işin çətinliyi bir qədər də artmış olur.

Heydər Əliyev olmaq iki aspektdən çətin idi. Birinci, zaman və xalq, tarix və cəmiyyət qarşısındakı məsuliyyət, əldə olunmuş müstəqilliyin qorunması yolundakı əziyyətlər, ölkəni çıxılmaz durumdan çıxarmaq üçün tələb olunan "siyasi intellekt" və "strateji diplomatiya" sərgiləmək baxımından idisə, ikinci, Ulu öndərin bütün bu sadalananlarla vəhdət təşkil edən bioqrafiyası idi. Yaşar Qarayevin yenə həmin yazısında oxuyuruq: Ümumiyyətlə, bu tərcümeyi-hal çox ziqzaqlıdır: o, imperiya lideri də olub, fərdi təqaüdçü də; istiqlal lideri də olub, DTK generalı da. Ən böyük təqdirin də hədəfi olub, ən kəskin tənqidin də; ləyaqətinə şər atmaq üçün də, şəninə mədhiyyə demək üçün də mikrofonda növbəyə düzülənlər həmişə tapılıb. Amma bu dəyişən mərhələlərin də hamısında təkcə bir şey dəyişməyib: eyni bir daxili, fitri ideala xidmət əzmi, milli Azərbaycan ideyası!

Heydər Əliyevin uşaq ədəbiyyatındakı obrazına işıq saldıqda göz önündə xilaskar, varlığı ümid və nicat vəd edən, Azərbaycanın özünəqədərki milli dövlətçilik, idarəçilik təcrübəsini bir daha nümayiş və təsdiq etdirən, təkcə həmfikirlərinə deyil, həm də opponentlərinə qəbul etdirən bir şəxsiyyət, xalqının qəhrəmanı, müdrik lider, milli öndər, millət atası kimi görünür. Milli öndər haqqında uşaqlar üçün saysız-hesabsız şeirlər yazılmışdır.

Bu şeirlərdə müşahidə etdiyim maraqlı dilemmalara diqqət yönəltmək istəyərdim. Bədii nümunələrdə Heydər Əliyevdən həm tarixin və zamanın yetirdiyi, həm də tarixin özünü yaradan, onu idarə edən, yönləndirən kimi danışılır. Elə söykənən, elin söykəndiyi, yol açan, özü yol olan, xalqdan güc alan, xalqın güc  aldığı, genetik yaddaşın, tarixi təcrübənin yetirdiyi və özü nümunəyə, məktəbə çevrilən, vətənin həm əsgəri, həm generalı... Bu dilemmalar bəzən eyni şeirdə, bəzən də ayrı-ayrı, tam fərqli nümunələrdə özünü göstərir:

Heydər Əliyevin uşaq ədəbiyyatında görünən obrazı güclü və suveren dövlət qurmağı bacaran, Azərbaycanın əbədiliyini təmin edən, vətənə tuşlanan zərbələrə sinə gərən, 7-dən 77-yə hər kəsin qayğısını şəxsi problemi hesab edən "Heydər baba" kimi görünür. Düşünürəm ki, bundan sonra da enerjisini tarixdən alan və gələcəyə ötürən milli liderin həyat salnaməsini əks etdirən bədii əsərlər yazılacaqdır və yazılmalıdır...

"Ulduz" jurnalı, 2023, Xüsusi buraxılış

Другие новости