Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Гейдар Алиев и азербайджанская литература - Парвана Бекиргызы

08-05-2023 [ 15:07 ] [ прочитано:159 ]
printerA+ | A-
103340

Философия азербайджанства общенационального лидера Гейдара Алиева, являющаяся основой нашей национальной государственности, определила место Азербайджана в современном мире и создала прочную основу для солидарности азербайджанцев мира. Проблемы национального возрождения, которые в последние века наиболее серьезно заботили азербайджанскую интеллигенцию, с деятельностью Гейдара Алиева перешли из области науки, социологии и философии на уровень практической политики - стратегической государственной политики.

С первых лет, когда Гейдар Алиев стал руководить Азербайджаном, помимо дней литературы и искусства, в Баку регулярно проводились юбилейные торжества писателей и композиторов, в том числе 840-летие великих писателей и художников Азербайджана, в том числе Низами (1981 г. ), 600-летия Насими (1973), 780-летия Туси (1981), Вагифина, 180-летия Ашика Али (1981), 150-летия Ашука Алесгара (1972), 100-летия М.С. и деятелей искусства и 100-летия Азербайджанского театра (1974 г.) Насимина ЮНЕСКО 600-летие, проведенное под эгидой (в 1979 г.), превратилось в большое литературно-культурное событие.

Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin bünövrəsini təşkil edən azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi şəkildə düşündürən milli dirçəliş problemləri bütövlükdə Heydər Əliyevin fəaliyyəti ilə elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə – strateji dövlət siyasətinə keçmişdir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdən Bakıda ədəbiyyat və incəsənət günləri ilə yanaşı, yazıçıların və bəstəkarların yubiley təntənələri müntəzəm keçirilmiş, Azərbaycanın qüdrətli yazıçı və sənətkarlarının, o cümlədən Nizaminin 840 illiyi (1981), Nəsiminin 600 illiyi (1973), Tusinin 780 illiyi (1981), Vaqifin, Aşıq Alının 180 illiyi (1981), Aşıq Ələsgərin 150 illiyi (1972), M.S.Ordubadinin 100 illiyi (1972), eləcə də başqa ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri və Azərbaycan teatrının 100 illiyi (1974) qeyd olunmuş, Nəsiminin UNESCO-nun himayəsi altında (1979-cu ildə) keçirilən 600 illiyi böyük ədəbi-mədəni hadisəyə çevrilmişdi.

Heydər Əliyev 1970–80-ci illər Azərbaycanında mədəniyyət və incəsənətlə bağlı bütün mühüm qərarların əsas müəllifi və ilhamvericisi idi. Bu qərarlar milli özünüdərkin yüksəlişini təmin edərək xalqın tarixi yaddaşının özünə qaytarılması və qəlbində uzun illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin təşkil etmişdir. Heydər Əliyevin siyasi repressiyalara məruz qalmış böyük mütəfəkkir-şair Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən vətənə gətirilməsini təmin etməsi milli oyanışın parlaq təzahürü olmuş, bu istiqamətdə atılan addımlar Azərbaycanda müstəqillik arzuları və milli azadlıq hərəkatının başlanğıc nöqtəsi kimi səciyyələndirilmişdir.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin 1969–82-ci illəri əhatə edən birinci mərhələsində – sovet ideologiyasının uzun zamandan bəri qəlibləri çərçivəsində olsa belə – milli ruhun tamamən sıxışdırılmasına nəinki imkan verməmiş, əksinə, onu yüksəltmək naminə mövcud imkanlardan maksimum istifadə etməyi bacarmışdır ki, nəticədə Azərbaycan öz yeni intibahını – mədəniyyətin, ədəbiyyatın və incəsənətin bütün sahələrində çiçəklənmə dövrünü yaşamışdır. Məhz həmin illərdə respublikanın siyasi və mədəni həyatında müasir Azərbaycan memarlığının həqiqi əsərinə çevrilən, mühüm əhəmiyyətli bir sıra memarlıq ansamblları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev çox sayda memarlıq abidələrinin bərpasının da bilavasitə təşəbbüsçüsü olmuşdur.

Heydər Əliyev Azərbaycanın xarici aləmlə, keçmiş SSRİ-nin xarici siyasəti çərçivəsində olsa belə, elmi-texniki və mədəni əlaqələrinin genişləndirilməsi üçün maksimum səylər göstərmişdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil edildiyi kimi, keçmiş SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, həmçinin digər xarici ölkələrdə Azərbaycan yazıçılarının və bəstəkarlarının SSRİ-nin böyük şəhərlərində yubileyləri təntənə ilə qeyd olunmuşdur ki, bunlar da nəticə etibarilə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaratmış, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənəsi olan xalq kimi tanınmalarını, Bakının isə həmin dövrdə tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin etmişdir. Kremlin milli mədəniyyət nümayəndələrinə münasibətdə yol verdiyi çox az sayda istisnalardan biri – Azərbaycan ədəbiyyatı və incəsənətinin yeddi nümayəndəsinə bir neçə il ərzində keçmiş SSRİ-nin ali təltifi sayılan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi də məhz Heydər Əliyevin böyük nüfuzu və qətiyyəti sayəsində mümkün olmuşdur.

Milli mədəniyyət klassiklərinin geniş miqyasda, beynəlxalq aləmdə tanıdılmalarında, onların ehtiramla yad olunmalarında müstəsna rol oynayan Heydər Əliyevə görə, “tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir... Digər tərəfdən, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir”. Bu baxımdan Azərbaycan ədəbiyyatı və incəsənəti sahəsində tarixin yetirdiyi böyük şəxsiyyətlərin abidəyə çevrilməsi milli-mənəvi duyğuların güclənməsinə son dərəcə müsbət təsir göstərmişdir. Heydər Əliyevin birbaşa qayğısı sayəsində Bakının ən görkəmli yerlərində Azərbaycan xalqının milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmışdır.

Azərbaycan xalqının, həmçinin başqa xalqların mənəvi dəyərlərinə hörmətlə yanaşan Heydər Əliyevin bütün siyasi fəaliyyəti boyu daim yeni nümunələrlə zənginləşən ensiklopedist qənaətlərində ədəbiyyat və incəsənətlə bağlı fikir və mülahizələr xüsusi yer tutur. Heydər Əliyev müxtəlif illərdə ədəbiyyatla, incəsənətlə, ümumən mədəniyyətlə bağlı parlaq fikir və mülahizələr söyləmişdir. Rəhbərlik etdiyi illərdə Heydər Əliyev respublikanın yaradıcı ziyalılarının mötəbər məclislərinin, o cümlədən yazıçıların bütün qurultaylarının iştirakçısı olmuş, yüksək elmi-nəzəri səviyyəli çıxışları və ədəbi prosesə dair bir-birindən maraqlı təhlilləri ilə yaddaşlarda dərin izlər qoymuşdur.

Azərbaycan ədəbiyyatı və incəsənətinin bütün dövrləri, bütün şəxsiyyət və hadisələri Heydər Əliyev üçün eyni dərəcədə doğma və yaxın idi. O, xüsusən klassik ədəbi-mədəni irsə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşmışdır. Heydər Əliyevin fikrincə, “xalqın həyatının bədii salnaməsi olan, öz dövrünün mütərəqqi və humanist ideyalarından qidalanan Azərbaycan klassikası həmişə nəcib və pak mənəvi ideyalar, ideya-fəlsəfi axtarışlar ədəbiyyatı olmuşdur”. Yazıçını “mədəniyyətin milli sərvətlərinin əsas mühafizəçisi” adlandıran Heydər Əliyev qələm sahiblərinin yüksək məsuliyyətindən söz açarkən qeyd etmişdir ki, hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır.

Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətini yaradan, onun çoxəsrlik tarixini bəzəyən görkəmli şəxsiyyətlər xalqa və insanlığa xidmətlərinin qiymətini Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə almışlar. Məhz bu dövrdə onlar bütün dünyaya Azərbaycan xalqının və Azərbaycan mədəniyyətinin yetirmələri kimi daha geniş miqyasda təqdim olunaraq, sözün həqiqi mənasında, ikinci həyat qazanmış, dünya miqyasında Azərbaycan xalqının mənəviyyat və mədəniyyət pasportuna çevrilmişlər. Müasir Azərbaycan ədəbiyyatı və incəsənətinin həm yaşlı, həm gənc nəslinin nümayəndələri isə Heydər Əliyevin şəxsində milli mədəniyyətin ən yaxın dostunu, təəssübkeşini görmüşlər. Azərbaycan ədəbiyyatı və mədəniyyəti klassiklərinin ittifaq miqyasında yubileylərinin keçirilməsi, milli mədəniyyətin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi-mədəni abidələrin planlı tədqiqi və nəşri bütövlükdə Heydər Əliyevin milli Azərbaycan dövlətçiliyinin ideya təməlində dayanan uzaqgörən siyasətinin əməli nəticələridir.

Hələ 1970-ci illərin əvvəllərindən etibarən milli mədəniyyətlə bağlı söylədiyi çoxsaylı mülahizələr, irəli sürdüyü fikir və ideyalar onun Azərbaycan tarixinə və mədəniyyətinə daim böyük nikbinliklə yanaşdığını, burada həmişə işıqlı simalar və tərəqqi elementləri gördüyünü sübuta yetirir.

Azərbaycanın böyük şəxsiyyətlərinin, milli mədəniyyətin görkəmli nümayəndələrinin zəngin irsinin azərbaycançılıq fəlsəfəsi baxımından yenidən öyrənilməsi və təbliği müstəqillik dövründə ön plana çəkilmişdi. Prezident Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla ədəbiyyat və incəsənət sahəsində yubileylərin davamlı qeyd olunması ölkənin mədəni inkişafı istiqamətində aparılan ardıcıl siyasətin aydın təzahürləridir. Azərbaycan tarixinin böyük şəxsiyyətlərinin, milli mədəniyyətin görkəmli nümayəndələrinin yubileylərinin dövlət səviyyəsində geniş qeyd edilməsi ilə bağlı tədbirlər məhz Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla həyata keçirilmişdir. Heydər Əliyevin müvafiq fərmanları ilə dahi Azərbaycan şairi və mütəfəkkiri M.Füzulinin 500 illiyinin Fransada, Türkiyədə, İraqda, İranda və Rusiyada, Bülbülün 100 illiyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illiyinin Moskvada, türk xalqlarının böyük abidəsi “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin Parisdə – UNESCO-nun iqamətgahında yüksək səviyyədə qeyd olunması müstəqil Azərbaycanı yenidən dünyaya tanıtmışdır. Ölkə daxilində təkcə 2000-ci il ərzində neçə-neçə yubiley və dövlət əhəmiyyətli mədəni tədbir keçirilmişdir.

Heydər Əliyev ədəbiyyatın, filologiyanın inkişafına diqqəti artırmaq məqsədilə 1996-cı ildə Füzuli adına Beynəlxalq mükafat təsis etmiş, həmin ilin iyun ayında “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, 1997-ci ilin noyabrında isə “Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında” fərmanlar imzalamışdır. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilərək elm, mədəniyyət, incəsənət və digər sahələrdə xidməti olanlar üçün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, habelə gənc istedadlı yazıçı və şairlər üçün fərdi təqaüdlər və s. təyin edilmişdir.

Fəlsəfənin və incəsənətin, tarixin və ədəbiyyatın gözəl bilicisi olmaqla yanaşı, elmin və mədəniyyətin həqiqi himayəçisi olan Heydər Əliyevin bilavasitə şəxsi təşəbbüsü və iştirakı ilə çox sayda ədəbiyyat, incəsənət və elm xadiminin fəaliyyəti yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görülmüşdür.

Azərbaycanın intellektual potensialının bünövrəsində milli ədəbiyyatı və mədəniyyəti görən Heydər Əliyevdən ötrü bu milli-mənəvi sərvət eyni zamanda müstəqil dövlətçilik məfkurəsinin ideya-mənəvi əsasını təşkil edirdi. Çıxışlarının birində Heydər Əliyev qeyd etmişdi: “İnsanlara ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur... Bizim ədəbiyyatımız, doğrudan da, xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhvali-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır. Bəlkə, bu milli psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil... Ancaq indi bunları toplayıb, sistemləşdirib formalaşdırmaq üçün bizim böyük sərvətimiz var. O sərvət də bizim mədəniyyətimizdə olan çox dəyərli fikirlər, sözlərdir”.

Heydər Əliyev deyirdi: “Azərbaycanda yazıçı, sənətkar daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyil... Biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları dünyaya geniş çatdırmaq istəyərkən birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi-memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik... Eyni zamanda dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük... Çünki bu böyük insanlar nəinki bizim xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar”.

Azərbaycan dili məsələsinə həmişə xüsusi həssaslıqla yanaşan Heydər Əliyev müstəqillik dövründə onun dövlət dili kimi inkişaf etdirilməsini və tətbiq dairəsinin genişləndirilməsini azərbaycançılıq məsələsi səviyyəsinə qaldırmışdır. O özünün müxtəlif məruzə və nitqlərində, müsahibə və söhbətlərində gənc, müstəqil Azərbaycan Respublikasının milli ideologiyasını yaratmağın zəruriliyi barədə danışmışdır. Heydər Əliyevin fikrincə, bu ideologiya ilk növbədə Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətlərə əsaslanmalı, xalqın mədəniyyətini və mənəviyyatını, dini, etik və estetik dəyərlərini, keçdiyi tarixi inkişaf yolunu özündə əks etdirməlidir. Heydər Əliyev Azərbaycanın klassik sənətkarlarının yaradıcılığını milli ideologiyanın bünövrəsi hesab etmiş və yeni dövlət quruculuğunda, xüsusən mədəni quruculuqda onların irsindən istifadəni zəruri saymışdır.

Ulu öndər klassik sənətkarların yaradıcılığında keçmişlə bu günü birləşdirən xüsusiyyətləri böyük ustalıqla müşahidə etmişdir ki, bu da ilk növbədə onun klassik ədəbi irsə dərin bələdliyindən və güclü müasirlik duyğusundan irəli gəlir. Azərbaycan mədəniyyətinin bütün klassikləri Heydər Əliyevdən ötrü ilk növbədə məhz Vətənə, torpağa bağlılıqları, milli azadlıq və müstəqillik ideallarına sonsuz sədaqətləri ilə qiymətli və əzizdir. Bütün bunlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ümumən sənətə və sənətkara münasibətini özündə parlaq əks etdirir.

Heydər Əliyev zəngin milli mənəvi irsin qorunub saxlanılması və inkişafında, görkəmli mədəniyyət xadimlərimizin yaradıcılığının geniş təbliğində, böyüməkdə olan nəsillərin Azərbaycan klassiklərinin ən yaxşı ənənələri ruhunda tərbiyə olunmasında mühüm rol oynayan mədəni mərkəzlər kimi ev-muzeylərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə görkəmli tarixi şəxsiyyətlərin hər birinin ayrılıqda mədəniyyət mərkəzinə çevrilən xatirə ev-muzeylərinin yaradılması ənənə halını almışdır.

“Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm” – söyləyən Heydər Əliyev Azərbaycan ədəbiyyatı və incəsənətinin, bütövlükdə milli mədəniyyətin hər bir sahəsində proqram dəyişikliklərin mükəmməl sistemini yaratmış və həyata keçirmişdir. Azərbaycanın XX əsrin 70-ci illərindən bəri mədəni həyatının bütün sahələr üzrə dirçəlişi bu mənada Heydər Əliyevin adı ilə bağlıdır.

PHOTO GALLERY

Другие новости