Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

О «платановых надписях» - Джаваншир Юсифли

25-09-2024 [ 11:21 ] [ прочитано:465 ]
printerA+ | A-

Важное замечание по поводу литературной критики. Прозаическое произведение можно написать двояко. Во-первых, каким бы сложным ни было произведение, оно вплетает в текст события, объясняющие его темы и идеи, говоришь, читателю надоедает, не дочитав его до половины, даже если это лучшее произведение Томаса Манна. Слова Толстого об «Анне Карениной»: «в чем идея произведения», если надо сказать, то придется написать еще раз. То есть, если цель этого выступления — собрать читателей для работы, его читать никто не будет. Я должен написать о произведении так, чтобы читатель нашел в моем сочинении другие и более интересные идеи, чем в его чтении, у нас такое есть? Я так не думаю...

Mən sözümü əsəri tam olaraq oxuyan, onun haqqında düşüncəsi bəlli olan oxucuya demək istəyirəm. Əsas olan bu deyilmi?

İyirmi-otuz ilin qaynar, süst, həyəcanlı, ölüm-itimli hadisələrinin açdığı şırımlardan birbaşa yazmaq mümkün deyil. İşğal, qaçqınlıq, çadır şəhərləri, torpaqları göynədən düşmən sifəti... bunlardan yazanda istənilən nasir dəyişməyən mövqeni seçir: hadisələrdən şahid kimi danışmaq, hətta o hadisələrin birbaşa iştirakçısı olmasa belə! Bu isə nəsr mətninə publisitik ton verir, bu ton və qammalar çoxaldıqca mətnin bədiilik effekti itir, yerini söz-söhbətə verir. Fikrimcə, bu kimi xətlərdən qaçmaq lazımdır... Real hadisələrdən, həm də tarixdə, dünən və bu gündə qanlı şırım açan hadisələrdən yazmaq istəməsən belə onlardan qaçmaq mümkün deyildir. Nə yazsan, hansı mövzunu seçsən, həmin şırımlar öz sözünü deyəcək...

Mübariz Örənin "Çinar yazıları" nəsrimizdə son illərin həm qatmaqarışıq, həm çox gərgin, həm də sevincli (kədər, faciəqarışıq) illərinin əksi baxımından, şübhəsiz ki, maraq doğurur. Fikrimizcə, gələcəkdə bu hadisələrin bədii həllində indi tətbiq edilən rakurs dəfə-dəfə dəyişəcəkdir. Dəyişməlidir də. Çünki hadisələrin daxili qatları çox zəngindir. Bu mənada həmin ağrı və dərdlərin bədii ifadəsinin müstəvilərini dərindən araşdırmaq üçün baxış bucaqları ən müasir, ultra-müasir üslub işarələrini özündə ehtiva etməlidir. Mübarizin hekayəsinin "kompozisiya kəsikləri"ndə bu vəziyyət - ayrı-ayrı fraqmentlərin, həm də səs və küy tonu fərqli farqmentlərin, uyar və zidd ladların bir-birinə qarışması, toqquşub ayrılması... hekayənin ifadə etdiyi mənaların dərinlik ölçüsünü bəlləyir. Onun personajı hər yerdən və hər yuerindən zərbə almış, qaraçı taboru kimi çöllərə düşsə də, etnik mədəniyyət və mənliyini itirməyən, itirdiyi mühüm və çox dəyərli nəsnələrə görə içində üsyan edən, aşıb-daşan insandır. Hekayənin əvvəlindəki sevinc coşqusu, alqış səsləri ən müxtəlif keçidlərdən sonra çəkilməz dərdlə əvəzlənir. Yəni dünyada şadlıq və sevinc dərddən, kədərdən ayrı deyil, bunların bir-birini əvəzləməsi zahiri prosesdir, dərdin içində ürəyin sevinclə döyünürmü? 

Konkret olaraq Mübarizin hekayəsi onun öz üslub parametrləri daxilində bir sıra detal və ştrixlərlə yadda qalır və bəzi detallar, xüsusən hekayədə, təhkiyə axınında vaxtilə tankların keçdiyi yolda salınmış dərin izlərin yara kimi hiss edilməsi (...), qaçqın düşən insanların anidən dəyişməsi (zahirən, - insan birdən özünə gəlir, yaxud ağacdan bir yarpağın düşməsilə nələrsə xatırlanır və kəskin dəyişmiş insanın cavanlığı gəlir ekrana-!), qayıdan, alınan, işğal tapdağından qurtulan şəhərin, kənd-kəsəyin həmin o kəskin dəyişmiş qaçqın insana bənzəməsi və üz-üzə durduqda belə bunların bir-birini tanımaması, üstəlik, bütün bunların itkin düşmüş qardaşının pasportuyla böyük darvazadan keçib sonra geri qayıdan adamın ruhunda cilvələnməsi... dəhşətdir və bir belə çalpaşıq düşmüş hadisəni təhkiyədə çeşidləmək, keçidlərin axıcı olmasına nail olmaq sadə məsələ deyildir.

Другие новости