Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Великая литературная политика Гейдара Алиева - Академик Иса Габиббейли

08-05-2023 [ 19:14 ] [ прочитано:239 ]
printerA+ | A-
103339

Azər­bay­can xal­qı­nın Ümummilli li­de­ri Hey­dər Əli­yev dün­ya şöh­rə­ti qazanmış gör­kəm­li döv­lət xa­di­mi­dir. Bu bö­yük dü­ha­nın adı son yü­zil­li­yi­n ən görkəm­li döv­lət xa­dim­lə­ri və si­ya­si li­der­lə­ri ilə bir sı­ra­da çə­ki­lir.

Hey­dər Əli­yev hə­lə so­vet ha­ki­miy­yə­ti il­lə­rin­dən Azər­bay­can xal­qı­nın dünyabaxışının və­tən­pər­vər­lik, mil­li­lik və müa­sir­lik ru­hun­da in­ki­şaf et­di­ril­mə­si­ni ön mövqeyə çəkmişdir.
Ulu öndər Hey­dər Əli­yev müs­tə­qil­li­yi­ni elan et­sə də, onu qo­ru­yub saxlamaqda çə­tin­lik­lər qar­şı­sın­da qa­lan Azər­bay­can xal­qı­nı si­ya­si-mə­nə­vi böhrandan, müs­tə­qil Azər­bay­can döv­lə­ti­ni isə par­ça­lan­maq­dan və yox ol­maq­dan xi­las et­miş­dir.
Gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­yev müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin bani­si və bö­yük qu­ru­cu­su­dur.
Azər­bay­can xal­qı­nın ço­xəsr­lik ta­ri­xin­də azər­bay­can­çı­lıq tə­li­mi­ni müs­tə­qil döv­lə­tin ideo­lo­gi­ya­sı sə­viy­yə­si­nə Hey­dər Əli­yev çat­dır­mış­dır.
Hey­dər Əli­yev – Azər­bay­can döv­lət­çi­lik ta­ri­xin­də ən yük­sək zir­və­ni fəth etmiş­dir.
Azər­bay­can Res­pub­li­ka­sı­nın si­ya­si-ideo­lo­ji və iq­ti­sa­di-mə­də­ni in­ki­şaf konsep­si­ya­sı­nın möh­kəm əsas­la­rı­nı Hey­dər Əli­yev ya­rat­mış­dır.
Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev bö­yük sı­naq­lar­dan çıxmış və özü­nü təs­diq et­miş Hey­dər Əli­yev döv­lət­çi­lik tə­li­mi­ni ye­ni ta­ri­xi epoxanın re­al­lıq­la­rı ilə və da­ha bö­yük gə­lə­cə­yə ün­van­lan­mış ide­ya­lar­la zənginləşdi­rə­rək müa­sir döv­rün ye­ni­lə­şən tə­ləb­lə­ri­nin işı­ğın­da uğur­la və uzaqgörən­lik­lə da­vam et­di­rir.
Si­ya­si-ideo­lo­ji ba­xış­la­rı, qə­tiy­yə­ti və cə­sa­rə­ti, müd­rik­lik və uzaq­gö­rən­li­yi ilə pre­zi­den­t İl­ham Əli­yev ye­ni döv­rün müa­sir tip­li Hey­dər Əli­ye­vi­dir.
Ulu öndər Hey­dər Əli­ye­vin dün­ya­da qə­bul olu­nan bö­yük si­ya­si li­de­rə, mənsub ol­du­ğu xal­qın ən se­vim­li rəh­bə­ri­nə çev­ril­mə­si­nin, qüd­rət­li şəx­siy­yət­lə böyük döv­lət xa­di­mi miq­ya­sı­nı fəth et­mə­si­nin bir çox mü­hüm si­ya­si-ideo­lo­ji, ideya-mə­nə­vi sə­bəb­lə­ri və mən­bə­lə­ri var­dır.
Heç şüb­hə­siz, Hey­dər Əli­yev Azər­bay­can xal­qı­nın ço­xəsr­lik döv­lət­çi­lik ənənə­lə­ri zəmi­nin­də ye­ti­şib for­ma­laş­mış gör­kəm­li döv­lət xa­di­mi­dir.
Ta­ri­xi və mil­li-si­ya­si tə­fək­kür­lə bə­şə­ri dü­şün­cə­nin sin­te­zi və vəh­də­ti Hey­dər Əli­ye­vin əsl döv­lət­çi­lik ba­ca­rıq­la­rı­na və is­te­da­dı­na yi­yə­lən­mə­sin­də mü­hüm rol oyna­mış­dır. Ailə və təh­sil mü­hi­ti­nin dərs­lə­ri, döv­lət or­qan­la­rın­da keç­di­yi çə­tin və şə­rəf­li yol, onu əha­tə edən fərq­li in­san­la­rın aşıla­dıq­la­rı bi­lik və dün­ya­ba­xı­şı Hey­dər Əli­yev üçün son də­rə­cə əhə­miy­yət­li ol­muş­dur. Bun­lar­dan hər bi­ri­nin əhə­miy­yə­ti ba­rə­sin­də ulu öndərin ay­rı-ay­rı vaxt­la­r­da­kı çı­xış­la­rın­da ge­niş söz açıl­mış­dır.
***
Hey­dər Əli­ye­vin döv­lət­çi­lik tə­fək­kü­rü­nün for­ma­laş­ma­sın­da, gör­kəm­li döv­lət xa­di­mi­nin zən­gin mə­nə­viy­ya­ta və ge­niş dün­ya­gö­rü­şə ma­lik nə­həng şəx­siy­yət miqyası­nı fəth et­mə­sin­də ədə­biy­yat və in­cə­sə­nə­tin də bö­yük və xü­su­si ro­lu olmuşdur. Hey­dər Əli­yev də­fə­lər­lə cə­miy­yə­tin və şəx­siy­yə­tin in­ki­şa­fın­da bə­dii ədə­biy­ya­tın mü­hüm əhə­miy­yə­ti­ni bə­yan et­miş­dir. Ulu öndər hə­mi­şə bu fi­kir­də olmuş­dur: "Bə­dii söz in­san­la­rın ağ­lı­na və ürə­yi­nə da­ha tez yol ta­pır, da­ha də­rin­dən nü­fuz edir, on­la­ra son də­rə­cə bö­yük tə­sir gös­tə­rir".
Hə­qi­qə­tən, ta­rix bo­yu bö­yük ədə­biy­yat hə­mi­şə dün­ya­nın qüd­rət­li döv­lət xadim­­lə­­ri­nin, bö­yük si­ya­sət­çi­lə­rin və sər­kər­də­lə­rin hə­ya­tın­da və fəa­liy­yə­tin­də mühüm yer tut­muş, bö­yük rol oy­na­mış­dır. Gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əliyevin ta­le­yin­də və si­ya­si fəa­liy­yə­tin­də ədə­biy­yat fak­to­ru­nun ye­ri, ro­lu və imkan­la­rı çox ge­niş miq­yası əha­tə et­miş­dir. Hər şey­dən əv­vəl onu qeyd et­mək lazım­dır ki, Hey­dər Əli­yev dün­ya­da ge­niş və sis­tem­li ədə­biy­yat bi­­li­­yi­nə ma­lik olan na­dir döv­lət xa­dim­lə­rin­dən bi­ri­dir. Hə­lə gənc­lik il­lə­rin­dən eti­ba­­rən qey­ri-adi mütaliə qa­bi­liy­yə­ti ilə fərq­lə­nən, hət­ta ca­van yaş­la­rın­da ta­ma­şa­lar­da pe­şə­kar te­atr xa­dim­lə­ri ilə ya­na­şı cə­sa­rət­lə səh­nə­yə çı­xan Hey­dər Əli­ye­vin dün­ya­ba­xı­şı­nın forma­laş­ma­sın­da ədə­biy­yat ami­li xü­su­si yer tut­muş­dur. Müa­sir­lə­ri onun Naxçıvanın te­atr mü­hi­tin­də ya­xın­dan iş­ti­rak et­di­yi­ni, “Va­qif” pye­sin­də, “Qa­ra­lar öl­kə­sin­də” ad­lı dram əsə­rin­də əsas rol­la­rı mə­ha­rət­lə ifa etdiyini xa­tır­la­yır­lar. Heydər Əli­ye­vin te­atr hə­vəs­ka­rı ol­ma­sı­na da­ir na­dir fo­to­şə­kil­lər gör­kəm­li döv­lət xa­di­mi­nin Nax­çı­van şə­hə­rin­də­ki mu­ze­yin­də qo­ru­nub sax­lan­maq­da­dır. Vax­ti­lə Hey­dər Əli­yev­lə Nax­çı­van Pe­da­qo­ji Tex­ni­ku­mun­da ey­ni si­nif­də təh­sil al­mış Fi­ru­zə Rza­ye­va Hey­dər Əli­ye­vin ədə­biy­yat dərs­lə­rin­də xü­su­si qa­bi­liy­yət nü­ma­yiş etdirdiyi­ni, onların ədə­biy­yat mü­əl­lim­lə­ri ol­muş Lə­tif Hü­seyn­za­də­nin bu çalışqan və ba­ca­rıq­lı gən­cin is­te­da­dı­na yük­sək qiy­mət ver­di­yi­ni xü­su­si ola­raq vurğulamışdır. Tex­ni­kum­da­kı da­ha bir tə­lə­bə yol­da­şı Döv­lət Məm­mə­dov isə Heydər Əli­ye­vin ədə­biy­ya­ta və te­at­ra mü­na­si­bə­ti haq­qın­da aşa­ğı­da­kı­la­rı yaz­mış­dır: "Ya­dım­da­dır, Lev Tols­to­yun "Hərb və sülh" ro­ma­nı­nı o vaxt rus di­lin­də oxu­yur, məz­mu­nu­nu bi­zə da­nı­şır­dı… Bun­dan əla­və, hə­vəs­kar te­atr­da da ça­lı­şır­dı. Tamaşalar­da, adə­tən, baş rol­la­rı oy­na­yır, özü də şah, hökm­dar, xalq qəh­rə­ma­nı obra­zı­nı can­lan­dı­rır­dı". Bü­tün bun­lar­la bə­ra­bər, bu gör­kəm­li ta­ri­xi şəx­siy­yət bə­dii ədə­biy­ya­tın şəx­si ta­le­yin­də­ki bö­yük ro­lu­nu özü də nə­zə­rə çarp­dır­mış­dır. O, 1997-ci il­də, müs­tə­qil­lik döv­rün­də ke­çi­ri­lən Azər­bay­can Ya­zı­çı­la­rı­­nın X Qu­rul­­ta­­yın­da­kı nit­qin­də bu ger­çək­li­yi aşa­ğı­da­kı ki­mi eti­raf et­miş­dir: "Şəx­sən mən ədə­biy­ya­tı çox se­vən ada­mam və gənc vaxt­la­rım­dan, hət­ta uşaq­lıq­dan, mək­təb­­də ilk ədə­biy­yat nümu­nə­lə­ri­ni oxu­yan­dan ədə­biy­ya­tı sev­mi­şəm... Mə­nim bir in­­san ki­mi formalaşma­ğım­da, təh­si­lim­də, əx­la­qım­da, mə­nə­viy­ya­tım­da ədə­biy­­ya­­tın, mədəniyyə­tin çox bö­yük ro­lu ol­muş­dur. Mən or­ta mək­təb­də oxu­yar­kən Azərbaycan şa­ir­lə­ri­nin, ya­zı­çı­la­rı­nın bü­tün əsər­lə­ri­ni se­və-se­və oxu­muş­dum... O illər­də, o uşaq­lıq və gənc­lik il­lə­rin­də on­lar mə­nə o qə­dər tə­sir edib ki, mən on­la­rı unut­ma­mı­şam. Bu, "oxu­mu­şam, unut­ma­mı­şam" söz­lə­ri sa­də­cə bir fi­kir de­yil. Yə­ni on­lar mə­nə tə­sir edib, mən on­lar­dan bəh­rə­lən­mi­şəm, mə­nə­vi qi­da al­mı­şam".
Azər­bay­can ədə­biy­ya­tı­nı və dün­ya ədə­biy­ya­tı klas­sik­lə­ri­ni mü­ta­liə et­mək, də­rin­dən bil­mək və yad­da sax­la­maq ba­xı­mın­dan Azər­bay­can Res­pub­li­ka­sı­nın rəhbə­ri Hey­dər Əli­yev­lə mü­qa­yi­sə edi­lə bi­lə­cək döv­lət baş­çı­sı gös­tər­mək çə­tin­dir.
Çox­cild­lik si­ya­si ir­si­nə, ədə­biy­yat haq­qın­da nitq­lə­ri­nə, çı­xış­la­rı­na, ya­zı­çı­la­ra ün­van­la­dı­ğı təb­rik mək­tub­la­rı­na əsas­la­na­raq, be­lə bir nə­ti­cə çı­xar­maq müm­kün­dür ki, Hey­dər Əli­yev Azər­bay­ca­nın qə­dim dövr­lər­də və ya öz döv­rün­də ya­şa­yıb-yaratmış gör­kəm­li ya­zı­çı və şa­ir­lə­ri­nin, de­mək olar ki, müt­ləq ək­sə­riy­yə­ti­nin əsərlə­ri­ni diq­qət­lə oxu­muş, özü üçün konkret nə­ti­cə­lər çı­xar­mış­dır. O, dün­ya ədəbiy­ya­tı­nın, xü­su­sən rus ədə­biy­ya­tı­nın şe­devr­lə­ri­nə də ya­xın­dan bə­ləd idi. Bu da­hi şəx­siy­yət söz sə­nə­ti dü­ha­la­rı­nın əsər­lə­ri­ni və ide­ya­la­rı­nı də­rin­dən mənimsəmiş­dir. Aka­de­mik Bə­kir Nə­bi­ye­vin vax­ti­lə yaz­dı­ğı ki­mi, "bu­nun bi­rin­ci sə­bə­bi özü­nün də də­fə­lər­lə eti­raf et­di­yi və konk­ret əməl­lə­rin­də sü­bu­ta ye­tir­di­yi məhəb­bət­dir: ədə­biy­ya­ta, sə­nə­tə, mə­də­niy­yə­tə son­suz mə­həb­bət. Di­gər bir sə­bəb Hey­dər Əli­ye­vin klas­sik ir­si­mi­zə və çağ­daş ədə­bi-mə­də­ni pro­se­sə bə­ləd­li­yi­dir". Bu sə­bəb­dən­dir ki, Hey­dər Əli­yevin, ümu­miy­yət­lə, ədə­biy­yat haq­qın­da, ya­xud da ay­rı-ay­rı ya­zı­çı və şa­ir­lər haq­qın­da­kı nitq­lə­ri və çı­xış­la­rı yük­sək pro­fes­sio­nal şə­kil­də səs­lən­miş­dir. Bu da­hi şəx­siy­yə­tin ədə­biy­ya­ta, konk­ret ola­raq sə­nət­kar­la­rın yaradıcı­lı­ğı­na ver­di­yi qiy­mət­lər­də bə­dii ya­ra­dı­cı­lı­ğa ic­ti­mai ba­xış­la müa­sir­lik anlayı­şı həmi­şə bi­ri di­gə­ri­ni iz­lə­miş və ta­mam­la­mış­dır. Azər­bay­can Ya­zı­çı­la­rı­nın 1971-ci il­də ke­çi­ril­miş V qu­rul­ta­yın­dan 1997-ci ildə ke­çi­ri­lən X qu­rul­ta­yı­na­dək bü­tün mö­tə­bər təd­bir­lə­rin­də iş­ti­rak və çı­xış edən Hey­dər Əli­ye­vin nitq­lə­rin­də ədəbiy­ya­tın cə­miy­yə­tin və mə­nə­viy­ya­tın in­ki­şa­fın­da­kı ro­lu ilə ey­ni sə­viy­yə­də müasir hə­ya­tın in­ki­şa­fın­da­kı bor­cu və vəzifələri də ən zə­ru­ri mə­sə­lə­lər sı­ra­sın­da xü­su­si yer tut­muş­dur. Xü­su­sən Azər­bay­can ya­zı­çı­la­rı­nın qu­rul­tay­la­rın­da­kı ta­ri­xi nitq­lə­rin­də o, klas­sik ədə­bi ir­sə də, müa­sir ədə­bi pro­se­sə də res­pub­li­ka­da döv­lət səviy­yə­sin­də apar­dı­ğı iş­lə­rin üz­vi tər­kib his­sə­si ki­mi bax­mış­dır. Ədəbiyyatşünasların da doğ­ru mü­şa­hi­də et­dik­lə­ri ki­mi, "Hey­dər Əli­yev… Azərbay­can ədə­bi pro­se­si­ni res­pub­li­ka­nın ic­ti­mai-si­ya­si və mə­nə­vi də­yi­şik­lik­lə­ri ilə, res­pub­li­ka­da mə­nə­vi-psi­xo­lo­ji mü­hi­ti sağ­lam­laş­dır­maq is­ti­qa­mə­tin­də apa­rı­lan irimiq­yas­lı və­zi­fə­lər və fəa­liy­yət proq­ra­mı ilə əla­qə­də nə­zər­dən ke­çi­rir, bun­la­rın ədə­biy­ya­ta, bə­dii fik­rə müs­bət, də­yiş­di­ri­ci tə­si­ri­ni gös­tə­rir­di" (Tərlan Novruzov).
Əl­bət­tə, gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­ye­vin xü­su­si rəğ­bət bəs­lə­­di­­yi yazı­çı və şa­ir­lər, ay­rı­ca fərq­lən­dir­di­yi, üs­tün­lük ver­di­yi bə­dii əsər­lər ol­muş­­dur. Bu mə­qam­da döv­lət xa­di­mi sə­viy­yə­sin­də onun şəx­si ədə­bi zöv­qü və ma­­raq­­la­rı, ədəbiy­yat­da iz­lə­di­yi qa­yə­də qa­ba­rıq şə­kil­də ifa­də olu­nur. Gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­yev qə­ti ola­raq bu fi­kir­də idi: "Yal­nız o ya­zı­çı­la­rı­n in­sa­nın zə­ka­sı­na və qəl­bi­nə tə­sir gös­tər­mək ki­mi bö­yük mə­nə­vi hü­qu­qu var ki, o, ic­ti­mai hə­yat­da da, şəx­si dav­ra­nı­şı ilə də öz oxu­cu­su­na, doğ­ru­dan da, nü­mu­nə ola bi­lir, yə­ni xalq qarşısın­da öz mə­nə­vi mə­su­liy­yə­ti­ni bü­tün də­rin­li­yi ilə dərk edir". Mü­şa­hi­də­lər göstə­rir ki, bö­yük si­ya­si xa­dim Hey­dər Əli­yev dram əsər­lə­ri içə­ri­sin­də Cə­lil Məmməd­qu­­lu­­za­­də­nin "Ölü­lər" tra­gi­ko­me­di­ya­sı­na, şa­ir­lər­dən Xalq şai­ri Sə­məd Vur­ğu­nun "Azər­bay­­can" şei­ri­nə, poe­ma jan­rı ba­xı­mın­dan Mə­həm­məd­hü­seyn Şəhri­­ya­­rın "Hey­dər­­ba­­ba­ya sa­lam" əsə­ri­nə, mil­li mət­bu­at sa­rı­dan "Mol­la Nəsrəddin" jur­na­­lı­­na, ope­ra üz­rə Üze­yir Ha­cı­bə­yo­vun "Ko­roğ­lu"su­na, mən­zum faci­ə­­lər­dən Hü­seyn Ca­vi­­din "İb­lis"inə... xü­su­si önəm ver­di­yi­ni və bu ədə­bi nümunə­lə­ri xü­su­si­lə fərq­­lən­dir­­di­­yi­­ni də­fə­lər­lə nə­zə­rə çarp­dır­mış­dır. Diq­qət edil­sə, görərik ki, bu ədə­biy­yat fakt­la­rı­nın hər bi­rin­də yük­sək bə­dii­lik­lə ya­na­şı, xal­qın mil­li-mə­nə­vi özü­nü­dərk mə­sə­lə­lə­ri və bö­yük ic­ti­mai ide­al­la­rı özü­nün par­laq ək­si­ni tap­mış­dır. Ona gö­rə də Hey­dər Əli­ye­vin bə­dii ədə­biy­ya­ta mü­na­si­bət­də şəx­si maraq­la­rı ilə döv­­lət­­çi­lik dü­şün­cə­si­nin üst-üs­tə düş­dü­yü, bir-bi­ri­ni üz­vi su­rət­də tamam­la­dı­ğı aş­kar mü­şa­hi­də olu­nur.
Bü­töv­lük­də isə Hey­dər Əli­yev ədə­biy­ya­ta xal­qın mil­li-ta­ri­xi var­lı­ğı­nın, mənə­viy­ya­tı­nın üz­vi tər­kib his­sə­si ki­mi bax­mış, ədə­biy­­ya­­tı cə­miy­yə­ti və in­sa­nı dəyiş­di­rib in­ki­şaf et­di­rən bi­lik və hik­mət xə­zi­nə­si ki­mi də­yər­lən­dir­­miş­dir. Hey­dər Əli­ye­vin ədə­biy­yat sev­gi­si və­tən və xalq sev­gi­si­nin, mil­li döv­lət­çi­lik ba­xış­la­rı­nın əsas gös­tə­ri­ci­lə­­rin­­dən, zə­ru­ri amil­lə­rin­dən bi­ri­ni təş­kil edir. Gör­kəm­li döv­lət xadimi hə­lə 1971-ci il­də Azər­bay­can Ya­zı­çı­la­rı­nın V Qu­rul­ta­yın­da­kı ta­ri­xi nit­qin­də mə­sə­lə­nin bu cə­hə­ti­ni ön möv­qe­yə çə­kə­rək de­miş­di: "Azər­bay­­can ədə­biy­ya­tı həmişə öz xal­qı­nın hə­ya­tı­nın ön sı­ra­la­rın­da irə­li­lə­miş­dir. Bu ədə­biy­yat xal­qı­mı­zın qəh­rə­­man­­lıq ta­ri­xi­ni ədə­bi­ləş­di­rib bi­zə çat­dır­mış, bi­zim qar­şı­mız­da bü­tün əzə­mə­ti ilə aç­mış­dır".
***
Ədə­biy­ya­ta xal­qın keşməkeşli ta­le­yi­nin, ta­ri­xi yad­da­şı­nın, müa­sir hə­ya­tı­nın və inkişafının əks-sə­da­sı ki­mi ba­xan Hey­dər Əli­yev bə­dii dü­şün­cə­də ta­ri­xi­lik, milli­lik və müa­sir­lik prin­sip­lə­ri­nə xü­­su­­si də­yər ver­miş­dir. Bu ba­xım­dan mil­li­lik, ta­ri­xi­lik və müa­sir­lik Hey­dər Əli­ye­vin döv­lət­­çi­lik tə­li­min­də ədə­biy­yat si­ya­sə­ti­nin əsa­sı­nı təş­kil edir. Əs­lin­də, bu prin­sip­lər qüd­rət­li döv­lət xa­­di­­mi Hey­dər Əli­ye­vin dövlətçilik təliminin və si­ya­si fəa­liy­yə­ti­nin də tə­məl şərt­lə­rin­dən­dir. Hə­min prinsip­lər Hey­­dər Əli­ye­vin döv­lət­çi­lik tə­li­min­də və ədə­biy­yat si­ya­sə­tin­də sadəcə ya­na­şı möv­cud olan amil­lər de­yil­dir. Ək­si­nə, qeyd olu­nan is­ti­qa­mət­lər Hey­dər Əliyev tə­li­min­də döv­­­­lət­çi­lik fəa­liy­yə­ti ilə ədə­biy­yat işi­nin vəh­də­tin­də, üz­vi sintezin­də tam mə­na ta­pa bi­lir. Gör­­kəm­li döv­lət xa­di­mi Heydər Əliyev döv­lət­çi­lik fəa­liy­yə­ti pro­se­sin­də mil­li­lik ami­li­ni, ta­ri­xi­lik an­la­yı­şı­nı və müa­sir­lik prin­si­pi­ni ardı­cıl ola­raq hə­ya­ta ke­çir­mək yol­la­rın­da­kı mü­ba­ri­zə­sin­də kök­lü ənə­nə­lə­rə ma­lik olan həmin amil­lər­dən yer­li-ye­rin­də, əsas­lı şə­kil­də fay­da­lan­­maq­la daim özü­nün ali məqsə­di­nə na­­il ol­ma­ğa ça­lış­mış­dır. Bu yük­sək ali qa­yə isə so­vet re­ji­mi çərçivəsində ol­sa be­lə, nə­ti­cə eti­ba­ri­lə Azər­bay­can­da möh­kəm mil­li əsas­la­ra ma­lik olan, da­vam­lı ta­ri­xi ənə­nə­­­lə­ri qo­ru­yub sax­la­yan və müa­sir in­ki­şa­fın önün­də ge­dən döv­lət ha­ki­­miy­­yə­ti­ni for­ma­laş­dır­maq­dan və möh­kəm­lən­dir­mək­dən iba­rət olmuşdur. Mü­şa­hi­də­lər və təh­lil­lər gös­tə­rir ki, hələ so­vet ha­ki­miy­yə­ti il­lə­rin­də Hey­dər Əli­ye­vin bu is­ti­qa­mət­də apar­dı­ğı ar­dı­cıl və dü­şü­nül­müş si­ya­sət ölkədə tarixi yaddaşın oya­nışı, milli-mənəvi də­yər­lərin inkişaf etdirilməsi mənasında özünün bö­yük bəh­rə­lə­ri­ni ver­miş­dir.
Azər­bay­can­da 1969-1982-ci il­lər­də mil­li mə­də­niy­yət və ədə­biy­yat bö­yük sürət­lə in­ki­şaf et­di­ril­miş, ya­ra­dı­cı qüv­və­lə­rin qar­şı­sın­da ge­niş üfüq­lər açıl­mış, onla­rın keç­miş So­vet­lər İt­ti­fa­qı miq­ya­sın­da ta­nı­dıl­ma­sı və qiy­mət­lən­di­ril­mə­si istiqa­mə­tin­də bö­yük ad­dım­lar atıl­mış­dır. Gör­kəm­li ədə­biy­yat və in­cə­sə­nət xadimlə­ri Qa­ra Qa­ra­ye­vin, Rə­sul Rza­nın, Ta­hir Sa­la­ho­vun, Mir­zə İb­ra­hi­mo­vun, Rə­şid Beh­bu­do­vun, Sü­ley­man Rə­hi­mo­vun döv­rün ən yük­sək mü­ka­fa­tı olan Sosialist Əmə­yi Qəh­rə­ma­nı fəx­ri adı­na la­yiq gö­rül­mə­lə­ri gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­ye­vin si­ya­si ha­ki­miy­yə­ti­nin bi­rin­ci mər­hə­lə­si­nin ən mü­hüm hadisələridir. 1972-ci il­də bö­yük döv­lət xa­di­mi və gör­kəm­li ya­zı­çı Nə­ri­man Nərima­no­vun ana­dan ol­ma­sı­nın 100 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si və Ba­kı şəhərində ona əzə­mət­li hey­kəl ucal­dıl­ma­sı döv­rün ta­ri­xi ha­di­sə­si­nə çev­ril­miş­dir. Mə­lum ol­du­ğu ki­mi, so­vet re­ji­mi qey­ri-rəs­mi şə­kil­də mil­liy­yət­çi he­sab edə­rək onu ic­ti­mai-ədə­bi mü­hi­ti­n ar­xa pla­nı­na ke­çir­di­yi­nə gö­rə Hey­dər Əli­yev bu bö­yük şəxsiy­yə­tin yu­bi­le­yi­ni ke­çir­mək və hey­kə­li­ni qoy­maq üçün Mosk­va-Kreml səviyyə­sin­də iş apar­ma­lı ol­muş və mühüm əhəmiyyətə malik olan hə­min təd­bir­lə­ri hə­ya­ta ke­çir­mə­yə na­il ola bil­miş­dir. Be­lə­lik­lə, Nə­ri­man Nə­ri­ma­nov ye­ni­dən Azərbay­can xal­qı­na qay­ta­rıl­mışdır.
Hey­­dər Əli­­ye­­vin so­­vet ha­­ki­­miy­­yə­­ti il­­lə­­rin­­də hə­­ya­­ta ke­­çir­­di­­yi məq­­səd­­yön­­lü Ümummilli si­­ya­­sət Azər­­bay­­ca­­nın döv­­lət müs­­tə­­qil­­li­­yi döv­­rün­­də döv­­lət­­çi­­lik işi­­nin möh­­kəm bü­­növ­­rə­­si­­ni təş­­kil edir. Ulu öndər müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin qurulub möh­kəm­lən­di­ril­mə­sin­də, mil­li ideo­lo­gi­ya­nın for­ma­laş­dı­rıl­ma­sın­da ədəbiyyat fak­to­run­dan ge­niş is­ti­fa­də et­miş­dir. Bu mə­na­da Hey­dər Əli­ye­vin dövlətçi­lik tə­li­min­də müx­tə­lif dövr­lər­də hə­ya­ta ke­çi­ril­miş ədə­biy­yat si­ya­sə­ti bir-biri­ni ta­mam­la­yır.
***
Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin əsas­lan­dı­ğı Azərbaycan­çı­lıq si­ya­sə­ti­nin ideo­lo­ji özü­lü gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əliyevin ədə­biy­yat və mə­də­niy­yət tə­li­min­dən yoğ­rul­muş­dur. Pre­zi­dent İl­ham Əliyev bu əbə­di­ya­şar tə­li­mi ye­ni epo­xa­nın prin­sip­lə­ri­nə uy­ğun ola­raq əla­və müddəa­lar­la da­ha da zən­gin­ləş­di­rə­rək müa­sir döv­rün ədə­biy­yat si­ya­sə­ti­ni mü­əy­yən et­miş­dir. Azər­bay­can­çı­lıq və müs­tə­qil döv­lət­çi­lik öl­kə­mi­zin ədə­biy­yat si­ya­sə­tin­də Hey­dər Əli­yev – İl­ham Əli­yev epo­xa­sı­nın or­taq ana prin­si­pi­dir. Bu ba­xım­dan yanaş­dıq­da, gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­ye­vin “Də­də Qor­qud” das­tan­la­rı­na mü­na­si­bə­ti ilə Pre­zi­dent İl­ham Əli­ye­vin bu möh­tə­şəm ədə­bi abi­də­ni qiymətləndirmə­si bi­ri di­gə­ri­ni ta­mam­la­yan va­hid tə­lim­dir. Mə­lum ol­du­ğu ki­mi, Vax­ti­lə “Də­də Qor­qud” das­tan­la­rı­nın 1300 il­li­yi­nin qeyd olun­ma­sı haq­qın­da fərman im­za­la­mış və möh­tə­şəm yu­bi­ley təd­bir­lə­ri ke­çir­miş Hey­dər Əli­yev bu dasta­na mü­hüm azər­bay­can­çı­lıq ha­di­sə­si ki­mi bax­mış­dır: “Ki­ta­bi-Də­də Qor­qud” das­tan­la­rı­nın föv­qə­la­də əhə­miy­yə­ti on­da­dır ki, o, bi­zim ta­ri­xi­mi­zin 1300 il­lik dövrü­nü həm əks et­di­rir, həm də bir da­ha təs­diq edir. O, ta­ri­xi kök­lə­ri­mi­zi dün­ya­ya gös­tə­rir, oğuz, türk mən­şə­yi­mi­zi və zən­gin ta­ri­xi­mi­zi sü­but edir. Bun­lar bi­zim hamı­mız üçün, xal­qı­mı­zın bu gü­nü, gə­lə­cə­yi üçün əhə­miy­yət­li­dir”.
Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­v 13 de­kabr 2013-cü il­də Ba­kı şə­hə­rin­də Də­də Qor­qud par­kı­nın və Də­də Qor­qud hey­kə­li­nin açı­lı­şı mərasimin­də­ki çı­xı­şın­da da das­ta­na mü­na­si­bət­də azər­bay­can­çı­lıq ön möv­qe­də dayan­mış­dır: “Ki­ta­bi-Də­də Qor­qud” Azər­bay­can xal­qı­nın mil­li sər­və­ti­dir. Bu əsərdə Azər­bay­can xal­qı­nın keç­miş hə­yat tər­zi, məi­şə­ti, psi­xo­lo­gi­ya­sı əks olunmuş­dur. Das­ta­nın qəh­rə­man­la­rı­nın ad­la­rı­nı Azər­bay­ca­nın çox­say­lı ya­şa­yış mən­tə­qə­lə­rin­də gör­mək olar... Əsər­də Oğuz eli ki­mi coğ­ra­fi məf­hum bü­tün Azərbay­can oğuz­na­mə­lə­ri­ni əha­tə edir.”
Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin “Də­də Qor­qud” dastan­la­rı əsa­sın­da çox­se­ri­ya­lı bə­dii te­le­vi­zi­ya fil­mi­nin çə­kil­mə­si haq­qın­da 28 dekabr 2013-cü il və “Ki­ta­bi-Də­də Qor­qud”un al­man di­li­nə ilk tər­cü­mə­si və nəşrinin 200 il­li­yi­nin qeyd edil­mə­si haq­qın­da” ve­ril­miş 20 fev­ral 2015-ci il ta­rix­li sə­rən­cam­ların ru­hun­da, ma­hiy­yə­tin­də mü­asir dövr­də azər­bay­can­çı­lıq fak­to­ru­nun əhə­miy­yə­ti mə­sə­lə­si üs­tün­lük təş­kil edir. Ye­ni döv­rün ədə­biy­yat si­ya­sə­ti öl­kə­miz­də uğur­la hə­ya­ta ke­çi­ri­lən mul­ti­kul­tu­ra­lizm və to­le­rant­lıq si­ya­sə­ti ilə da­ha da zənginləş­di­ril­miş­dir.
Azər­bay­ca­nın bir çox gör­kəm­li sə­nət­kar­la­rı ilə əla­qə­dar döv­lət təd­bir­lə­rin­də, o cüm­lə­dən Xalq şai­ri Bəx­ti­yar Va­hab­za­də­nin ana­dan ol­ma­sı­nın 90 il­li­yi haqqındakı 14 yan­var 2015-ci il ta­rix­li sə­rən­ca­mın­da da Ümummilli ide­al­la­rın diqqət mər­kə­zi­nə çə­kil­mə­si Pre­zi­dent İl­ham Əli­ye­vin ədə­biy­yat si­ya­sə­tin­də azərbay­can­çı­lı­ğın da­vam­lı xətt təş­kil et­di­yi­ni gös­tə­rir: “Bəx­ti­yar Va­hab­za­də Azərbay­can ədə­biy­ya­tı ta­ri­xi­nin xü­su­si möv­qe­yə ma­lik gör­kəm­li si­ma­la­rın­dan­dır. Sə­nət­ka­rın in­sa­nı da­im mə­nə­vi uca­lı­ğa səs­lə­yən poe­tik-fəl­sə­fi məz­mun­lu yaradıcılı­ğı mil­li poe­zi­ya­da və­tən­daş ru­hu­nun qüv­vət­lən­mə­sin­də və ədə­bi-ic­ti­mai fik­rin is­tiq­lal ide­ya­la­rı ilə zən­gin­ləş­mə­sin­də bö­yük rol oy­na­mış­dır.”
Ye­ni ta­ri­xi epo­xa­da gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­ye­vin ədə­biy­yat siyasə­tinə dair for­ma­laş­mış ənə­nə­ləri ar­dı­cıl ola­raq ya­ra­dı­cı şə­kil­də da­vam etdirilmək­də­dir. Öl­kə­miz­də ha­zır­kı şə­ra­it­də ad­lı-san­lı sə­nət­kar­la­rın döv­lət səviyyəsin­də yu­bi­ley­lə­ri­nin ke­çi­­ril­­mə­si, on­la­rın əsər­lə­ri­nin, san­bal­lı yu­bi­ley nəşrləri­nin ha­zır­la­na­raq ge­niş oxu­cu audi­to­ri­ya­sı­na təq­dim edil­mə­si bə­dii yaradıcılıq fəa­liy­yə­ti­nin da­ha da in­ki­şaf et­di­ril­mə­si­nə tə­kan ve­rir. Həm­çi­nin bö­yük xid­mət­lə­ri nə­zə­rə alın­maq­la ta­nın­mış ya­zı­çı­la­ra fəx­ri ad­la­rın, fər­di tə­qa­üd­lə­rin və ya­ra­dı­cı gənc­li­yin is­te­­dad­­lı nü­ma­yən­­də­­lə­ri­nə Pre­zi­dent mü­ka­fat­la­rı­nın ve­ril­mə­si də ulu öndər tə­rə­fin­dən əsası qoyulmuş yazıçı zəhmətinin və ədə­bi pro­­­se­sin stimullaş­­dı­rıl­ma­sı si­ya­sə­ti­nin konk­ret da­va­mın­dan iba­rət­dir. Bun­dan baş­qa, uzun il­lik fa­si­lə­dən son­ra pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Mü­ka­fa­­tı­­nın verilməsinin ye­ni­dən bər­pa edil­­mə­si də ədə­biy­yat si­ya­sə­ti sahə­sin­də­ki va­ris­li­yin əmə­li ifa­­­də­si­dir.
***
Ən ye­ni dövr Azər­bay­can ədə­biy­ya­tı­nın in­ki­şa­fın­da Ümummilli li­der Heydər Əli­ye­vin ədə­biy­yat si­ya­sə­ti­nin bö­yük ro­lu və tə­si­ri ol­muş­­dur. Gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­yev Azər­bay­can döv­lə­ti­nin ədə­biy­yat si­ya­sə­ti­nin ba­ni­si və ya­ra­dı­cı­sı­dır. Əs­lin­də, Azər­bay­can xal­qı­nın son əl­li il­də­ki ədə­biy­ya­tı Hey­dər Əli­yev epo­xa­sı­nın ədə­biy­ya­tı­dır. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev müs­tə­qil­lik döv­rü­nün ədə­biy­yatı haq­qın­da Hey­dər Əli­yev tə­li­mi­ni ye­ni müd­dəa­lar­la zən­gin­ləş­di­rə­rək ya­ra­dı­cı şə­kil­də in­ki­şaf et­di­rir. He­sab edi­rik ki, ən ye­ni dövr Azər­bay­can ədə­biy­ya­tı­nın qar­şı­sın­da du­ran bir mə­sul və­zi­fə də ye­­ni tarixi epo­xa­nın fo­nun­da gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­ye­vin mü­­kəm­­məl, hərtə­rəf­li şə­kil­də iş­lən­miş, cid­di ədə­bi-ta­ri­xi me­yar­la­ra ca­vab ve­rən ümu­mi­ləş­miş par­laq bə­dii ob­ra­zı­nı ya­rat­maq­dan iba­rət­dir.

Другие новости