Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Motherland be happy! - Elchin Mehraliyev

09-03-2023 [ 13:00 ] [ read:25 ]
printerA+ | A-
103152

     The Karabakh war, which has been going on for nearly thirty years, has not left an impact on our national literature as well as on all areas of our life, it has given birth to new literary trends and qualitative changes. Among them, bringing the subject of martyrdom to our literature and deepening the spirit of patriotism through this means is particularly noteworthy.

       This literary tradition, which was founded with the poem "Martyrs" (B.Vahabzadeh) and the collection of documentary essays "Martyrs" (R. Samandar), dedicated to the victims of the January 20 tragedy, has been continued for many years. The theme of martyrdom is treated at the most diverse levels and in the most diverse genres and forms. One of such forms is the preparation of collections of documentary essays on individual regions and cities in order to perpetuate the memory of the martyrs and create the chronicle of the war.

       Şair-jurnalist İlqar Boranoğlunun “Vətən müharibəsinin Ağdam şəhidləri” (Bakı, “AFPoliqraf”, 2023) sənədli oçerklər toplusunda (kitabın redaktoru şair-publisist Əli Həsən, ön söz müəllifi filologiya elmləri doktoru, professor Vüqar Əhməd) Müzəffər Milli Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı şücaətlə döyüşüb qəhrəmancasına şəhid olmuş Ağdam rayonunun qəhrəman övladlarından bəhs olunur. Yəni 53 şəhid haqqında 53 oçerk toplanıb bu kitabda. Müəllif Ağdamın Qarabağ müharibəsində ümumilikdə 6 635-dən çox şəhid verdiyini və onlardan 16 nəfərin  Milli Qəhrəman adına layiq görülməsini xatırlatmaqla həm də təqdim etdiyi kitabın Ağdam şəhidlərinə həsr olunmuş kitablar içərisində nə birinci, nə də axırıncı olduğunu vurğulamış olur.

        Sənədli oçerklər toplusu hazırlamaq fəxarətli bir iş olsa da, səbr, zəhmət, axtarış tələb edir. Müəllif Ağdam ərazisində deyil, həm də Bərdədə, Yevlaxda, Mingəçevirdə, Beyləqanda, Kürdəmirdə, İsmayıllıda, Qubada, Bakıda və Sumqayıt şəhərlərində yaşamış və dəfn  edilmiş  ağdamlı şəhidlərin ailələri, yaxınları, dostları ilə görüşməli olmuş, onların həyatı və döyüş yolu barəsində maraqlı məlumatlar  toplayıb yerli-yerində istifadə etmişdir.

       Müəllif vətən övladlarını qəhrəmanlığa, fədakarlığa vadar edən səbəbi ilk yazılarından açıqlayır:

       “Əsgər və zabitlərimiz bu günü 30 il idi ki, gözləyirdilər. Tökülən nahaq qanların, işğal altında qalan torpaqların həsrəti qisas hissini günbəgün alovlandırmışdı...

Nə olacaqsa, qoy olsun, təki Vətən sağ olsun! – deyirdilər.

       Bəli, onlar həmin oğullar idilər ki:

       - Torpaqlarımızı işğaldan-əsarətdən, özümüzü tənələrdən qurtaracağıq! – deyib döyüşə atılmışdılar. Nə xoş bizə ki, bir xalq kimi uşaqdan-böyüyə, əsgərdən-zabitə bir əqidə, bir amal  uğrunda Ali Baş Komandanın və Milli Ordumuzun ətrafında  birləşmişdik”.

        Və o, hər bir oçerkində öz qəhrəmanının portetini yaratmağa çalışır, bu məqsədlə  tərcümeyi-halından, tərbiyə aldığı mənəvi mühitdən, insani xarakter və xüsusiyyətlərindən söz açır.

        Kitabın maraqlı məziyyətlərindən biri bir Ağdam sakini kimi terror-təxribat, ölüm-itim hadisələrini gözü ilə görmüş müəllifin təsvirlərində inandırıcı olması və bir publisist kimi öz mövqeyini ortaya qoymasıdır. Belə hallarda oxucu müəllifi qəhrəmanları ilə bir cərgədə görür, onu daha diqqətlə “dinləmək” istəyir, düşmənə münasibətini daha aydın başa düşür.

      “Döyüşlərin ilk günlərində Ali Baş Komandan İlham Əliyev düşmən tapdağından qurtulan Madagizin adını dəyişdirib efirdən:

       -“Suqovuşan azaddır!” – demişdi.

        Bu xəbəri eşidən hər kəsin evində sanki toy-bayram olmuşdu. Əvvəllər bir-birini görməyən, tanımayan insanlar küçələrdə illərin həsrətliləri kimi bir-birinə sarılmışdılar.

        -Allah, qələbə sevinci nə gözəl bir hiss imiş, biz onu daddıq?! – deyib, hamı sevinirdi”.

     “Vətən müharibəsinin Ağdam şəhidləri” kitabını oxuduqca istər-istəməz düşünürsən:

   Müharibə ədəbiyyatını ağrısız  oxumaq olmur - qan, dağıntı, ölüm, fəlakət təsvirləri həyəcan, təəssüf  doğurur...

      Müharibə ədəbiyyatı həm də adamı sevindirir - Vətən oğullarının qəhrəmanlıq hekayətləri qəlbini qürur, iftixar hissi ilə çırpındırır, nə qədər ki, fədakar oğullarımız  var, Vətən basılmayacaq, bayrağımız enməyəcək, millət sınmayacaq – deyə düşünürsən...

        Müharibə gec-tez bitir, şəhidlər isə əbədiyyətə qovuşur, ədəbi qəhrəmanlara çevrilib yeni-yeni nəsillərə qəhrəmanlıq dərsi keçir: “Azadlıq mürəkkəblə yox, qanla yazılır!  Biz  də vətənə əsgər borcumuzu yerinə yetirdik! Şəhidlik vətənə məhəbbətin zirvəsidir! Təki Vətən sağ olsun!”

OTHER NEWS