Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Ilham Aliyev era - Academician Isa Habibbayli

05-01-2023 [ 12:12 ] [ read:57 ]
printerA+ | A-
102992

The President of the Republic of Azerbaijan, Commander-in-Chief Ilham Aliyev is an outstanding statesman who served his country and people with honor, and is also the leader of the world's Azerbaijanis. At the same time, President Ilham Aliyev is recognized as one of the world leaders on an international scale. The purposeful policy and steps taken by the President of the Republic of Azerbaijan are highly appreciated both in his country and among the world community. President Ilham Aliyev is an example of 21st century leadership in the international world.

In the face of our head of state, the unity of tradition and succession and modernization with strong political convictions appears as a visual embodiment of a new type of leadership. The essence of President Ilham Aliyev's conquest of the leadership pinnacle emerges with the realization of constant renewal by sticking to tradition, showing loyalty to the people, and taking decisive steps forward.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin möhkəm əsaslarını yaratmış Ümummilli Lider Heydər Əliyevin keçdiyi çətin və şərəfli yolu yüksək qiymətləndirməklə bərabər, həm də onun yaradıcı şəkildə inkişaf etdirməyin əsl örnəklərini nümayiş etdirir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində həyata keçirdiyi genişmiqyaslı Azərbaycançılıq siyasəti ilə xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlaması və müstəqillik dövründə ölkəmizi dağılmaqdan xilas etməsi Prezident İlham Əliyev üçün dövlətçiliyə və istiqlaliyyətə xidmət nümunəsi kimi qəbul edilir. O, böyük siyasətə və dövlət idarəçiliyinə cavan yaşlarında ikən görkəmli bir dövlət xadiminin böyük məktəbini keçərək gəlmişdir. Azərbaycan xalqının tarixinin ən məsuliyyətli anlarından biri sayılan qanlı 20 Yanvar hadisəsindən bir gün sonra Moskvadakı Azərbaycan daimi nümayəndəliyində Sovetlər İttifaqının rəhbərləri haqqında sərt bəyanatlar verərək doğma xalqını müdafiə edən Heydər Əliyevin yanında olması İlham Əliyev üçün əsl dövlət xadiminin ölkəsi və xalqı üçün bütün fədakarlıqları həyata keçirməklə qətiyyət nümayiş etdirmək baxımından dərs olmuşdur. Ümumiyyətlə, həyatının bütün məqamlarında görkəmli dövlət xadimi Heydər Əliyevin keçməkeşli və mənalı tərcümeyi-halının hadisələri və gedişlərini yaxından müşahidə etmək və dahi siyasətçini daha yaxından dinləmək imkanlarına malik olan İlham Əliyev, beləliklə, dünyaşöhrətli Heydər Əliyevin dövlətçilik məktəbindən keçərək böyük siyasətə gəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik istedadının bütün xüsusiyyətləri cəmləşmişdir. O, əsl lider üçün zəruri olan qətiyyətli və iradəlidir. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında çox düzgün qərarlar qəbul etmək qabiliyyəti vardır. İlham Əliyev yüksək siyasi hazırlığa və geniş dünyagörüşünə malikdir. O, dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat etmişdir. Qeyri-adi dərəcədə hazırcavab olması onun liderlik xüsusiyyətlərindən biridir. Nəhayət, xarici dilləri mükəmməl bilməsi və ən mötəbər kürsülərdə həmin dillərin daşıyıcılarından məntiqli çıxışlar etməsi ilə də o, dəfələrlə dünya dövlətlərinin liderlərini heyrətləndirmişdir. Əsl lider üçün əhəmiyyətli olan bu xüsusiyyətlərin Prezident İlham Əliyev üçün bacarıqla rəhbərlik etdiyi müstəqil Azərbayan dövlətinə və doğma xalqına xidmət göstərməyə həsr olunması onun dövlətçilik istedadının mahiyyətini meydana qoyur. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub, fəaliyyət sferasının tam əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyən edir. Bütün məqamlarda müstəqil qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi fərdi özünəməxsusluğunu əks etdirir.

Məhz liderlik üçün ən zəruri xüsusiyyətləri özündə cəmləşdirən bu dəyərlər İlham Əliyev fenomenini yaratmışdır. Özlərinin dövlət idarəçiliyi fəaliyyətində bir neçə sahəyə üstünlük verən tanınmış dövlət başçılarından fərqli olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. O, xarici siyasət məsələlərində də, ölkədaxili proseslərin bütün ana xətlərində də yüksək səviyyədə professionaldır. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm başçılıq etdiyi Azərbaycan Respublikasında qazandığı nailiyyətlərə, həm də bütün fəaliyyəti boyu nümayiş etdirdiyi yüksək siyasi-təşkilati qabiliyyətlərinə görə dünya liderləri sırasına çıxmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə on milyonluq Azərbaycan xalqının və həm də 50 milyondan çox dünya azərbaycanlılarının lideridir. Mohtərəm Prezidentimiz eyni zamanda dünyada beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan qüdrətli liderlərdən biridir. Hərtərəfli hazırlığa malik olması və müstəqil siyasət aparması onu dünya liderlərinin ön cərgəsinə çıxarmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası da lider dövlətlər sırasına çıxmışdır. Məhz Prezident İlham Əliyevin sayəsində həm ümumiyyətlə beynəlxalq münasibətlərdə, həm də regional siyasətdə Azərbaycan Respublikası əsas söz sahiblərindən biridir. Və ədalətli mövqeyinə, praqmatik baxışlarına, ümummilli mənafeləri digər xalqlar üçün də faydalı ola biləcək ümumi maraqlarla uzlaşdırmaq bacarığına görə Prezident İlham Əliyevin sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur. Azərbaycan Prezidentinin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasını çağırması və orada bəşəriyyəti narahat edən qlobal problemlərin dünya ictimaiyyəti tərəfindən müzakirə olunması Prezident İlham Əliyevin dövlət xadimi kimi yerini və miqyasını əyani şəkildə təsəvvür etməyə imkan yaradır.

Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə Azərbaycanı yenidən yaratması ilə nəticələnmişdir. Müstəqilllik dövründə yeni Azərbaycanın yaranmasının möhkəm təməlləri Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Lakin Prezident İlham Əliyev müstəqil Azərbaycanı bütün istiqamətlər üzrə yenidən qurmuşdur. Azərbaycan regionlarının inkişaf etdirilməsi siyasətinin memarı kimi o, müstəqillik qazanmış ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda sözün əsl mənasında şəhərlə kənd arasındakı fərqi aradan qaldırmışdır. Bu gün istənilən səviyyəli xarici qonaq Azərbaycanın regionlarına səfər etsə, heyrətini gizlədə bilməz. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri də artıq özünün bütün möhtəşəmliyi ilə İlham Əliyev erasının paytaxt şəhərinə çevrilmişdir. Bu gün dünyada Bakı şəhəri qədər sürətlə və planlı şəkildə, həm də fərqli memarlıq üslublarında inkişaf edən paytaxt şəhərləri tapmaq asan deyildir.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında şaxələndirilmiş iqtisadi inkişaf strategiyasının qəbul edilməsi və həyata keçirilməsi ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Azərbaycanın neft-qaz enerj sektoru ölkəmizin yenidən qurulmasına xidmət etməklə yanaşı, region dövlətlərinin və Avropanın iqtisadi inkişafına təsir edən əsas iqtisadi faktorlardan biridir. Bu gün Azərbaycan qədər öz məhsullarını Avropa bazarlarına rahatlıqla çıxara bilən ikinci bir neft ölkəsi göstərmək çətindir. Bünun əsas səbəbi isə ölkəmizin zəngin neft-qaz sərvəti ilə yanaşı, hətta bir qədər də çox Prezident

İlham Əliyevin düşünülmüş müdrik siyasəti ilə üzvi surətdə əlaqədardır. Dövlət başçımızın çox ağıllı siyasəti nəticəsində neft Azərbaycana həm iqtisadi, həm də çoxsaylı etibarlı dostlar və tərəfdaşlar qazandırmağa uğurla xidmət edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və atdığı addımlar Azərbaycanda neftdən asılı olmayan dövlət büdcəsinin formalaşdırılmasında mühüm amillərdən birinə çevrilmişdir. Beləliklə, iqtisadi sahədə də İlham Əliyev erası baş vermişdir.

Xarici siyasətdə Azərbaycan Respublikasının qazandığı mühüm nailiyyətlər ölkəmizin lider dövlətlər cərgəsində yerini qərarlaşdırmışdır. Dünyanın iknci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin böyük uğurla rəhbərlik etməsi bu ölkələrdən hər birinin həyatında yeniləşmələrin və inkişafın baş verməsi ilə nəticələnmişdir. İkincisi isə, İlham Əliyevin rəhbərliyi dövründə dünya siyasətində Qoşulmama Hərəkatının rolu, mövqeyi, imkanları müstəsna dərəcədə artmışdır. Qoşulmama Hərəkatı ölkələri bu tarixi mərhələdə seyrçi, müşahidəçi ölkələrdən Birləşmiş Millətlər Təşkilatının qərarlarına təsir etmək imkanlarına malik olan aktiv dövlətlər sırasına çıxmışdır. Azərbaycan Respublikasının BMT-də, Avropanın beynəlxalq təşkilatlarında tutduğu yüksək mövqe Prezident İlham Əliyevin müstəqil siyasətinin mühüm nəticələridir. Şanxay Əməkdaşlıq Təşkilatına doğru atılmış addımlar, xüsusən 2022-ci ildə baş tutmuş Səmərqənd görüşləri Azərbaycan Respublikasının dünyanın Asiya siyasətində də fəal rol oynayacağını göstərir. Türk Dövlətləri Təşkilatında Türkiyə Cümhuriyyəti ilə birlikdə Azərbaycanın tutduğu mövqe Prezident İlham Əliyevin liderlik istedadının daha bir parlaq göstəricisidir. Azərbaycan-Türkiyə münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dahiyanə şəkildə müəyyən etdiyi "Bir millət-iki dövlət" formulu əsasında qətiyyətlə inkişaf etdirilərək Müttəfiqlik Bəyannaməsinin qəbul edilməsinə qədər inkişaf etdirilməsi İlham Əliyev erasının böyük nailiyyətlərinin möhürüdür.

Şanlı Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının çoxəsrlik tarixində qazandığı ən böyük qələbədir. Azərbaycanın əzəli-əbədi torpaqları olan qədim Qarabağın 30 illik işğaldan sonra azad edilməsi qətiyyətli lider kimi qəbul olunan Prezident İlham Əliyevin "dəmir yumruğ"unun nələrə qadir olduğunu dünyaya nümayiş etdirmişdir. Qarabağ Zəfəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin liderlik istedadının daha parlaq bir ifadəsi kimi də mühüm əhəmiyyətə malikdir. Ordunu və xalqın bütün təbəqələrini "dəmir yumruq" ətrafında birləşdirməsi İlham Əliyev liderliyinin parlaq təcəssümüdür. Prezident İlham Əliyevin müəllifi olduğu Böyük qayıdış Azərbaycanın çoxəsrlik tarixində ən böyük dövlət proqramıdır. Böyük Qayıdış Proqramının böyük uğurla həyata keçirilməsi Azərbaycanın içində yeni bir Azərbaycanın yaradılması, nəticə etibarilə ölkəmizin ərazi bütövlüyü şəraitində tam olaraq inkişaf etdirilməsi deməkdir. Cənab Prezidentin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanın regionlarına və o cümlədən Qarabağa səfərləri hər dəfə respublikamızın inkişafında yeni bir parlaq səhifənin yazılması ilə nəticələnir. Bir sözlə, tarixi Qarabağ Zəfəri və Böyük qayıdış hərəkatı İlham Əliyev erasının zirvəsidir.

Hazırda Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə Zəngəzur dəhlizinin açılması, Laçın koridorunun işə salınması, Ermənistanla sülh müqaviləsinin imzalanması kimi beynəlxalq əhəmiyyətə mailk olan mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə həm ölkə daxilində və həm də dünya miqyasında məqsədyönlü iş aparılır. İlham Əliyev eyni zamanda dünya azərbaycanlılarının haqları və hüquqlarının müdafiə olunması sahəsində də düşünülmüş bir siyasəti uğurla həyata keçirir. Möhtərəm Prezidentimizin Azərbaycançılıq idealına xidmət sahəsindəki çoxcəhətli və yorulmaz fəaliyyəti müstəqil dövlətimizin sabahkı inkişafının ən böyük təminatıdır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil ölkəmizdə şəffaf və ədalətli bir cəmiyyət yaratmaq istiqamətində həyata keçirdiyi tədbirlər xalqımızın daha xoşbəxt həyatının təmin edilməsinə və dövlətimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

İlham Əliyev erası Azərbaycan Respublikasının hərtərəfli inkişafının və böyük gələcəyinin strategiyası və taktikasını müəyyən edir.

İlham Əliyev erası dünəndən bu günə və daha işıqlı sabahlara gedən magistralların lokomotividir.

İlham Əliyev erası - tarixi zəfərlər, möhtəşəm nailiyyətlər və böyük gələcək erasıdır.

Azərbaycan xalqı yeni tarixi eranın yaradıcısı və daha böyük gələcəyin qüdrətli təminatçısı olan Prezident İlham Əliyevə borclu və minnətdardır.

“Azərbaycan” qəzeti