Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

ARTICLES

Badirkhan Ahmadov. Azerbaijan-China literary relations in Iron Silk Way

25-12-2017 [ 10:48 ] [ read:236 ]
printerA+ | A-

Bu il Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın dünya kontekstində yeni inkişaf potensialını ortaya qoymuş oldu. Bu həm də tarixi İpək yolunun yeni mərhələdə uğurlu davamıdır. Çinin də başlatdığı və tarixi İpək yolunun davamı olan "Bir kəmər, bir yol" layihəsi vardır. 
Bakı-Pekin layihələri tarixi ənənəyə əsaslanaraq yeni dünya düzənində hər iki ölkənin müasir siyasətdə yerini bəlirləyir, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Dünyanın ən böyük dövlətlərindən biri olan Çinin bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri Azərbaycanın da çağdaş siyasətinə tamamilə uyğun gəlir. Əslində, bu əlaqələrin tarixi ümummilli lider Heydər Əliyevin 1994-cü il 7-10 mart tarixlərində Çinə rəsmi səfəri ilə yeni mərhələyə daxil oldu. Heydər Əliyev Azərbaycan-Çin dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyindəndir ki, bu səfərdə ölkələr arasında səkkiz müqavilə imzalandı. Sabit və sağlam əsasda inkişaf edən həmin əlaqələr bu gün də davam edir; Prezident İlham Əliyevin 2005-ci il martın 17-19-da, 2015-ci il dekabrın 8-11-də Çinə rəsmi səfərləri iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirdi. Bu müddət ərzində Bakı ilə Pekin arasında bütün sahələrdə əməkdaşlıq genişləndi. Bu siyasi, iqtisadi əlaqələr qədim tarixi ilişgilərə malik Azərbaycan-Çin mədəni, ədəbi, elmi əlaqələrinin də inkişafını
şərtləndirdi.

Ardını oxumaq üçün: bura tıkla.

OTHER NEWS