Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Literary journalism-2023 - Vugar Ahmed

19-07-2024 [ 13:57 ] [ read:9 ]
printerA+ | A-

Azərbaycanın ədəbi-bədii və ictimai-siyasi fikir tarixində publisistikanın əhəmiyyətli yer tutmasını yaşanılan dövrün gerçəkləri, çoxsaylı sənət və mədəniyyət nümunələri, faktları, jurnalistikaya dair zəngin arxiv sənədləri əsaslı şəkildə təsdiqləməkdədir. Publisistika tarixinin araşdırılması göstərir ki, onun inkişafında dövrün təfəkkür sahiblərinin - görkəmli tənqidçi, filosof, tarixçi və ədəbiyyatşünaslarının böyük xidmətləri olmuşdur. Ədəbiyyatımızda publisistikanın ilk nümunələrinə hələ M.F.Axundzadə, H.B.Zərdabi və N.B.Vəzirov qələmə aldığı məqalələrdə rast gəlirik. Bununla belə, Azərbaycan publisistikasının istər mövzu-problem və ideya məzmun, istərsə də sənətkarlıq baxımından çiçəklənməsi, XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə ictimai-siyasi şəraitin mürəkkəbləşməsi, milli oyanış və milli müqəddərat uğrunda mübarizələr, rus inqilabları, I Dünya müharibəsi kimi ciddi amillər dövrün zəka sahibləri qızğın müzakirələrə sövq edir, "Kaspi", "Şərqi-Rus", "İrşad", "Tərəqqi", "Molla Nəsrəddin", Füyuzat", "Həyat" kimi qəzet və jurnallardan istifadə etməklə xalq kütlələrinin həyatında, güzəranında baş verən tarixi-siyasi hadisələrə münasibət önə çəkilir, bir küll halında bu yaşantıların səbəb və nəticələri ictimai-siyasi həyatın axarında verilir. Həmin illərdə C.Məmmədquluzadə, N.Nərimanov, Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli və başqaları zamanın və cəmiyyətin aktual problemləri ilə yüklənmiş siyasi, bədii və elmi publisistikamızın gözəl nümunələrini yaratmışlar.

Azərbaycan Yazıçılar Birliyinin mətbu ədəbi orqanı olan "Ədəbiyyat qəzeti" ilə Ədəbi proses yaradıcılıq müşavirəsinin təşkilatçıları və iştirakçıları arasında baş tutmuş etibarlı dialoq geniş mənada, Ədəbiyyat İnstitutu ilə "Ədəbiyyat qəzeti" arasında yaradıcılıq əlaqələrinin ardıcıl xarakter almasına səbəb olmuşdur. Artıq neçə illərdir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının ən yeni və maraqlı elmi axtarışlarından ibarət olan məqalələri "Ədəbiyyat qəzeti"ndə dərhal çap olunaraq elmi-ədəbi ictimaiyyətə çatdırılır.

"Ədəbiyyat qəzeti" bu gün müstəqillik dövrümüzün ədəbi panoramını yaradır, milli ədəbi prosesə orijinal töhfələr verir; Azərbaycanın strateji mövqe və maraqlarına, tarixi gerçəkliklərinə layiqli xidmət nümunəsi göstərir. Bu, tarix yaradan və tarixə yazılan xidmət, ədəbi və əbədi xidmətdir. Qəzetdə xalq yazıçılarımızdan Anar, Elçin, Sabir Rüstəmxanlı, Elmira Axundova, akademiklərdən İsa Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, Rafael Hüseynov, Muxtar İmanov, tənqidçi-ədəbiyyatşünaslardan Vaqif Yusifli, Cavanşir Yusifli, Sona Vəliyeva, Bədirxan Əhmədli, Rüstəm Kamal, Elnarə Akimova, Gülbəniz Babayeva, Əsəd Cahangir kimi imzalar tez-tez çıxış edir.

"Ədəbiyyat qəzeti"nin 6 may 2023-cü il sayı ümummillilLider Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur.

Qəzetin səhifəsində Yaşar Qarayev - "Müstəqillik dövrünün milli öndəri" Anar - "Qalib gəldi, qalib getdi", Çingiz Abdullayev - "Bütün zamanların siyasətçisi", Elçin - "O bir məktəb idi...", İsa Həbibbəyli - "Heydər Əliyevin böyük ədəbiyyat siyasəti, "Ulu Öndərə heyran olmamaq mümkün deyildi", Azər Turan - "Turan əfsanəsi", Elnarə Akimova - "Heydər Əliyevin gücü - Cavidanə bir eşq ilə", Nəriman Həsənzadə - "Rəhbərin "Ədəbiyyat qəzeti"nə tövsiyələri", Nizami Cəfərov - "Ümummilli Liderin sözləri", Hüseynbala Mirələmov - "Tarixin yüz anı...", Tehran Əlişanoğlu - "Müstəqillik dövrü nəsrində Heydər Əliyev", Südabə Ağabalayeva - "Şəxsiyyətin zamanı", Qulu Ağsəs - "Heydər Əliyev və müasir ədəbiyyat", İmir Məmmədli - "Şərəfli anlar", İftixar Piriyev - "Xoş anların xatirəsi", Xeyrəddin Qoca - "Heydər Əliyevin işığı", Səyyad Aran - "Ən böyük Azərbaycan sevdalısı", Gülbəniz Babaxanlı - "İki əbədiyyət: Heydər Əliyev və Hüseyn Cavid", Aygün Bağırlı - "Ədəbiyyata həyatdan gələn qəhrəman", Təyyar Salamoğlu - "Ümummilli Liderin Nəriman Nərimanovu müdafiə sisteminin görünən və görünməyən tərəfləri", Vaqif Yusifli - "97-ci ilin bir payız günü..." məqalələrində böyük şəxsiyyətin obrazı yaradılır, xalqın tarixi taleyində xidmətləri önə çəkilir.

Akademik İsa Həbibbəylinin məqalələri bu baxımdan diqqəti xüsusilə cəlb edir. Bu silsilədə yer alan " Ədəbi prosesin inkişaf dialektikası və Böyük Qayıdış" (16.07.2023), "Heydər Əliyevin böyük ədəbiyyat siyasəti" (11 may 2023), kimi yazılarında Azərbaycan Prezidentinin xalqının strateji maraq və mövqelərini dəstəkləyərək beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyünə toxunulmadan həlli variantına üstünlük verməsi diqqət mərkəzinə çəkilir.

Akademik İsa Həbibəylinin, həmçinin il ərzində, ən müxtəlif mövzularda dərc etdirdiyi yazıları "Yeni tarixi mərhələ: Reallıqlar və çağırışlar", (02.10.2023), "Nuhçıxandan Naxçıvana", (09.02.2023), "Qədim diyarın müasir inkişaf konsepsiyası" (21.06.23), alim-publisistik qələmlə ən müxtəlif mövzularda yeni baxış və münasibət sərgiləmək bacarığı haqqında yetərincə təsəvvür yaradır.

"525-ci qəzet"in 16 noyabr sayında Əli Əmirlinin araşdırması - "Heydər Əliyev obrazı Azərbaycan dramaturgiyasında"; "Heydər Əliyev sözün gücünə və müdrikliyinə inanırdı", Nərmin Eminlinin "Ulu öndər Heydər Əliyev Azərbaycanımızın qurucusudur", Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəbir Hüseynovun "Böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev-100", Anar Qasımovun qeydləri "Yaxın Şərq: yeni dünya düzəninin əsas müharibə meydanı"; "...Yaşayacaq o dağların eşqinə" - Unudulmaz Qənbər Şəmşiroğlu hər zaman böyük ehtiramla xatırlanacaq; "Laçına Qayıdışın sonsuz sevinci" - 30 ildən sonra laçınlılar doğma yurdlarına böyük ruh yüksəkliyi ilə dönürlər; Allahşükür Qurbanov Xalq şairi Sabir Rüstəmxanlının "Ömür kitabi" haqqında - "Vətən və millət dastanı" kimi çoxçeşidli, sənətkarlıq baxımından bir-birindən maraqlı yaradıcılıq nümunələri ilə tanış oluruq.

Çağdaş ədəbiyyatşünaslıq elminin böyük yaradıcılarından biri, akademik İsa Həbibbəylinin elmi düşüncəmizi hədəflərə doğru yönəldən və bununla da qəzeti rövnəqləndirən qlobal mahiyyəti ilə fərqlənən, konseptual məqalələri elmi ictimaiyyətdə sonsuz maraq doğurur.

 

***

"Maarif və mədəniyyət" adı ilə nəşrə başlayan "Azərbaycan" jurnalı müxtəlif illərdə "İnqilab və mədəniyyət" (1928-1936), "Revolyusiya və kultura" (1936-1941), "Vətən uğrunda" (1941-1946), yenidən "İnqilab və mədəniyyət" (1946-1952) adları altında nəşr olunub. 1953-cü ildən isə jurnal "Azərbaycan" adlanır. Keçən 85 ildə Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi bu jurnalda əksini tapıb.

Jurnalın 2023-cü il mart buraxılışında görkəmli ədib, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş yazılar yer alıb. Jurnal Kərim Tahirovun "Ədəbiyyatda romantizm" əsərinin yeni nəşrinə" , Vaqif Yusiflinin 75 illiyinə, Şirindil Alışanlının "Yarım əsr ədəbi prosesdə", Nərgiz Cabbarlının "Söz" adlı gözəlin əsiri oldu" adlı məqaləsi ilə açılır. "Azərbaycan" jurnalının 100 illiyi münasibətilə Nəriman Həsənzadənin "Yüksək ədəbi tribunam!", Südabə Ağabalayevanın "Yüz ilin birinciləri - Mustafa Quliyev" adlı məqalələri ilə oxucular bu sayda tanış ola bilərlər.

2023-cü il üzrə ədəbi dərgilər arasında "Xəzan" ədəbi-bədii jurnalı xüsusilə seçilir. Hər nömrədə "Redaktor guşəsi"ndə verilən məqalələr, sanki ədəbiyyat adına baş verənlərə işıq tutmaq rolunu oynayır. Baş redaktor Əli bəy Azərinin "AYB dilimizin müdafiəsinə qalxdı", "Ədəbiyyatın mətbuatla vəhdəti", "Ədəbiyyatda dil problemi", "Azərbaycan ədəbiyyatının rusdilliləri", "Xaqani hücrəsində görüş" kimi məqalələrində, sanki "Xəzan" jurnalında əsərləri dərc olunan müəlliflər və oxucular üçün bir istiqamət cizgilənir. Jurnalın iki ayda bir dəfə çapı nəzərdə tutulub. Cəmisi 43 müəllifin 60-dan çox məqaləsi dərc olunub. Onlardan Elnarə Akimovanı, Vüqar Əhmədi, Zaur Ustacı, Əyyub Türkayı, İbrahim Yusifoğlunu, Hacıməmməd Məmmədovu, Ələsgər Talıboğlunu, Kirman Rüstəmlini, Şahnaz Şahini, Elvin İntiqamoğlunu, Leyla Səfərovanı, Ələddin Allahverdiyevi, Əhməd Haqsevəri, Sədaqət Əliyevanı, Dilbər Rzayevanı, Kifayət Məmmədovanı, Nəzakət Cavadovanı və başqalarının adını çəkmək olar. Adıçəkilən müəlliflər Azərbaycanın müxtəlif guşələrində, hətta ölkənin hüdudlarından kənarda yazıb-yaradan adamların yaradıcılıqları haqda, ümumiyyətlə, ədəbiyyatşünaslığa və publisistikaya dair məqalələri Azərbaycan ədəbiyyatında ümumi mənzərə cızmaqla ədəbi prosesə öz töhfələrini yetirmişdir. Bu sahədə müstəqil ədəbi dərgilər üzrə "Xəzan" ədəbi-bədii jurnalı redaksiya heyətinin işini təqdirəlayiq hal kimi qiymətləndirmək mümkündür.

"525-ci qəzet", "Kredo", "Ədəbiyyat qəzeti" və bəzi adlarını çəkmədiyimiz qəzetlərə oxucu marağı yüksələn xətt üzrə inkişaf edir. Bu qəzetlər içərisində "Kredo" öz dəsti-xətti ilə seçilir. Bu gün "Kredo" mətbuat aləmindəki problemlərlə çiyin-çiyinə dayanaraq dözüm, iradə və cəsarət nümayiş etdirir. Onun səhifələrində Azərbaycanın mədəni quruculuğunun, sosial həyatının hər sahəsinin izi var.

Qəzet 2023-cü il ərzində Vaqif Yusifli, Vüqar Əhməd, Baba Babayev, Əlirza Xələfli, Qulu Məhərrəmli, Elman Eldaroğlu, Təyyar Salamoğlu, Əli Rza Xələfli, Şəddat Cəfərov, Sevindik Nəsiboğlu, Gülbəniz Babayeva, Şakir Albalıyev, Tamara Rüstəmova kimi onlarla müəllifin müxtəlif mövzularda publisistik məqalələrini dərc etmişdir. Həmin yazılardan bir qismi mövzu-problem ətrafında araşdırma və fikiryürütmə orijinallığı, mövcud problemlərin həllini qabartmaq  məramı ilə maraq doğurur. Məsələn, Gülbəniz Babayevanın Vüqar Əhmədin 60 illik yubileyinə həsr olunmuş "Sözümüzün cəfakeşi", Qürbət Mirzəzadənin "Tənqidçi ehtirası ilə müasirlik meyar olanda", Şakir Albalıyevin "Azsaylı xalqların folkloru", Elman Eldaroğlunun "Böyük Yolun üstündə", Təyyar Salamoğlunun "Əsrin ədəbiyyatı ümummilli liderin analitik siyasi və ədəbi düşüncəsində", Sevindik Nəsiboğlunun "Qəhrəman xalqın qəhrəman oğlu" yazıları diqqəti cəlb edir.

Mütəmadi olaraq "Kredo"nun səhifələrində ordu quruculuğunu, döyüşən zabit və əsgərləri, vətənpərvərliyi və qəhrəmanlığı vəsf edən məqalə, hekayə və şeirlərlə yanaşı, publisistik yazılar da dərc olunur.

"Kredo" qəzetinin 12 sentyabr 2023-cü il tarixli sayında Sevindik Nəsiboğlunun "Möhtəşəm Zəfərin nişanəsi Ulu Naxçıvanımda", iqtisadiyyat üzrə fəlsəfə doktoru Şəddat Cəfərovun "Səvavinin şəhidlik nəğmələri" bu qəbildən olan yazılardır.

Qəzet 2023-ci ildə Vüqar Əhmədin, Baba Babayevin, Əlirza Xələflinin, Qulu Məhərrəmlinin, Şəddat Cəfərov, Sevindik Nəsiboğlu, Gülbəniz Babayeva, Şakir Albalıyev, ən müxtəlif mövzularda publisist məqalələrini dərc etmişdir. Qəzetin oktyabr sayında Əli Rza Xələflinin 70 illiyi münasibətilə Sərvaz Hüseynoğlunun "Böyük çöldən əsən yellər", Vaqif İsaoğlunun "Sözə bükülmüş şair ürəyi", Elçin Mehrəliyevin "İnsana sevgi ruhunda" və bir çox məqalələr qəzetdə yer alır.

29 sentyabr 2023-cü il tarixli sayında qəzetin ilk səhifəsində şair-publisist Əli Rza Xələflinin mərhum millət vəkilimiz Qənirə xanım Paşayevanın əziz xatirəsinə həsr etdiyi "Yerin ulduzu getdi" adlı təsirli şeiri dərc olunmuşdur. Şeirdə Qənirə xanımın bədii obrazının yaradılmasında publisistik çalarlar da özünü qabarıq nümayiş etdirir.

Beləliklə, yuxarıda adları çəkilmiş qəzet və jurnalların hər birinin nəzəri-estetik keyfiyyəti və ictimai-mədəni təyinatı əsas götürülmüş, ümumiyyətlə milli publisistik fikrin inkişaf tarixində və müstəqillik dövründə bu sahənin ideya-estetik prinsipləri müəyyənləşdirilir, yeni dövrdə onun mövzu dairəsi, ideya-bədii istiqamətləri haqqında əyani təsəvvür yaradılır.

OTHER NEWS