Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Great leader and amazing memories: Gazanfar Pashayev

04-04-2024 [ 11:56 ] [ read:11 ]
printerA+ | A-

The order issued by our honourable President in commemoration of the 530th anniversary of the genius Fuzuli attests to the eternal path of our great leader Heydar Aliyev and enhances our devotion to our President. This order reminds me of the bittersweet events that occurred 30 to 35 years ago on the eve of Fuzuli's 500th anniversary. Western powers decided to punish the Republic of Iraq for nationalising oil so that other Arab countries might view it. The nation was so heavily blockaded that Iraq was unable to sell its oil, which is as essential to other countries as air and water.For this reason, he chose to shutter embassies in other countries, including Azerbaijan. 

Yadıma Filarmoniyada Yazıçıların qurultayının keçirildiyi gəldi. Qurultayın başlamasına az vaxt qalırdı. Təəssüflə ürəyimdən keçirirdim: "Bu qurultayımız Heydər Əliyevsiz keçirəcəyimiz yeganə qurultay olacaq". Elə bu vaxt kimsə arxadan qışqırdı: "Heydər Əliyev gəlir!" (Ulu öndərimiz Moskvada çox yüksək vəzifədən işdən çıxandan sonra M.Qorbaçov qorxduğundan onun Azərbaycana dönməyinə əngəl törədirdi. Sovet quruluşu çökəndən sonra Heydər Əliyev əvvəlcə Naxçıvana, sonra isə xalqın tələbi ilə Bakıya gəlmişdi). Hamı ayağa qalxıb sürəkli alqışlarla həmişə yazıçıların dayağı olmuş bu görkəmli şəxsiyyəti layiq olduğu səviyyədə qarşıladı. Nəhayət Heydər Əliyev əlini qaldıraraq sakitləşməyi xahiş etdi. Yazıçılar Birliyinin sədri Anar Ulu öndəri Rəyasət Heyətinə dəvət etdi. Heydər Əliyev: "Anar, mən oradan zala çox baxmışam. Bu dəfə zaldan Rəyasət Heyətinə baxmaq istəyirəm" - deyərək bir boş yerdə əyləşdi.

Şair Məmməd Aslan başda olmaqla bir qrup dayanmadan qışqırdı: "Heydər Əliyev Rəyasət Heyətinə dəvət olunsun!"

Anar müəllim dedi ki, Məmməd, sakit olun! Qərar Heydər Əliyevindir.

Qurultayın gedişində son aylar Füzulinin mavzoleyinin sökülməsi və qəbrin düzəldilməsi barədə mətbuatda yer alan söz-söhbətə də toxunuldu. Bəziləri tələb edirdi ki, Füzulinin nəşi Azərbaycana gətirilsin. Onlar dövləti fəaliyyətsizlikdə günahlandırırdı. Heydər Əliyev dedi ki, əvvəla, bu, çox çətin məsələdir. Məlumdur ki, Füzuli İraqda anadan olub, orada yaşayıb-yaradıb, orada da dünyasını dəyişib. O, İraq şairi kimi tanınır. Bu işə dövlətin qarışması münasib deyil. Siz yazıçılar, ziyalılar, alimlər müraciət edə bilərsiniz...

Müraciət forması üzərində qızğın mübahisələr başladı. Hər ağızdan bir avaz çıxırdı. Mübahisəyə Heydər Əliyev qarışmalı oldu: "Bu işi Teymur  Əliyev (şair Teymur Elçin) yaxşı bilir. O buradadırmı?"

Teymur Əliyev ədəb-ərkanla ayağa qalxıb: "Bəli, Heydər Əliyeviç, burdayam!"

Teymur müəllim elə bir müraciət forması irəli sürdü ki, kimsə etiraz etmədi.

Qurultay gözəl ab-hava şəraitində keçdi.

Heydər Əliyevi uzun sürən sürəkli alqışlarla yola saldıq. Mənə görə bu, ən yaxşı qədirşünaslıq əlaməti idi.

Vaxt keçdi. Çox sular axdı.

İraq səfirliyinin bağlanmasına görə də məsləhət görüldü ki, İraq Prezidentinə ziyalılar müraciət etsin. Səfirlik və ziyalılarımızla əlaqə uzun müddət İraqda işləmiş bir adam kimi mənə həvalə olunmuşdu.

Müraciətimiz İraq Prezidentinin çox xoşuna gəlmişdi. İraq səfirliyi Azərbaycanda fəaliyyətini davam etdirdi.

Ulu öndərimiz dəyirmanda un, tabaqda çörək, xəzinədə pul çox az olan bir vaxtda, 1994-cü ilin sentyabrında 128 nəfərdən ibarət nümayəndə heyətinin Füzulinin 500 illik yubileyində iştirak etmək üçün avtobuslarla İraqa getməyinə göstəriş verdi (İnanılası deyil, 2 noyabrda Ankaraya Füzulinin yubileyinə Heydər Əliyevin təyyarəsində getdik).

İraq tərəfi ölkə blokada şəraitində olsa da, nümayəndə heyətini məmnuniyyətlə qəbul etdi. Bizə hər cür şərait yaradıldı.

Füzulinin anadan olmasının 530 illiyini qeyd etdiyimiz bu günlərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində arxivimdə saxlanılan, ziyalılarımızın həmin tarixi müraciətinin maraqlı və əhəmiyyətli olacağını nəzərə alaraq oxuculara təqdim edirəm.

 

İRAQ RESPUBLİKASININ PREZİDENTİNƏ

 

Möhtərəm Prezident!

Azərbaycan və İraq ölkələrini, xalqlarını və mədəniyyətlərini müştərək ədəbi-elmi və dini-mənəvi əlaqələrin min illik tarixi və ənənəsi, böyük Füzulinin müqəddəs türbəsi, iraqlı türkmanların təkrarsız şifahi söz sərvəti birləşdirir. Məhz həmin əlaqələrin müasir dövrdə daha da genişlənməsində, eləcə də Azərbaycan-İraq Dostluq Cəmiyyətinin yenidən təşkilində İraqın Bakıdakı səfirliyi böyük rol oynamışdır.

YUNESKO-nun qərarı ilə 1994-cü il "Füzuli ili" elan olunmuş və bütün mütərəqqi bəşəriyyət İraq və Azərbaycan üçün eyni dərəcədə doğma olan dahi mütəfəkkir və şair Məhəmməd Füzulinin anadan olmasının 500 illiyini geniş qeyd edir.

Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində çox mühüm hadisə olan bu yubiley münasibətilə Bağdadda və Bakıda Füzuliyə həsr olunmuş ədəbi-elmi konfranslar keçirilməsinə, dahi şairin məzarını ziyarətə, ümumiyyətlə qarşılıqlı ədəbi-mədəni əlaqələrimizin daha da genişlənməsinə, intensiv şəkil almasına ehtiyac var. Belə bir vaxtda İraqın Bakıdakı səfirliyinin bağlanması barədə aldığımız xəbər Azərbaycanın yazıçı və şairlərini, ümumən ziyalılarını olduqca məyus etmişdir. Bizə məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlər, ədəbi-mədəni-dini təşkilatlar Səfirliyin öz fəaliyyətini davam etdirməsi üçün maddi kömək göstərməyə hazırdırlar.

Möhtərəm Prezident!

Qardaş İraq torpağında müqəddəs Kərbəlada uyuyan dahi Füzulinin 500 illik yubileyinin xalqlarımızın arzusuna münasib keçirilməsi, ədəbi-elmi-mədəni əlaqələrimiz tarixində yeni bir səhifə yazılması naminə bu sahədə mühüm işlər görə biləcək Səfirliyin bundan sonra da fəaliyyətini davam etdirməsinə kömək göstərməyi Sizdən xahiş edirik.

Dərin hörmətlə,

Azərbaycan ziyalıları adından: Mikayıl Abdullayev, Anar, Vaqif Aslanov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Ayaz Vəfalı, Yaşar Qarayev, Tofiq Quliyev, Vasim Məmmədəliyev, Bəkir Nəbiyev, Kamil Nərimanoğlu, Qəzənfər Paşayev, Nurəddin Rzayev, Sabir Rüstəmxanlı, Eldar Salayev, Nəbi Xəzri.

Bakı şəhəri, 22 aprel, 1994

OTHER NEWS