Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Vagif Yusifli‘s perspective on Nurangiz Gün‘s innovation - Elnara Garagözova

25-01-2024 [ 12:45 ] [ read:10 ]
printerA+ | A-

I have a book in front of me: "Nurangiz Gün, the white flower of our poetry". Author: master-critic, doctor of philological sciences Vagif Yusifli. Vagif Yusifli's critic identity has long been established at the master stage. And Nurangiz Gün is a poet who has been honored by God for extraordinary creativity and for carrying the light of the spiritual world inside and outside! Femininity, motherhood, tenderness, emotion, compassion, love flow like a flood in her creations, and the desire to fall prostrate in front of poetry bursts from the hearts of those who read her poems. A work like "Khojali Symphony" could have been written by a sensitive poet like Nurangiz Gun, who had strong motherly and feminine feelings, and he could feel the depth of pain and sorrow of his people. Academician Isa Habibbeyli, the author of the Preface of this valuable monograph, writes about the poetess who treats humanity and the world with motherly feelings in her work, who looks at people with the eyes of her heart: "Nurangiz Gun is characterized in the 20th century Azerbaijani literature as an artist with a national thought, a thoughtful citizenship position and a unique poetic style. "She is our patriotic female poet who managed to say great citizenship words in her gentle Mother's voice."

Vaqif Yusifli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Sənətkarın elmi pasportu" seriyasından dərc olunan monoqrafiyasında məhz şairənin Azərbaycan poeziyasındakı yerini, missiyasını müəyyənləşdirmək məqsədini qarşıya qoymuşdur: "Nurəngiz Gün dillər əzbəri olan bir şeirinin sonunda yazır: "Yol gedirəm, yol olanadək" - əslində Nurəngiz Günün yaradıcılığı və onun şair şəxsiyyəti Azərbaycan ədəbiyyatında ayrıca yoldur. Mən bu yolun izinə düşdüm. Pəncərəsindən üzü Günəşə boylanan bir həməsrimin necə günəşləndiyinin, dünyaya, insanlara necə nur saçdığının şahidi oldum".

Ədəbiyyatda maraqlı tendensiyalardan biri də şairlərin zamanla nəsrə meyil etməsi, nəsrdə qələmini sınamağa cəhd etməsidir. Nurəngiz Gün ədəbi aləmə "Tanrı bəşər övladıdır" adlı povesti ilə gəlmişdi. Qadın taleyini digər povestinin - "Qırmızı gecə"nin də leytmotivinə çevirən Nurəngiz Gün 1984-cü ildə "Yeni səslər" poeziya almanaxında oxucu qarşısına tam yeni bir kimlikdə çıxdı: asan görünsə də, əslində çox çətin olan bir vəzndə - sərbəst vəzndə şeirlər müəllifi şairə Nurəngiz Gün. Vaqif Yusifli şairənin sağlığında qələmə aldığı, bu monoqrafiyanın isə "birinci sözü" kimi verdiyi məqaləsində Nurəngiz Günün nəsrdə qabil olduğunu tənqidçi meyarı ilə vurğulayaraq yazır: "Amma çox keçmədən ruhunuzdakı şeiriyyət sizi poeziyaya çəkdi. İlk oxunuşda bu şeirlər mənə qəribə təsir bağışladı. Bunlar şeirdən çox, duaya bənzəyirdi. Və şeirdən çox, çiçəklərin üsyanına bənzəyirdi. Çiçək yağışı idi o şeirlər". Tənqidçinin poetik kimliyin proza üzərində qələbə çalmasının səbəblərini əsaslandırdığı, yeni şair imzasının özünəməxsusluğunu vurğuladığı bu fikirlərinin doğruluğu sonralar şairənin yaradıcılığında dəfələrlə təsdiqləndi.

"Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün" monoqrafiyasında Vaqif Yusifli şairənin poetik dünyasını müxtəlif aspektlərdən, baxış bucaqlarından tədqiq, təhlil edir. Ustad tənqidçi Nurəngiz Günün oxucuya tanış olan şairə obrazına elmi çalarlar qataraq, elmin güzgüsündə poetik dünyanın əksini təqdim edir. Nurəngiz Gün poeziyasının xüsusiyyətlərini araşdırarkən, şairənin istifadə etdiyi vəznlərə xüsusi diqqət yetirən Vaqif Yusifli heca, sərbəst və əruz vəznlərində qələmini sınayan şairənin qarışıq vəznli şeirlərinin də olduğunu xüsusi vurğulayır və bu fərqli məqamın şairənin poetik dünyasının tələblərindən doğduğunu qeyd edərək yazır: "Bu, onunla əlaqədardır ki, şairə müəyyən bir fikri daha təsirli ifadə etmək üçün sərbəstdən hecaya keçir, yaxud əksinə. Belə olduğu təqdirdə, şeirin məzmununa heç bir xələl gəlmir, sadəcə, forma-vəzn daxilində müəyyən dəyişmə baş verir". Nurəngiz Gün poeziyasının qidalandığı mənbələrdən danışarkən, Vaqif Yusifli onun vətən və türkçülük ideyalarından yoğrulan şeirlərində Nazim Hikmət sevgisini xüsusi qeyd edir.

Monoqrafiyanı Nurəngiz Günün sağlığında yazdığı yazı ilə başlayan Vaqif Yusifli "sağlığında qiymət verdiyi" şairənin yaradıcılığına illər sonra yenidən qayıdır, bu dəfə yeni zamanın güzgüsündən bu özünəməxsus poetik dünyaya nəzər salır və monoqrafiyanı şairənin vəfatı ilə bağlı qələmə aldığı "Həzin xəyal" yazısı ilə bitirməyi məqsədəuyğun sayır: "O, "Tanrı" ilə ədəbiyyata gəldi, şeirləri ilə Tanrısına üz tutdu, ölümüylə də Tanrısına qovuşdu. O "Tənha ada", o Həzin Xəyal - Nurəngiz Gün".

Monoqrafiyanın maraqlı bölümlərindən biri "Haqqında ürək sözləri" bölməsidir. Vaqif Yusiflinin Nurəngiz Gün haqqında bu monoqrafiyaya qədər yazılan bütün elmi, publisistik yazıları bir bölümdə birləşdirərək, öz tənqidçi münasibətini də vurğulamaqla fərqli üslubda qələmə aldığı bu hissəni "kitab içində kitab" kimi təqdim edə bilərik.

Nurəngiz Günü "metaforalar şairi" adlandıran ustad-tənqidçi bu poeziyanın bütün qatlarına enərək Azərbaycan ədəbiyyatında istər forma, istər məzmun, istərsə də, ideya baxımından tam fərqli yaradıcılığa malik bir sənətkarın varlığının elmi pasportunu təqdim edir. Bu "elmi pasport"da Nurəngiz Günün yaradıcılığının tədqiqi ilə yanaşı, onun şəxsiyyətindən ştrixlər də öz əksini tapmışdır. Nurəngiz Günün yadigarı, millət vəkili Jalə xanım Əliyevanın xatirələri, müsahibəsi, foto-albom monoqrafiyanın ümumi konteksti ilə ahəngdarlıq təşkil edir. Bu kitabın bundan fərqli şəkildə meydana gəlməsi də ədalətli olmazdı. Çünki Nurəngiz Günün şəxsiyyəti də onun poeziyası qədər güclü, diqqətçəkən, orijinal və təkrarsız idi.

"Ədəbiyyat qəzeti", 2024, 22 yanvar

OTHER NEWS