Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Nargiz Jabbarli, the soul of the poet-artist, surrounded by the “Circle of Emotions”

18-09-2023 [ 12:00 ] [ read:19 ]
printerA+ | A-
103661

I once knew Nazim Shah as an artist; from my youth... from the time when I was working as a journalist. If I am not mistaken, it was at that time that I got acquainted with his poems. I even published some of them on the "Creative" page of "168 Saat" newspaper. But in the form of a book, it was the first time I read it... And... I got a strange feeling... Somewhere, I felt the soul of Adil Mirseyid, the gentle vibration of that soul as a touch of a "breeze", the "presence" of a breeze....

"Görəsən, bu bayramqabağı da

yemlədilərmi Parisdəki göyərçinləri?

 

Amma qəribədir ki, bu təəssürat elə bir meh qədər də tez ötüb keçdi... Yerini isə bir başqa duyğu, bir başqa dəst-xəttin varlığından alınan təəccüb hissi tutdu. Bu dəst-xəttdə "rəssam baxışı", "rəssam toxunuşu", "rəssam görüşü" var idi. Amma ondan da qabarıq olan cəmi bir neçə kəlmə ilə yaradılan dolğun təsvirlər, o təsvirlərdəki fraqmentarlıq, işıqtək yanıb-sönən təəssüratlar dalğasının gücü idi.

 

Nə gələni var,

nə gedəni...

Darıxır, sıxılır

qəbristanlığı olmayan,

günəşə həsrət yarımada...

 

Bu fraqmentarlıq konkret, dəqiq ştrixlərlə yaradılır. Sanki usta bir rəssam fırçasının cəmi bir neçə toxunuşu ilə çəkilibdir. Amma eyni zamanda da orijinal bir üslubiyyətlə... Çünki gözlərinin qarşısında şairin (rəssamın) yaratmaq istədiyi mənzərəni çox rahat bir şəkildə canlandıra bilirsən. Və nəinki canlandırırsan, eyni zamanda da o mənzərənin təsiri ilə dodaqların da qaçır.

 

Ahıl çağında,

günün tən ortasında

uşaqlığı tutub dənizin.

Dalğalar topla oynayır...

 

Beləcə, duyğulu, həssas, bəzən ağrılı, bəzən sevinc dolu misralar bir yerə toplaşaraq maraqlı bir "Duyğu çəmbəri" yaradır. O çəmbərdə çox şey var... Hisslər, yaşantılar, mülahizələr, mübahisələr, insanın (şairin) özü ilə qarşıdurması, inancı, şübhəsi... Məsələn, ən qısa anda yaşanan təəssüratların belə ifadəsini görə, həm də nəinki görə, hiss edə, yaşaya bilərsən... 

 

Onuncu ayın on altısı,

gecə saat üç.

Payız zümzüməsində

mələklər yallı gedir

rəsədxana səmasında...

 

Gecə, payız zümzüməsi və yallı gedən mələklər... Cəmi bir neçə detal və oxucu o rəsədxana üzərindən asılan səmanın altındadır...

Bu şeirlərin, az qala, hər birində İnsan Tənhalığının rəsmi var. Darıxmanın, Həsrətin, Özünüaramanın rəsmi var. Bir neçə cizgi, bir neçə ötəriymiş, təsadüfmüş kimi vurulmuş ştrix və Mənzərə aydındır. Eynilə Nazimin rəsmlərində olduğu kimi...

 

Şəhərin nəbzi

xəstə qəlbimlə eyni atır.

Soyuqlamış şəhər

qar altında yatır.

Üşüyür, titrəyir

tənha qəbristanlıqda

hər kəs tərəfindən

unudulmuş şair məzarı...

 

Nazim şəhər ruhludur. Dəniz ruhludur. Şəhərin də, dənizin də hər üzü var onun şeirlərində. Sanki onun "Mən"i qədər yaşadığı Şəhər də, sevdiyi Dəniz də tənhadır. Mən, az qala, bütün şeirlərindən aldım bu təəssüratı...

 

Sağ ol, var ol, çox yaşa,

nizam-intizamı itirən Şəhər,

hər gün təcavüz olunan,

hər gün qətlə yetirilən Şəhər...

 

Beləcə, İnsanı özünə çəkən, səmimiyyəti ilə heyrətləndirən, çaşdıran, fərqliliyi ilə maraq doğuran bu çəmbərdə fırlanır, fırlanır, fırlandıqca yenidən öz ilkinliyinə, öz başlanğıc nöqtənə qayıdırsan. Məsələn, anlayırsan ki, onun üçün İnsan anlayışı var, amma insanları bir-birindən ayıran Din anlayışı yoxdur. Onun üçün fərqli ruh hallarının təsviri var, amma bu təsvirin içərisində Sözün uzun-uzadı cövlan etməsi yoxdur. Əvəzində, danışan xırda detallar çoxdur. Şeir üçün o qədər də aktual olmayan, amma Nazimin şeirləri üçün nəfəsə çevrilən detallar... Tənhalığın rəsmini görürsən bu misralar arasında... İnsan tənhalığının ağrısını dadırsan. Bir də "Köləliyə məhkum bir şəhərdə yaşamağın" acısını...

Rəssam-şairlər hər zaman fərqlilik gətirirlər şeirə. Özünəməxsusluq, orijinallıq gətirirlər. Başqalarına bənzəməmək xüsusiyyəti qazandırırlar. Nazim Şahda da bu var. İnanıram ki, onda duyğularını, hiss etdiklərini rəsmə ötürməkdən, çəkməkdən başqa, həm də misralara ötürmək ehtiyacı təsadüf deyil... Bu çəmbərdə dolanmaq kimi... Bu çəmbəri ruhuna dolamaq kimi...