Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Senior teacher - Kemal Talibzadeh - Arzu Ahmed Hajiyeva

11-09-2023 [ 10:55 ] [ read:16 ]
printerA+ | A-
103647

It is well known to the literary community that Kamal Talibzadeh, an acctive member of ANAS, winner of the State Prize of the Republic, honored scientist and educator, he was one of the main pillars of Azerbaijani literary studies. The scientist, who spent 60 years of his life in the study of individual fundamental problems of the science of literature and its evolution as a whole, occupies a prominent place in the history of literary thought of Azerbaijan as the creator and founder of the history of literary criticism. Kemal Talibzadeh, whose main research object is Azerbaijani literature, has valuable scientific works in such trends as the history of literary criticism, literary studies, textual studies, modern literary process, Russian literature, and literary relations.

Kamal Abdulla Shaig oglu Talibzadeh was born on August 14, 1923 in Baku. In 1930, he entered school No. 9 of Baku and received his primary education in this school. His first teacher was Mashadi Azer Buzovnali, a well-known gazalkhan. Kemal Talibzade, who continued his education at school No. 14, completed his secondary education in 1940 and was admitted to the philology faculty of Azerbaijan State University in the same year. In 1945, he successfully defended his thesis on "Mohammed Hadi and Azerbaijani romanticism" and graduated from the university with honors. Kamal Talibzadeh is sent to the Moscow Higher School of Diplomacy by the decision of the Admissions Commission of the Commissariat of Foreign Affairs of the USSR and the official guarantee of the first secretary of the Central Committee of the Communist Party of Azerbaijan M.C. Bagirov. He is admitted to the Iranian branch of the School of Diplomacy. However, he is not allowed to study there. The reason was clear: his father Abdulla Shaiq had lived in Iran for six years with his family. Thus, fate separates him from the world of politics and brings him to the world of literature. Returning from Moscow, Kamal Talibzade entered the post-graduate course of the Nizami Institute of Literature and Language of the Azerbaijan Academy of Sciences in 1945. From that year, he was employed as a junior researcher at the Institute of Literature and Language. While studying in graduate school, Kamal Talybzade worked on a candidate's thesis on "Life and creativity of Abbas Sahhat" under the guidance of M.C. Pashayev and defended the thesis in 1949. In 1952-1960, he was appointed the head of the department at the Institute of Literature and Language named after Nizami, and in 1960-1981, the deputy director of the institute for scientific affairs. In 1968, Kemal Talibzade was appointed the director of the institute by the decision of the Presidium of the EA of Azerbaijan. In 1980-1986, he was the head of the Department of History and Theory of Criticism. In 1965, the scientist defended his doctoral thesis on "Azerbaijani literary criticism at the beginning of the 20th century".

In 1972, Kamal Talibzadeh was awarded the scientific title of professor by the decision of the USSR Academy of Sciences. The scientist was elected a corresponding member of the Academy of Sciences of the Azerbaijan SSR in 1980, and a full member in 1989.

Akademik 1950-2000-ci illərdə ədəbi mühitin aparıcı simalarından olmuş, ədəbi prosesdə yaxından iştirak etmişdir. Azərbaycan ədəbi həyatının bu intervalında Kamal Talıbzadə adı, imzası ilə sıx-sıx qarşılaşırıq. Yazıçılar İttifaqının, ayrı-ayrı mətbuat orqanlarının əsas heyətlərində onun geniş və səmərəli fəaliyyətinin şahidi oluruq. Akademik 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, 1957-ci ildən 1975-ci ilədək Birliyin Tənqid və Ədəbiyyatşünaslıq bölməsinin rəhbəri, 1965-1976-cı illərdə Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.

Kamal Talıbzadə respublikamızda keçirilən elmi konfransların, simpoziumların, ədəbi gecələrin həm təşkilatçıları, həm də iştirakçıları sırasında idi. O, N.Nərimanov, "Molla Nəsrəddin", Abbas Səhhət, Səməd Vurğun, M.İbrahimov və başqa sənətkarlara həsr olunmuş elmi-ədəbi tədbirlərdə elmi yeniliklərlə zəngin məruzələrlə dəfələrlə çıxış etmişdir. Kamal Talıbzadə vətənin hüdudlarında keçirilən elmi konfransların iştirakçısı olmuş, Azərbaycan ədəbiyyatının təbliği sahəsində az işlər görməmişdir. Alim 1977-ci ildə Neapol şəhərində keçirilən Azərbaycan günlərində iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində İtaliyaya getmiş, Roma, Milan, Florensiya, Venesiya, Pompey şəhərlərindəki rəsmi görüşlərdə olmuşdur. 1986-cı ildə Kamal Talıbzadə Sovet-Hindistan dostluğu günlərində iştirak etmək üçün nümayəndə heyətinin başçısı kimi Hindistanda səfərdə olmuş, Dehli, Bombey, Kəlküttə və s. şəhərlərdə rəsmi görüşlər keçirmişdir. Həmin günlərdə alim Dehli yaxınlığındakı ali təhsil şəhərciyində "Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri" mövzusunda məruzə etmişdir. 1990-cı ilin 28 mayında Türkiyənin Kayseri şəhərində keçirilən Birinci Böyük Millətlərarası Konqresdə Kamal Talıbzadənin "XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidinin əsas cərəyanları (1900-1920)" mövzusundakı məruzəsi maraqla qarşılanmışdı. 1991-ci ildə o, Təbriz Universitetində keçirilən Nizaminin anadan olmasının 850 illiyinə həsr olunmuş konqresdə "Nizaminin ədəbi təlimi" mövzusunda məruzə etmişdir. 1995-ci ildə Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş Tehran konfransında Kamal Talıbzadə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi fikri və Füzuli" mövzusunda məruzə ilə çıxış etmişdir.

Akademik K.Talıbzadə öz elmi fəaliyyəti və imzası ilə respublikamızın hüdudlarından kənarda da tanınırdı. Rusiya Akademiyasının müxbir üzvü, Dağıstan Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru H.Həmzətov yazırdı: "Alimin elmi maraq dairəsində Azərbaycan ədəbi tənqidinin təşəkkülü və inkişafı probleminə həsr olunmuş "XX əsr Azərbaycan ədəbi tənqidi" və "Azərbaycan ədəbi tənqidinin tarixi" fundamental tədqiqatları xüsusi yer tutur və elmi ictimaiyyət haqlı olaraq onları türkdilli xalqların filoloji elmini zənginləşdirən bir nümunə kimi qiymətləndirir... K.A.Talıbzadə Dağıstan üçün elmi kadrların hazırlanmasında fəal iştirak edir, dəfələrlə Dağıstan alimlərinin doktorluq, namizədlik müdafiələrində rəsmi opponent kimi çıxış etmiş, onların əsərlərinə rəy vermişdir".

 Qazaxıstanın Əməkdar elm xadimi, professor T.Kakişev də analoji qənaətdədir: "Kamal Talıbzadə kimi oğula, vətənpərvərə, alimə malik olmaq hər hansı xalq üçün şərəfdir. Mən K.A.Talıbzadəni Azərbaycan ədəbi-tənqidinin tarixini ilk dəfə köklü, əsaslı şəkildə tədqiq edən, bu sahədə təqdir və təsdiq olunan mütəxəssis alim kimi qiymətləndirirəm. Onun tənqid tarixinə dair tədqiqatları türk xalqlarının ədəbiyyatında bir təşəbbüsdür, bir başlanğıcdır və bunun üçün də xeyli davamçıları yaranmışdır. Elə mən özüm onun tələbəsi və silahdaşıyam".

Tacikistan SSR Elmlər Akademiyasının akademiki R.Müsülmanqulov da akademik K.Talıbzadənin Tacik ədəbi-elmi mühitinə təsirindən və faydalarından söz açır: "Professor Talıbzadə Kamal Abdulla Şaiq oğlu bizim ölkəmizin ədəbi tənqid sahəsində çalışan məşhur mütəxəssislərindən biridir. Təxminən qırx ilə yaxındır ki, o, Azərbaycan ədəbi tənqidi və əsasən də onun tarixi məsələləri ilə məşğul olur... Tacik-fars xalqlarının orta əsr ədəbi fikir tarixinin - məsələn, məxəzlərin təsnifində, materialların sistemləşdirilməsində, istiqamətlərin müəyyənləşdirilməsində, mənşəyinin üzə çıxarılmasında, terminlərin sabitləşdirilməsində və sairənin gələcəkdə araşdırılması işində prof. K.Talıbzadənin bu başlanğıcı dayaq nöqtəsi ola bilər.

Prof. K.Talıbzadəni Tacikistanda yaxşı tanıyırlar, onun elmi və elmi-kütləvi nəşrlərimizdə iqtibas gətirilən ayrı-ayrı fikirləri, müddəaları bizim ədəbiyyatşünas və tənqidçilərin gələcək inkişaf stimuluna xidmət edir".

İşində, üslubunda nizam-intizamı, səliqəsi ilə seçilən Kamal Talıbzadə həyatda da səliqəli bir şəxs idi. Şəxsi arxivini vərəqləyəndə onun nə qədər səliqə-sahmanlı, eyni zamanda uzaqgörən olduğunu müşahidə etmək olar.

Ot kökü üstə bitər. Heç bir atalar sözü boşuna deyilməyib. Talıbzadələr nəsil şəcərəsi özünün savadı, humanizmi, tolerantlığı, imanı ilə tanınıb. Bu nəslin hər hansı bir nümayəndəsi ilə ünsiyyətdə olanlar onları məhz belə səciyyələndirir.

"Talıbzadə" soyadı XVII əsrdə Şəmşəddindən qardaşları ilə Sarvana köçmüş Molla Talıbdan başlamışdır. Talıbzadələr nəsli Sarvanda (indiki Marneuli) - Borçalının mərkəzində "Axund uşağı" adı ilə məşhur olmuşdur. Məlumdur ki, o dövrdə "axund" ən savadlı, bilikli, yol göstərən şəxslərə, din xadimlərinə deyirdilər. Kamal Talıbzadənin ulu babası Süleyman Talıbzadə dövrünün ziyalı şəxslərindən biri, tanınmış xəttat olmuşdur. Sədinin "Gülüstan" və "Bustan" əsərlərini yazıya almış Süleyman Talıbzadənin həmin əlyazmaları Azərbaycan EA Əlyazmaları İnstitutunun fondunda saxlanılır. Kamal Talıbzadənin babası Mustafa Talıbzadə Zaqafqaziya Şeyxülislamı Şeyx Əhməd Səlyaninin müavini olmuş, həm də şəriət müəllimi kimi fəaliyyət göstərmişdir. İslam dininin bilicisi və fəal təbliğatçısı olmaqla yanaşı, Axund Mustafa, həm də dünyəvi elmlərə dəyər verən, insanın kamilləşməsində biliyin rolunu qiymətləndirən bir ziyalı olmuşdur. Maraqlıdır ki, şəriət müəllimi olan Axund Mustafa "mən külli ədyanı puç və əfsanə hesab edirəm" - deyən M.F.Axundzadə ilə yaxın dostluq münasibətlərində olmuşdur. Kamal Talıbzadənin əmisi Yusif Ziya Talıbzadə dövrünün tanınmış maarif, din, hərbi və siyasi xadimi idi. Bir sıra şəriət və dilə dair dərsliklərin, "Ərmənusə", "İbn Xalid" kimi dramların müəllifi idi Yusif Ziya. İlk islam xəritəsinin tərtibçisi, H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın şəriət müəllimi, Sultan Əbdülhəmidə H.Z.Tağıyevin göndərdiyi qızıl cildli Quranı aparan şəxs Yusif Ziyadır. Kamal Talıbzadənin atası Abdulla Şaiq Talıbzadəni təqdim etməyə ehtiyac olmasa da, qeyd edək ki, o, romantik şair, nasir, dramaturq, publisist, tərcüməçi, ədəbiyyatşünas alim, pedaqoq, ictimai xadim kimi xalqına xidmət göstərmişdir.      

Ömrünün son illərində qələmə aldığı "Özəl təhsil sistemində tələbələrin mənəvi tərbiyəsinin bəzi məsələləri" adlı məqaləsi akademikin təhsil konsepsiyasını ehtiva edir. Burada təhsil necə olmalıdır, təhsildə hansı metodoloji əsaslara söykənilməlidir, gənclərdə milli düşüncənin formalaşdırılmasında təhsilin rolu nədən ibarət olmalıdır - kimi məsələlərə Kamal Talıbzadənin münasibətini öyrənirik.

Kamal Talıbzadəyə görə, təhsillə tərbiyə dialektik vəhdətdədir. Təhsildə mənəvi tərbiyə əsas yer tutur və o bütün fənlərin ümumi problemidir. O hesab edir ki, müəllim pedaqogikanın bütün imkanlarından istifadə edərək tələbənin mənəvi-əxlaqi dünyasına təsir etməlidir.

Akademik Kamal Talıbzadənin pedaqoji görüşlərində islam əxlaqı xüsusi yer tutur. Bu məsələdə genetk faktoru dəyərləndirməmək olmaz. İslami dəyərlər, Allah sevgisi Talıbzadələr nəsil şəcərəsinin varisi kimi onun da yüksək dəyərləndirdiyi özəlliklərdəndir. Babası Axund Mustafa Zaqafqaziya Şeyxülislamı Şeyx Əhməd Səlyaninin müavini, əmisi Yusif Ziya Talıbzadə görkəmli hərbi, maarif və din xadimi, ilk islam xəritəsinin müəllifi olmuşdur. Əsərlərində pirlərə, fırıldaqçı ruhanilərə kəskin etirazını bildirən Abdulla Şaiq isə müsəlman həyat tərzini öz şəxsi nümunəsində sərgiləmiş, dərsliklərində din xadimləri haqqında məlumatlar vermişdir.

Bu maddi-mənəvi irs Kamal Talıbzadənin görüşlərində də genetik olaraq yer almışdır. Axund Mustafa, Yusif Ziya, Abdulla Şaiq kimi Kamal Talıbzadə də islam əxlaqını yüksək dəyərləndirir, şəri məsələlərə elm işığının ziyası altında yanaşır, islami hökmləri dərk edərək qəbul və təbliğ edir. O, islama əxlaq və elmin məcmusu kimi baxır.

Akademik Kamal Talıbzadəyə görə, özəl, yaxud dövlət müəssisəsi olmasından asılı olmayaraq ali təhsil ocaqlarının əsas vəzifəsi gələcəkdə dünyada yaranacaq bütün yenilikləri, dəyişiklikləri, hər cür texniki novatorluğu qəbul etməyə, anlamağa hazır olan, yüksək əxlaqlı, mənən zəngin insan - bugünün insanını yetişdirməkdən ibarət olmalıdır.

Akademik Kamal Talıbzadə ondan müsahibə alanlara, tədqiqatçılara həmişə deyirdi ki, məni atamdan ayırmayın. Fərd olaraq fərqli xüsusiyyətlərə malik olsalar da, ata-oğulun mənəvi dünyası bir-birinə çox yaxındır. Bu da təbiidir. Müəllimliyi ilə iftixar edən, ilk anadilli sinfin, ilk anadilli proqramların, dərsliklərin müəllifi olan Abdulla Şaiq həyatını xalqın milli şüurunun oyadılmasına, milli özünüdərk prosesinin sürətlənməsinə sərf etmişdir. Həmin məramı akademik K.Talıbzadənin həyat və fəaliyyətinə də şamil etmək olar.

 Bir alim və müəllim kimi Kamal Talıbzadə də Azərbaycan ədəbiyyatşünaslıq elminə öz töhfələrini vermişdir. Azərbaycan ədəbi tənqid tarixini yaratmaqla yanaşı, o, milli kadrların hazırlanmasında da böyük rol oynamışdır. Ədəbiyyatşünaslıqda xüsusi yeri və xidmətləri olan alimlərin yetişməsində Kamal Talıbzadənin xüsusi xidmətləri vardır. N.Şəmsizadə, Ş.Vəliyev, K.Əliyev, N.Cabbarlı, N.Qafqazlı, E.Akimova və başqaları K.Talıbzadə məktəbinin yetirmələridir.

Kamal Talıbzadə etibarlı övlad, layiqli varisdir. Atası - sevimli yazıçımız Abdulla Şaiqin ədəbi irsinin toplanması, nəşri və təbliği işinə o, bir alim, vətəndaş və oğul kimi daima həssaslıqla yanaşmışdır. Bu məqsədlə Kamal Talıbzadə Abdulla Şaiqin Mənzil Muzeyinin təşkil olunmasına var qüvvəsini sərf etdi. 1991-ci ildə o, Muzeyin yaradılmasına nail oldu. Ömrünün sonuna qədər layiqli bir oğul kimi Abdulla Şaiq Mənzil Muzeyinin fəaliyyət göstərməsi üçün əlindən gələni əsirgəmədi, atasının qiymətli xəzinəsinə - ədəbi irsinə sahib çıxdı. Akademik muzey işinə elmi tədqiqat aspekti əlavə etdi. Bu sahədə gördüyü səmərəli işlər nəzərə alınmış, 1994-cü ildə Kamal Talıbzadə Muzey işi üzrə Respublika Elmi Metodiki Mərkəzinin və YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin üzvü seçilmişdir.

 Milli ədəbi prosesin tədqiqatçısı olan Kamal Talıbzadə, həm də ömrünü milli ədəbi irsin təbliğinə və tədrisinə həsr etmiş böyük pedaqoqdur. Xalqının milli-mənəvi dünyasının kamilləşdirilməsinə, milli düşüncənin formalaşdırılmasına dünya standartları səviyyəsində alimlərin yetişdirilməsinə yönəlmiş fəliyyəti ilə o, Azərbaycan ədəbi-estetik və pedaqoji fikir tarixində daim var olacaq.

OTHER NEWS