Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

"Romanticism in literature" - Mir Jalal‘s new work found - Vagif Yusifli

04-05-2022 [ 11:59 ] [ read:45 ]
printerA+ | A-
102332

Much has been written about the place and position of Mir Jalal Pashayev, this great writer, in twentieth-century Azerbaijani literature. After Jalil Mammadguluzadeh and Abdurrahim bey Hagverdiyev, whom he considered masters, he created the best examples of Azerbaijani story, created characteristic images in the "small" genre of prose, and revived real-life scenes within a concise plot. He also breathed new life into the Azerbaijani novel of the 1930s, the novels "The Manifesto of a Young Man" and "The Resurrected Man", in the words of the great writer and critic Mehdi Hussein, brought to our literature a real artistic pathos, the spirit of struggle.

Mir Cəlal həm də böyük alim-tədqiqatçı idi və onun bu sahədəki fəaliyyəti onun elmi təfəkkürünün bədii təfəkkürü ilə qoşa addımladığına dəlalət edir, alim Mir Cəlalla nasir Mir Cəlal qoşa qanad timsalında onun yaradıcılığında iki qütbü təmsil edir. Mir Cəlal necə olub tədqiqata meyil edib? Deyirlər ki, otuzuncu illərin ortalarında Mir Cəlal küçədə böyük ədib Hüseyn Cavidlə rastlaşır. Kəmali-ədəblə Cavidə salam verir. Böyük ədib Mir Cəlaldan soruşur ki, nə işlə məşğulsan. Mir Cəlal deyir ki, Azərbaycan qadın şairlərinin yaradıcılığı barədə elmi mövzu götürmək istəyirəm, bununla bağlı xeyli material toplamışam. Cavid gülümsünür və əlini Mir Cəlalın çiyninə vurub deyir: "Sən qadınlar haqqında yox - bunu hamı yaza bilər -Füzuli sənəti barədə elmi iş yaz. Dəryada axtar, damlada dərya yox!". Və Mir Cəlal "Füzulinin poetikası" mövzusunda elmi işə girişir. 1940-cı ildə o, həmin mövzuda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini qazanır. Sonralar bu əsər daha da təkmilləşir, "Füzuli sənətkarlığı" monoqrafiyası həm Azərbaycanda, həm də xaricdə (xüsusilə Türkiyədə) dahi şairə həsr edilən ən sanballı əsərlərdən biridir.

Mir Cəlalın namizədlik dissertasiyası ilə doktorluq dissertasiyası arasında cəmi yeddi illik bir zaman məsafəsi var. 1947-ci ildə o, "Azərbaycanda ədəbi məktəblər" adlı doktorluq dissertasiyası müdafiə edir. Bu əsəriylə o, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssislərindən biri olduğunu təsdiq edir. Lakin Mir Cəlalı təkcə namizədlik və doktorluq dissertasiyalarına görə bir ədəbiyyatşünas alim kimi təqdim etmək doğru olmazdı. O, klassik və müasir ədəbiyyatımızın müxtəlif problemlərinə aid yüzdən artıq məqalənin müəllifidir: "Cəlil Məmmədquluzadə realizmi haqqında", "Gülüş bədii silah kimi" tədqiqatları, Nizamiyə, Füzuliyə, N.Nərimanova, Ə.Haqverdiyevə, H.Cavidə, S.Vurğuna, M.İbrahimova, S.Rüstəmə, M.Hüseynə, S.Rəhimova, Əbülhəsənə, İ.Əfəndiyevə həsr etdiyi portret yazılar, ədəbiyyatımızın 60-cı illər gənc şair və nasirləri haqqında böyük icmal məqaləsi, həmçinin rus ədəbiyyatı klassikləri ilə bağlı araşdırmaları da Mir Cəlalın geniş elmi erudusiyasından xəbər verir. Hələ onun "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi (illər kesir, bu kitab neçə nəsil tələbənin bilik silahı olaraq qalır)…

Mir Cəlalın ədəbiyyatşünaslıq fəaliyyətinin başlanğıcını onun Füzuliyə həsr etdiyi - 1940-cı ildə nəşr olunan "Füzulinin poetik xüsusiyyətləri" kitabından götürürlər. Zatən, bu vaxta qədər bu fikir doğru idi. Amma sən demə, Mir Cəlal müəllim 1928-ci ildə "Ədəbiyyatda romantizm" adlı bir elmi əsər yazır və bu əsəri Dağıstanın Mahaçqala şəhərində nəşr olunan "Maarif yolu" jurnalında dərc etdirir. Əlbəttə, 20 yaşında bir gəncin belə bir mövzuda elmi tədqiqat əsəri yazması onun gələcəkdə böyük ədəbiyyatşünas alim kimi fəaliyyətinin başlanğıcı idi. Gədəbəydə müəllimlik edən, sonra bir müddət Gəncə ədəbi mühitində görünən Mir Cəlalın belə bir əsər yazması onu sübut edir ki, Mir Cəlal müəllim elə cavan ikən geniş mütaliə edirmiş, rus, Avropa və türk ədəbiyyatını, həmçinin bizim ədəbiyyatı mütəmadi izləyirmiş. Bu zaman hələ Mir Cəlal müəllim bədii yaradıcılıq yollarında təzə addımlar atırdı ("Sağlam yollarda" adlı ilk kitabı 1932-ci ildə çap olundu). Ancaq 20 yaşlı bir gəncin elmi təfəkkürü çevik və dinamik idi. Bir də ki, yaradıcılıqda ilkin olaraq hansı janra müraciət etmək müəllifin özündən asılıdır. Məsələn, gənc Mehdi Hüseyn hələ ilk hekayələrini dərc etdirməmiş 1926-cı ildə "Bizdə futurizm cərəyanı" adlı məqaləsi ilə mətbuatda görünmüşdü.

Mir Cəlalın "Ədəbiyyatda romantizm" əsəri o dövr üçün çox vacib bir problemə həsr olunmuşdu. 20-30-cu illərdə romantizm ədəbi cərəyanı barədə sanballı bir əsər ortada yox idi. Yalnız H.Cavidin yaradıcılığına həsr olunan bir sıra məqalələrdə (A.Şaiqin, H.Zeynallının, C.Cabbarlının) kəsik-kəsik də olsa, müəyyən mülahizələr söylənilirdi. Xatırladaq ki, Azərbaycan ədəbiyyatşünaslığında romantizmlə bağlı tədqiqatlar keçən əsrin 80-ci illərindən başlayaraq ədəbi dövriyyəyə daxil oldu (Məmməd Cəfərin "Hüseyn Cavid, "Azərbaycan ədəbiyyatında romantizm", Əziz Mirəhmədovun "Məhəmməd Hadi", Yaşar Qarayevin "Romantizmin Cavid yaddaşı", Məsud Əlioğlunun "Hüseyn Cavidin romantizmi", Vəli Osmanlının "Azərbaycan romantizmi" və digər müəlliflərin romantizmlə bağlı araşdırmaları).

Deməli, Mir Cəlar müəllimin "Ədəbiyyatda romantizm" əsəri ədəbiyyatşünaslığımızda bu mövzuda yazılan ilk sistemli araşdırmadır. Mir Cəlal müəllim əsərin giriş hissəsində yazır: "Ədəbiyyat həvəskarlarımızın ən çox bildigi və ən çox bilmədigi ədəbi cərəyanlardır: klassisizm, romantizm, realizm... kibi kəlmələri eşitməyən həvəskarlarımız həman yox kibidir. Öylə də bu adamların mahiyyəti barədə dəgərli izahat və məlumat verə bilən ədəbiyyat maraqlılarımız azdır. Ədəbi cərəyanlar maraqlılığı ilə nə qədər vəqti cəlb edirsə də, türkcə məxəz və material yoxluğu o qədər də həvəs qırır və gənclər istədikləri məlumatı ala bilmirlər". Məhz bu zərurətdən yaranır "Ədəbiyyatda romantizm" əsəri.

Mir Cəlal müəllim romantizm haqqında bilgi verərkən, ilk növbədə, onun mahiyyətini və yaranmasının ədəbi-tarixi şəraitini şərh edir. Yazır ki, romantizmi təkcə xəyala qapılmaq, xülyaya dalmaq, eşq və sevgi səhnələri yaratmaq kimi təhlil etmişlər, amma bu cür düşünmək yanlış yoldur. Çünki xəyalatın iştirak etmədiyi sənət əsəri ola bilməz. Mir Cəlal müəllim romantizmin Avropa ölkələrində - təxminən bir əsr müddətində klassisizmin dar çərçivəsini qırıb ədəbiyyatda "bir hürriyyət" əmələ gətirmişdir. Hər hansı bir romantizmi doğuran müəyyən ictimai amillər və səbəblər vardır.

Mir Cəlalın bu əsərində yeddi kiçik və yığcam hissə var ki, bunlar romantizmin xüsusiyyətlərini (səciyyəvi cəhətlərini) aydınlaşdırır. Birincisi: mədəniyyəti inkar hər romantikə görülə bilən haldır. Elmlər və ümumiyyətlə mədəniyyət cəmiyyət əxlaqı üzərinə fəna təsir edir. V.Hüqonun "Səfillər", Tolstoyun bir sıra əsərləri mədəniyyətə qarşıdır. Təbii ki, Mir Cəlal müəllim türk ədəbiyyatından Hamidin, Əhməd Hikmətin və bizim ədəbiyyatdan Cavidin əsərlərinə müraciət edir. İkincisi: romantiklər ümidi ən çox "kirli, yapma mədəni həyatdan uzaq" ibtidai həyatda və ana təbiətin qoynunda görürlər. Onlar qəza mənbəyi olan fabrika və zavodlardan, qələbəlik şəhərlərdən uzaqlaşır, sahillər, ormanlar, bağlar, çiçəklərdə yaşayan qəhrəmanlar yaradırlar. Üçüncüsü: romantiklərin təbiətə olduğu kimi, xəlqə xəlqi tiplərə hüsn-təmayülü vardır. Romantiklər xəlqdən çıxmış qəhrəmanlara daha çox meyil göstərirlər. Dördüncüsü: romantizmdə hakim hisslər və duyğular önəmli yer tutur. "Hissiyyat romantizmin can damarıdır" - Mir Cəlal buna daha çox yer ayırır və yazır ki, hissiyyat sərbəstliyi gözəl səhnə əsərlərinin, sevgi - sevda, eşq mövzularına yeni rənglər, boyalar artırır, o, Ə.Hamidin "Məqbər" əsərindən söz açır, Cavidin məhşur misralarına üz tutur:

 

Bənim tanrım gözəllikdir, sevgidir.

Sevgisiz bir könül məzara bənzər

Sevdasız bir başda əqrəblər gəzər.

 

Beşincisi: romantiklər əski mədəniyyəti ideallaşdırır, onu itirilmiş cənnət həyatı kimi xəyallaşdırırlar, hətta bütün qabalıqlarına göz yumurlar. Buna misal yenə Caviddən gətirilir - "Peyğəmbər", "Topal Teymur", "Şeyx Sənan". Altıncısı: romantiklər cəmiyyət həyatında səfalət, rəzalət görür, yeni cəmiyyət qurmaq istəyirlər. Mir Cəlal Tolstoyun "Biri-birinizə məhəbbət ediniz" mülahizəsini, Hamidin "Düxtəri Hindi" əsərindəki məqamları, Cavidin "Azər" poemasından "Kölgə" parçasını misal gətirir. Nəhayət, yeddincisi: romantiklər həm də üsyankardırlar. Bütün romantiklərdə inqilabçılıq ruhu var. Məsələn, Məhəmməd Hadinin əsərlərinin çox qismində üsyankar və mübarizə mövqeyi duyulur.

Biz qısaca da olsa, Mir Cəlalın hələ 94 il bundan öncə ədəbiyyatda romantizmlə bağlı fikir və mülahizələrini şərh etdik. Amma əsər romantizmə xas olan xüsusiyyətləri izah etməklə bitmir. Mir Cəlal müəllim alman, fransız və türk romantizmi haqqında da yığcam məlumat verir. Təbii ki, bunlar o dövr ədəbi gənclik üçün müəyyən bilgi idi. Özü də müəllif bu romantizm məkanlarının hər birinin özünəməxsusluğunu nəzərə çarpdırır. Alman romantizmində dinə bağlılıq daha möhkəm idisə, fransız romantizmində ictimai məsələlər aparıcı idi. Türk romantizminə gəlincə, Mir Cəlal bu romantizmin fransız romantizmindən təsirləndiyini qeyd edir. Məşhur tədqiqatçı İsmayıl Hikmətin fikirlərinə istinad edir.

Nəhayət, belə bir fikir irəli sürür ki, romantizm realizmə də təsirsiz qalmamışdır.

"Ədəbiyyatda romantizm" əsərini üzə çıxaran, Azərbaycanda axtarıb tapmasa da, onu Moskvada ezamiyyətdə olarkən aşkarlayan Axundov adına Milli Kitabxanamızın direktoru, professor Kərim Tahirova böyük alqış düşür. O, bu əsəri dörd dildə çap edərək oxucularımıza çatdırmaqda böyük ədibimiz Mir Cəlal Paşayevsevərlərə yetirib. Eşq olsun deyirik!