Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Azadlığın günəş rəmzi - Fidan Abdurəhmanova

22-09-2022 [ 15:09 ] [ oxunub:39 ]
printerA+ | A-
102707

Payız...dövründən, sənətindən asılı olmayaraq simmetriya - tənasüblük elementlərindən, rənglərin və səslərin qarşılıqlı əlaqəsindən başqa təbiətin real və obyektiv varlığıdır. Bu fəsil sevgilərlə yanaşı ayrılıqları da özündə ehtiva edir. Payızın gözəlliyi bütün şairlərin ilham mənbəyi olmuşdu. "Payıza bürünüb yazdım şeirimi" (Musa Yaqub). Payızın yarpaq tökümünün başlangıcında sentyabr ayının 21-də doğulan Nurəngiz Gün bütün ömrünü özünün azad, müstəqil poeziya haləsinin işığında yaşadı. Bu istedad işığı onu Azərbaycan oxucusuna tanıdaraq, sevdirdi:

Azadlıq qoxuyur onun

Göylərində ab-havası.

Və azadlıq havasının... küyü yox,

Özü gəzir təbəssümdə, gözlərdə.

Ümumən türk ədəbiyyatında doğma ədəbiyyatımızda azadlıq təşnəsi həmişə aktual mövzu olub. Millətimiz öz varlığını tarixə sübut etmək üçün zaman-zaman bütün maneələri dəf edərək azadlığa can atıb. Demək ki, azadlıq və milli istiqlal bəzən ideal kimi, bəzən isə həqiqət kimi bədii əsərlərdə xüsusilə poeziyamızda ön planda olub.Nurəngiz Günün şeirləri saplağından qırılanadək  azadlıq yolu gedir. Və bütün yolları böyük mücadilələrlə, lakin səssizcə keçir. Onun şeirləri çiynində günəş tayası olan, ümid və qürur hissi ilə yol gedən yolçunu xatırladır.

Yol gedirəm, sinəm qaralanadək

Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz

Qərib canla, bu tək cana, qürub çağı

Yol gedirəm, öləzəyib saralanadək.

Milli ruh, düşüncə tərzi  gözəlliyin tərifində, təsvirində deyil, xalq ruhunun ifadəsindədir. Millilik, xalqının tarixi acısını duyduqlarında və bədii əsərlərdə müəllifin bədii təfəkkürünün özünəməxsusluğunda daha tam şəkildə təcəssüm olunur.

Düşmənin amansız mövqeyi poeziyanın daima diqqət mərkəzində olmuşdu. olmuşdu. Xalqının yaşadığı haqsızlıqlara uğramış günləri "inqalar ana döşü əvəzinə, indicə torpağı əməcəklər" ("Xocalı simfoniyası" poemasından) Nurəngiz xanım uşaqların məsum hissləri ilə birlikdə ağlamışdı. İllər öncə düşmən əsirliyindəqalmış Azərbaycan torpaqlarınınahı yoncasından küknarınadək... qisas ucün susamışdı:

Yonur-tökür şaçlarını yoncalar,

O balaca qız üçün,

çöl boyu qaçışan, "can gülüm can"

oynayan uşaqlarçün

darıxır yoncalar... ağaclar!

Bu ayrılıq feilinə sizsiniz günahkar,

Bəşəri Zalımlar!

Son iki ildə Azərbaycan xalqı payızı milli mücadilə mövsümü kimi keçirir. Təsadüfi deyil ki, zəfər tariximiz məhz elə payızda yazılır.

Azadlıq qayəsi Qarabağın işğaldan azad olması uğrunda Vətən savaşında öz tarixi zirvəsinə qovuşdu. Tarixin təcrübəsinə istinad edərək biz belə hesab edirk ki, dövlət, xalq, ordu məhz milli istiqlal, azadlıq enerjisi ilə silahlanaraq, 44 günlük Vətən savaşında türkün əbədi düşməni olan işğalçı ermənilərə qalib gəldi. Hələ zaman-zaman bu qalibiyyət ruhu poeziyamızda yeni-yeni əsərlərə mövzu olacaq.

Ömür vəfa etsəydi, Azərbaycan xalqının milli ərazi bütövlüyünun azadlığa qovuşduğu günlərdə  sevinc və qürur hissi ilə "köksümün eşq qübbəsinə toxunma! ay uşaq..." deyə müraciətlə "Quş, məkan, şair və vətənə dair aydın cavab" şeirinin davamı kimiyeni-yeni istiqlal şeirləri yazardı.

Türkün eli böyükdür.

O Vətən ki,

basılmayır Ulusu!

Və insanı.

XX əsr Azərbaycan poeziyasında Nurəngiz Gün yaradıcılığı milli mənlikdən yoğrulmuş şair-vətəndaş mövqeyinin, sənətkar şəxsiyyətinin nəfəsi kimi duyulmaqdadır. Onun üçün söz ədalətin düşməni ilə əbədi döyüş vasitəsi idi. Onun üçün söz nəbz, zəmanənin haqq səsi kimi yaranmışdı. "Haqq istəmək,Düz danışmaq ,Hələ qalsın bir tərəfə, Göz yaşı da,Hıçqıraq da, Yasaq olan bir ölkədə, Qatı zülmət işıqlıqda,Nur kölgədə..." (Bəxtiyar Vahabzadə)

"Bu torpağın üstündən Araz adlı bir çay axır...

Qubar dolu suyundan hönkürüb

şərbət içmişəm.

Kənarında dəmir çəpər var!

Bu çəpərin küncündə ölmək üçün

Üç arşın yer seçmişəm".

Ömrünün səksən dördüncü payızında Vətənin Zəfər çağında ruhun şad olsun...