Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

Ədəbiyyat İnstitutunun magistrantları Cəlil Məmmədquluzadənin Ev muzeyində

06-10-2022 [ 10:13 ] [ oxunub:305 ]
printerA+ | A-
102748

4 oktyabr tarixində Ədəbiyyat İnstitutunun magistrantları filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayevanın rəhbərliyi ilə Cəlil Məmmədquluzadənin Bakıda yerləşən ev muzeyini ziyarət etmişlər.

Muzeydə Cəlil Məmmədquluzadənin yaşadığı ev, yazıb-yaratdığı mühit, bəzi əsərlərinin əlyazmaları, “Molla Nəsrəddin” jurnalının orjinal nüsxəsi, Cəlil Məmmədquluzadə və ailəsinə məxsus eksponatlar ilə tanışlıq keçirilmiş, tələbələr bu tanışlıqdan zövq almışlar. Bələdçinin köməyilə tələbələrə Cəlil Məmmədquluzadənin yaradıcılıq mühiti və həyatı haqqında ətraflı məlumatlar verilmişdir. Cəlil Məmmədquluzadənin ev muzeyinin rəhbəri Yeganə Məmmədova tələbələrə muzeyin yaradılış yolu və bu yolun keşməkeşli tarixi haqda dolğun məlumatlar vermişdir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva tələbələrlə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, əsərləri haqda diskussiya təşkil etmiş, obrazları təhlil etmişdir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR