Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNSTİTUT KİV-də

Vüqar Əhməd “İlin alimi” seçildi

25-01-2018 [ 08:42 ] [ oxunub:180 ]
printerA+ | A-

Professor, filologiya elmləri doktoru, görkəmli ədəbiyyatşünas alim, nəğməkar şair, istedadlı nasir Vüqar Əhməd “İlin alimi” adına layiq görülüb.

Musavat.com-un məlumatına görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Elmi Şura”sında keçirilən tədbirdə “İlin alimi” mükafatının diplomu, döş nişanı və pul mükafatı AMEA- nın vitse- prezidenti İsa Hebibbeyli təqdim edib. Mükafat münasbəti ilə professor Vüqar Əhməd təbrik edilib, ona elmi və bədii nailiyyətlər arzulanıb. Qeyd edilib ki, dünyanın bir çox nüfuzlu jurnallarında V.Əhmədin ingilis, rus, fars dillərində 20-dən çox məqaləsi dərc edilib.

Məsələ ilə bağlı professor Vüqar Əhməd musavat.com-a açıqlama verərək, öz təəssüratlarını bölüşüb: “Bu il 5 alimə “İlin alimi” adı verildi. Sevindirici haldır ki, onlardan biri də mən oldum. Elmi fəaliyyətimə, əməyimə verilən dəyərə görə təşəkkürümü bildirirəm. Bu mənim üçün çox böyük qiymətdir. Ötən il Türkiyədə, İranda məqalələrim, şeirlərim çap olundu. İrandakı məqalələrim fars dilində çıxmışdısa, bu günlərdə artıq türk dilində də çap olundu. Dünən aldığım şad xəbərə görə Rəsulzadə haqqında yazdığım “Son nəfəsədək Azərbaycan” romanım İranda dövlət xətti ilə, ərəb-fars qafikası ilə, o cümlədən Türkiyədə türk qrafiki ilə çap olunacaq”.

https://www.youtube.com/watch?v=pjx_V5Iar8w&feature=youtu.be

 

FOTO QALEREYA

VİDEO