Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr olunmuş tədbir

01-06-2023 [ 06:17 ] [ oxunub:338 ]
printerA+ | A-
103437

həsr olunmuş tədbir k

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Mərkəzi Kitabxanada "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" adlı tədbir təşkil etdi. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi katibi, Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırova, Binəqədi rayon 102 saylı tam orta məktəbin direktoru Mayilə İsmayılova, şöbənin məktəbli oxucuları olan Binəqədi rayon 102 saylı tam orta məktəbin 0 "a" və 4 "a" sinif şagirdləri, sinif müəlliməsi Nisə Quliyeva iştirak etdilər. Uşaq şöbəsinin müdiri Səidə Sərdarova balacaları "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə təbrik etdi. Balaca oxuculara bu günün tarixi haqqında məlumat verildi. Daha sonra tədbirin qonaqları Aygün Bağırova və Mayilə İsmayılova balacaları "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü " münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırdılar. Aygün Bağırova Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar olaraq "Ulu öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi" mövzusunda çıxış etdi. Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva məktəbli oxucuları mövzu ilə əlaqədar təşkil olunan sərgi ilə tanış etdi. Tədbirdə məktəblilər "Azərbaycan", "Qarabağ", "Ulu öndər", "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" mövzularında şeirlər söylədilər. Məktəbli oxucuların göstərdikləri səhnəciklər, oxuduqları mahnılar, ifa etdikləri rəqslər tədbiri daha da rəngarəng etdi. Tədbirin sonunda oxucuların "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" mövzusunda çəkdikləri rəsmlər nümayiş olundu.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR