Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

«Əhməd Ağaoğlu Və Türk Dünyası» mövzusunda Beynəlxalq elmi konfrans

06-09-2023 [ 11:25 ] [ oxunub:517 ]
printerA+ | A-
103356

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şə­­həri 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı» elan edilmişdir. Bu­nun­­la əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Şu­­şa şəhərinin 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı» elan edil­mə­­si ilə bağlı tədbirlər haqqında» 06 dekabr 2022 –ci il tarixli Sərəncam im­za­la­mış­dır. Həmin Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Ka­bi­ne­ti 7 fevral 2023-cü ildə «Şuşa şəhərinin 2023-cü il üçün «Türk dünyasının mə­də­niy­­yət paytaxtı» elan edilməsi ilə bağlı Tədbirlər Planı»nı  təsdiq etmişdir.

Həmin Tədbirlər Planının 15-ci maddəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti qu­­rumlarla birgə  19 oktyabr 2023-cü ildə «Əhməd  Ağaoğlu və Türk dü­nyası» möv­zu­­sunda Beynəlxalq elmi konfrans keçirəcəkdir.

Konfransın problematikası:

Əhməd Ağaoğlunun həyatı, mühiti və şəxsiyyəti
Əhməd  Ağaoğlunun bədii yaradıcılığı və ədəbiyyatşünaslıq fəaliyyəti
Əhməd  Ağaoğlunun mətbu fəaliyyəti və publisistikası
Əhməd  Ağaoğlunun epistolyar irsi
Əhməd  Ağaoğlunun ictimai-siyasi fəaliyyəti
Əhməd  Ağaoğlunun dünyagörüşü
Əhməd  Ağaoğlunun Türk birliyi idealı tarixilik və müasirlik kontekstində

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis

Konfransa qatılma şərtləri:

Özət və tam mətnin təqdim edilməsi və qiymətləndirilməsi:

Konfransa Azərbaycandan və xarici ölkələrdən uyğun araşdırmaçılar qatıla bi­lər­lər. Bunun üçün araşdırmanın məqsədi, metodu, istifadə olunacaq mənbələr və müm­kün elmi nəticələr daxil olmaqla, ən azı 1500 işarədən ibarət özət (tezislər) 15 iyun 2023-cü ilə qədər muhaciret2023@gmail.com ünvanına göndərilməlidir. Özətlər sahə mütəxəssisləri tərəfindən konf­rans möv­zularına, elmi tədqiqat metodlarına uyğunluq və araşdırmanın orijinallığı ba­­xı­mın­dan qiymətləndirildikdən sonra müvafiq qərar veriləcək.

Konfransa göndərilən məqalələr daha əvvəl heç bir yerdə çap edilməməli, nəşr olun­muş kitabın, müdafiə edilmiş dissertasiyanın fəslində, əsas başlığında və ya alt başlığında yer almamalıdır.

Məqalənin tərtib olunma qaydaları:

- Mətnlər  A4 formatında, sözlər sətirdən-sətrə keçirilmədən yığılmalı;

- Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməli;

- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla, mi­­nimum 16000, maksimum 32000 işarə olmalıdır.

- Məqalə Times New Roman - 14 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 ol­maq­­­la yazılmalı;

- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə ki­­­çik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi də­­­rəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməli;

- Məqalənin mətni Azərbaycan dilində yazılarsa, ingilis və rus dillərində, türk di­­­lində yazılarsa, ingilis dilində, ingilis dilində yazılarsa, Azərbaycan dilində xülasə ve­­rilməli;

- Xülasənin həcmi 150-250 söz olmalı;

- Hər bir xülasədə məqalənin adı, müəllif(lər)in tam adı göstərilməli;

- Xülasələrin yazıldığı dillərdə minimum 5 açar söz verilməli;

- Ədəbiyyat siyahısı istifadə olunma ardıcıllığı ilə tərtib edilməli, məqalədə is­ti­­nadlar düz mötərizə daxilində verilməli (məs: [5, s.12]);

- İstifadə edilmiş ədəbiyyat siyahısında hər bir istinad haq­qın­da məlumat elmi məqalələr üçün biblioqrafik təsvirə uyğun verilməli;

KONFRANS TƏQVİMİ

Konfransın elan tarixi: 15 may 2023                                                      

Məruzə özətlərinin göndərilməsi üçün son tarix:  15 iyun 2023                  

Qəbul edilən özətlərin elanı:   25 iyun 2023                                               

Məruzənin tam mətninin göndərilməsi üçün son tarix:  25 iyul 2023        

Qəbul edilən tam mətnlərin elanı:   25 sentyabr 2023                                       

Konfrans proqramının elanı:  5 oktyabr 2023                                             

Konfrans materiallarının nəşri:  dekabr 2023                                           

Konfransın  Təşkilat Komitəsinin  elektron ünvanı:

muhaciret2023@gmail.com

 

SİZƏ MARAQLI OLA BİLƏR