Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Pərvanə Bəkirqızı “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda Salyanda keçirilən konfransda məruzə etmişdir

08-05-2023 [ 12:12 ] [ oxunub:204 ]
printerA+ | A-
103334

Salyan rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Təhsil İdarəsi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumimilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda Salyan rayon İcra Hakimiyyətində konfrans keçirilmişdir. Konfransda Salyan RİH-nin başçısı Sevindik Hətəmov, Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi filologiya elmləri doktoru Pərvanə Bəkirqızı (İsayeva), Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Aynur Paşayeva və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Filologiya elmləri doktoru Pərvanə Bəkirqızı "Heydər Əliyevin dövlətçilik strategiyasında Azərbaycan ədəbiyyatı və mədəniyyətinin yeri" mövüzusunda geniş məruzə ilə çıxış etmişdir.  

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR