Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda Xocalı şəhidləri anılıb

24-02-2023 [ 21:20 ] [ oxunub:135 ]
printerA+ | A-
103124

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyrımının 31-ci ildönümünə həsr olunmış tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda
dinc əhaliyə qarşı törətdiyi qanlı faciədən, düşmənin vəhşiliyindən danışıb. Natiq xüsusi olaraq qeyd edib ki, Xocalı soyqırımı bir müharibə cinayətindən
daha artıq bir cinayətdir. Ermənilər Xocalı sakinlərinə milli-etnik mənsubiyyətlərinə, Azərbaycan türkü olduqlarına görə divan tutublar. Bu isə
birmənalı şəkildə soyqırımıdır. Mehman Həsənli bildirib ki, 44 Günlük Vətən müharibəsində Azərbaycan xalqı Xocalıda tökülən günahsız qanların qisasını
almağı bacardı. Müzəffər Ali Baş Komandanın başçılığı altında Azərbaycan ordusu öz torpaqlarını düşmən işğalından qurtara bildi. Bununla Xocalıda şəhid
edilən insanların ruhu da dinclik tapdı. İcraçı direktor İnstitutda Xocalı soyqırımının ədəbiyyatda təzahürü ilə bağlı aparılan tədqiqat işlərindən, yazılan
dissertasiya və monoqrafiyalardan danışıb. O, institutun əməkdaşları Elçin Mehrəliyev, Rahid Xəlilov, Elnarə Akimova, Vüqar Əhməd, Mərziyyə
Nəcəfova, Fəridə Hicran və digər alimlərin fəaliyyətini xüsusi olaraq vurğulayıb.
Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Mərziyyə Nəcəfova “Azərbaycan ədəbiyyatında Xocalı mövzusu” adlı məruzə
ilə çıxış edib. Mərziyyə xanım Xocalı soyqırımının Azərbaycan ədəbiyyatında həssas bir mövzu olduğunu və XX əsrin sonlarında Bəxtiyar Vahabzadə, Xəlil
Rza Ulutürk, Qabil və s. şairlərin bu mövzuya müraciət etdiyini vurğulayıb. Məruzəçi 44 Günlük Vətən müharibəsinin qalibiyyətlə sona çatmasından sonra
bu mövzuya baxışın da bir qədər dəyişdiyini nəzərə çarpdırıb. O, qeyd edib ki, əgər 1990-cı illərdə Xocalı mövzusunda qələmə alınan nəsr və nəzm əsərlərində
bir məyusluq, bədbinlik əhval-ruhiyyəsi sezilirdisə, bu gün müasir ədəbiyyatımızda bu mövzuda yazılan bədii əsərlərdə qalibiyyət ruhu duyulur.

Sonda Xocalıda şəhid olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR