Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat Institutunun dosenti TÜRKSOY-un Təşəkkür bəlgəsi ilə təltif olunub

24-02-2023 [ 15:48 ] [ oxunub:133 ]
printerA+ | A-
103123

22 fevral 2023-cü il tarixdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi içisi Təhminə Bədəlova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) TÜRKSOY kafedrasının fəaliyyətə başlamasının 5 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Dəyirmi masa ətrafında keçirilmiş görüşdə professor Asəf Zamanov və dosent Təhminə Bədəlovanın tərcümə etdikləri “Nizami və müasirləri” monoqrafiyası (Red: akademik Teymur Kərimli) elmi ictimaiyyətə təqdim olunmuşdur.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi professor Sultan Raev, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, ADPU-nun rektoru professor Cəfər Cəfərov və bir sıra mötəbər qonaqlar iştirak etmişlər.

Tədbirin sonunda dosent Təhminə Bədəlova TÜRKSOY-un Təşəkkür Bəlgəsi ilə təltif olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR