Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat institutunda Gənclər günü qeyd edildi

03-02-2023 [ 12:29 ] [ oxunub:88 ]
printerA+ | A-
103069

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib. İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli əlamətdar günün əhəmiyyətindən, müasir gəncliyin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı roldan bəhs edərək, qeyd edib ki, gənclərə diqqət və qayğı daim Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkə başçısı respublikanın ictimai-siyasi, elmi-mədəni həyatında fərqlənən gənclərə xüsusi münasibətilə fərqlənib.

Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında da gənclərə geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, gənclərin elmi fəaliyyətində səmərəliliyin artırılması üçün bir sıra tədbirlər həyata keçirilir. Artıq bu ildən “Gənc tədqiqatçı” jurnalının 1-i xarici dildə olmaqla 4 nömrəsi işıq üzü görəcək. Gələn ildən akademiyada “İlin gənc alimi” mükafatı veriləcək.

Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda il ərzində xüsusi fəallığı ilə fərqlənən gənclərə “İlin gənc alimi” diplomu təqdim edilməsi, onların beynəlxalq və Respublika əhəmiyyətli konfranslarda, elmi ezamiyyətlərdə iştirakının təmin edilməsi, institutun elmi jurnallarında gənclərin elmi məqalələrinin müntəzəm dərc olunması və gənc elm adamlarına yaradılan şərait və imkanlardan danışmışdır.   

Tədbirin sonunda  akademik İsa Həbibbəyli tərəfindən son illərdə Ədəbiyyat İnstitutunun və Respublikanın ictimai-mədəni həyatında fərqlənən gənclərə mükafatlar təqdim edilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarından Şəfa Əliyeva, Aysel Qurbanova, Nurlanə Məmmədova, Şəhanə Əliyeva və Gülnar Yunusova “İlin gənc alimi” seçilərək xüsusi diplomlarla təltif olunublar.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR