Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üç cildinin təqdimatı keçirilib

13-09-2022 [ 11:33 ] [ oxunub:44 ]
printerA+ | A-
102683

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuda “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin beşinci, altıncı və doqquzuncu cildlərinin təqdimatı keçirilib. Beşinci cilddə XIX əsrdə, altıncı cilddə XX əsrin əvvəllərində Azərbaycanda yaranmış ədəbiyyat tədqiq olunub. Doqquzuncu cild isə Cənubi Azərbaycan ədəbiyyatından bəhs edir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Bildirib ki, “bu vaxta qədər yeddi cild çapdan çıxıb. Bu, Ədəbiyyat İnstitunun böyük nailiyyətidir. Bütün şöbələr işə məsuliyyətlə yanaşır. Digər cildlərin bir neçə aya işıq üzü görməsi nəzərdə tutulub. Bu on cildlik institutumuzun 90 illiyinə ən böyük hədiyyə ola bilər.

Hesab edirəm ki, on cildlik Azərbaycan ədəbiyyat tarixinin yazılması Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində  bir hadisədir. Gələcək tədqiqatlar üçün möhtəşəm mənbə, istiqamətdir. Burada dövrləşdirmə, sistemləşdirmə işləri də aparılıb, yalnız ədəbiyyat tarixi işi deyil, nəzəri tərəflər də var. Kifayət qədər ilk dəfə haqqında oçerk yazılmış müəlliflər vardır.

Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi İslam Qəriblinin rəhbərliyi altında beşinci və altıncı cildi hazırlayıb. Beşinci cild Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrünü, altıncı cild Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxasını əhatə edir. Şöbə cildləri hazırlayarkən arxivə, mətbuat tarixinə yenidən müraciət edib.

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi Rəhim Əliyevin rəhbərliyi ilə doqquzuncu cildi hazırlayıb. Bu cilddə yalnız yazıçıların tərcümeyi-halı və yaradıcılığı əhatə olunmur, ciddi dövrləşdirmə aparmışıq. Oçerkləri həmin dövrləşdirməyə uyğun verməyə çalışmışıq. İndiyə qədər ölkəmizdə Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı bu həcmdə əsər çap olunmayıb.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental kitablar böyük zəhmətin hesabına başa gəlib. Bu cildlərdə hər bir tarixi-ədəbi mərhələnin geniş icmalları və əhatəli portret-oçerkləri verilmişdir”.

Tədbirdə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Rəhim Əliyev, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri İslam Qəribli də çıxış edərək nəşrlərin əhəmiyyətindən danışıb və kollektivi təbrik ediblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR