Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan aşıq sənətinin Ələsgər zirvəsi: Beynəlxalq Elmi Konfrans

27-04-2021 [ 15:11 ] [ oxunub:56 ]
printerA+ | A-
100808

 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans

(Bakı, Azərbaycan, 25-27 oktyabr 2021)

 

Konfrans haqqında ətraflı məlumat:  www.literature.az səhifəsində

Konfransın təşkilatçıları:

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

Azərbaycan Aşıqlar Birliyi;

AMEA Folklor İnstitutu.

Təşkilat komitəsi

Sədr:

İsa Həbibbəyli – akademik, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan).

Həmsədrlər:

Məhərrəm Qasımlı – filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Aşıqlar Birliyi (Azərbaycan);  

Muxtar İmanov – akademik, AMEA Folklor İnstitutu (Azərbaycan).

Məsul katib:

Aynur Xəlilova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan).

Üzvləri:

Nizami Cəfərov – akademik, Azərbaycan Atatürk Məkəzi (Azərbaycan); 

Qəzənfər Paşayev – filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan);

Fikret Türkmen – professor doktor, Ege Universiteti (Türkiyə);

Ali Kafkasyalı – professor doktor, Ərzurum Universiteti (Türkiyə);

Nebi Özdemir – professor doktor, Hacəttəpə Universiteti (Türkiyə);

Nizamettin Onk – yazar (Türkiyə);

Mahmud Allahmanlı – filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti (Azərbaycan);

Rüstəm Kamal – filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan);

Əlizadə Əsgərli – filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan);

İradə Köçərli – sənətşünaslıq elmləri doktoru, professor, AMEA Memarlıq və İncəsənət İnstitutu (Azərbaycan);

Tariyel Məmmədov – sənətşünaslıq elmləri doktoru, professor, Bakı Musiqi Akademiyası (Azərbaycan);

Səhər Orucova – filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti (Azərbaycan);

Elxan Məmmədli – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutu (Azərbaycan);

Mehman Həsənli – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan).

Önəmli tarixlər:

- Məruzələrin tam mətninin son göndərilmə tarixi – 20 iyul 2021;

- Qəbul olunmuş məruzələrin son bildirilmə tarixi – 20 sentyabr 2021;

- Konfransın tarixi – 25-27 oktyabr 2021.    

Konfransın əhatə etdiyi mövzular:

- Aşıq Ələsgərin həyatı və mühiti;

- Aşıq Ələsgər və müasirləri;

- Azərbaycan aşıq sənətinin inkişaf və zənginləşməsində Aşıq Ələsgərin rolu;

- Aşıq Ələsgər şeirinin poetik və fəlsəfi qaynaqları;

- Aşıq Ələsgərin sənətkarlıq xüsusiyyətləri;

- Aşıq Ələsgərin poetik ənənəsi;

- Aşıq Ələsgər və yazılı ədəbiyyat;

- Ələsgər irsinin toplanılması, nəşri və tədqiqi problemləri.

Məruzə mətnlərinin hazırlanma qaydaları:

- Məruzə mətni A4 formatda, Times New Roman, 14 şrift, 1,5 intervalla, sözlər sətirdən-sətrə keçirilmədən, soldan 3 sm., sağdan 1,5 sm., yuxarıdan 2 sm., aşağıdan 2 sm. gözlənilərək, təxminən, 10 (on) səhifədən az olmamaqla  yazılmalıdır;

- Başlıqda sağ tərəfdə qalın şriftlə və adi qaydada müəllifin (yaxud müəlliflərin) adı, atasının adı və soyadı, onun altında elmi dərəcə və vəzifəsi, sonra əməkdaşı olduğu idarə-təşkilatın adı, email ünvanı və əlaqə nömrəsi (mobil), daha sonra isə ara məsafə qoyub bütün hərfləri böyük və qalın şriftlə məruzənin adı yazılmalıdır;

- Mətnin sonunda  – “Qaynaqlar”da yalnız istifadə olunmuş ədəbiyyat siyahısı  göstərilməli, sıralanma müəlliflərin soyadlarının (tərtib kitablarında kitabların adlarının) əlifba sırası ardıcıllığına uyğun olmalı, sitat və istinadlar mətn daxilində bu siyahıya müvafiq şəkildə kodlaşdırılmalıdır;

- Ən sonda üç dildə – Azərbaycan (yaxud Türkiyə türkcəsi), rus və ingilis dillərində 4-6 açar söz,  100-200 sözdən ibarət xülasə yazılmalı, xülasənin başlığı bütün məlumatlar əksini tapmaqla eynilə yuxarıda göstərilən qaydada olmalıdır. Xülasə məruzə mətninin əsas məğzini yığcam elmi ümumiləşdirmə ilə əhatə etməlidir;

- Konfransın işçi dili Azərbaycan dilidir. Bəzi iştirakçıların məruzələrinin Türkiyə türkcəsi, rus və ingilis dillərində nəşri və dinlənilməsi (rus və ingilis dillərində olanlar tərcüməçi vasitəsilə) də mümkündür;

- Konfransın mövzusuna uyğun olmayan, tədqiqat xarakteri daşımayan, elmi səviyyəsi aşağı olan və göstərilən qaydalar əsasında hazırlanmayan məruzələr qəbul olunmayacaq.

Qeyd:

- Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlər etməsi və uyğun bilmədiyi məruzələrin geri qaytarılması hüququna malikdir;

- Konfransın materialları ayrıca kitabda çap olunacaqdır;

- Bölmə iclaslarından sonra ayrıca heyətlə müzakirə keçiriləçəkdir;

- Konfransda iştirak etmək üçün ödəniş tələb olunmur.

Məruzələrin göndərilmə ünvanı:sifahixalqedebiyyati@mail.ru

Əlaqə telefonları:

(+994012) 537 24 33;  

(+99455) 993 77 82.

Bakı şəhəri, Hüseyn Cavid prospekti 117, AMEA-nın əsas binası, V mərtəbə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsi, 524-cü otaq.

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR