E L M M E T R İ K G Ö S T Ə R İ C İ L Ə R
Təvəllüdü:1977-ci ildə Bakıda anadan olmuşdur.
Təhsili: 1997-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavratura, 1999-cu ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.
Namizədlik dissertasiyasının mövzusu: 2011-ci ildə “Səməd Vurğunun nəzəri estetik görüşlərində klassik irs problemi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2016-cı ildən dosentdir.
Doktorluq dissertasiyasının mövzusu: hal-hazırda “Səməd Vurğun ədəbi məktəbi: formalaşması, poetik təkamülü” adlı elmlər doktorluğu dissertasiyası üzərində işləyir.
Elmi fəaliyyəti:
100-ə yaxın elmi-publisistik məqalənin, bir monaqrafiyanın (“Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi”) müəllifi, 5 kitabın (“Boyük Azərbaycan şairi İmadəddin Nəsimi”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” I və II hissə, “Azərbaycanın dahi humanist şairi Nizami Gəncəvi” (Argentinada), “Milli-mənəvi dəyərlər”) həmmüəllifi, 10-a yaxın kitabın tərtibçisidir. Əsərləri Türkiyədə, Rusiyada, Argentinada, Özbəkistanda, Qazaxstanda və Dağıstanda çap olunmuşdur. f.e.d., professor Şirindil Alışanlı ilə birlikdə AMEA-nın müxbir üzvü Yaşar Qarayevin “Seçilmiş əsərləri” nin 5 cildliyini, həmçinin “Yaşar Qarayev: yaxından və uzaqdan” məqalələr, xatirələr toplusunu tərtib etmişdir.
“Sənətkarın elmi pasportu” seriyasından olan “Xaqani Şirvani: Həyatı və yaradıcılığı”, “Nizami Gəncəvi: Həyatı və yaradıcılığı”, “İmadəddin Nəsimi: Həyatı və yaradıcılığı”, “Molla Pənah olan Vaqif”, “Əbdürrərəhim bəy Haqverdiyev: Həyatı və yaradıcılığı”, “Xanımana Əlibəyli imzası” kimi monaqrafiyaların məsul redaktoru, oncildlik “Azərbaycan Ədəbiyyatı Tarixi”nin II və IV cildlərinin məsul katibi, VII və IX cildlərin Redaksiya Heyətinin üzvü, “Azərbaycan Ədəbiyyatşünaslığı” jurnalının məsul redaktorudur. İyirmiyə yaxın Beynəlxalq və Respublika konfranslarının Təşkilat Komitəsinin üzvü və iştirakçısı olmuşdur.
2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü və katibidir.
Aygün Bağırova həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə Şurasının ekspertidir.
AYB-nin üzvüdür.
2016-cı ildən dosentdir.
Mükafatları:
2011-ci ildə Vurğunşünaslığın inkişafındakı xidmətlərinə görə “Səməd Vurğun”
2014-cü ildə ədəbiyyatşünaslıqdakı nailiyyətlərinə görə Ədəbiyyat İnstitutunda “İlin gənc alimi”
2015-ci ildə AMEA Humanitar Elmlər Bölməsinin “Fəxri Fərmanı”
2022-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı ilə təltif edilmiş, müxtəlif illərdə AHİK - in, AMEA Humanitar Elmlər Bölməsinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanlarına layiq görülmüşdür.
Əsas iş yeri və ünvanı: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 115