Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Qəzənfər Paşayev. Azərbaycanda və İraqda Bayatlar

21-09-2022 [ 12:59 ] [ oxunub:71 ]
printerA+ | A-
102704

Qəzənfər Paşayev. Azərbaycanda  və İraqda Bayatlar /Red. akademik Möhsün Nağısoylu, prof.dr. Süphi Saatçı. – Bakı: Elm və təhsil, 2022. – 272 s.

Oğuzlar bəşəriyətə “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm abidə , Dədə Qoqud, Məhəmdə Füzuli kimi dahi şəxsiyyətlər  bəxş etmişlər. Bu ölməz abidələr və şəxsiyyətlər  Oğuzların qüdrətli Bayat boyundandır. Bayatların araşdırılması Azərbaycan qorqudşünaslığında o qədər də geniş tədqiq edilməmişdir.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin Bayat Tayfa Birliyinin Azərbaycandakı (Dərbənd daxil olmaqla)  və İraqdadakı qəbilələrinin  tədqiqinə həsr olunmuş, maraqlı faktlarla zəngin bir əsəri işıq üzü gərmüşdür.   “Elm və təhsil” nəşriyyatının çap etdiyi bu kitab tarixçi və ədəbiyyatşnaslar, etnoqraf və folklorşünaslar üçün maraqlı tarixi mənbədir. Kitaba “Professor Qəzənfər Paşayevin Bayatnaməsi” başlıqlı  ön söz yazan akademik İsa Həbibbəyli əsəri  “mötəbər elmi təqdimat”, “mükəmməl  elmi töhfə” kimi dəyərləndirir və Bayatlar mövzusunda  daha fərqli tədqiqatlar aparılmasına  bələdçilik edəcəyini xüsusi qeyd edir.   

SİZƏ MARAQLI OLA BİLƏR