Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Fidan Abdurəhmanova. İstiqlal arzusu ilə yaşayan şair

15-02-2022 [ 09:51 ] [ oxunub:98 ]
printerA+ | A-
101966

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın “İstiqlal arzusu ilə yaşayan şair” kitabı işıq üzü görüb. Şahmar Əkbərzadə haqqında ilk monoqrafiya olan bu əsər Ədəbiyyat İnstitutunun Elmi Şurasının 16 dekabr 2021-ci il tarixli 8 saylı iclas protokolunun qərarı ilə çap olunub.

“Vətəndaşlıq missiyasının şairanə ifadəsi” adlı ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Kitabın redaktorları yazıçı-publisist Mustafa Çəmənli və Könül Aslanova, rəyçiləri filologiya elmləri doktorları Vaqif Yusifli, Vüqar Əhməd, hüquq elmləri doktoru Habil Qurbanovdur.

 128 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Monoqrafiya “Özü ilə istiqlal arzusunu aparan şair”, “İstiqlal şairləri və Şahmar Əkbərzadə”, “Şahmar Əkbərzadənin lirikasında psixologizm”, “Türk dünyasının şairi”, “Qarabağdan əsən yellər”, “Müstəqillik illərində Şahmar Əkbərzadənin publisistikası” bölümlərindən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi